Homo antisessor
Homo antisessor | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Sinifüstü: Klad: Klad: Sinif: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Yarımsinif: Klad: İnfrasinif: Maqndəstə: Dəstəüstü: Qranddəstə: Mirdəstə: Dəstə: Yarımdəstə: İnfradəstə: Parvdəstə: Fəsiləüstü: Fəsilə: Yarımfəsilə: Triba: Cins: ???: Homo antisessor |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Homo antisessor — XX əsrin sonlarında İspaniyanın şimalında yerləşən Atapuerko dağlarında 10-12 yaşlı fərdə aid olan qalıqlar aşkar edilmişdir. “Əcdad insan” və ya “Homo antisessor” adlandırılan bu tapıntı Avropa da tapılan ən qədim insan qalıqları hesab olunur. Homo antisessorların təqribən 1,2 milyon-800 min il bundan əvvəl yaşadıqları güman edilir. 2010-cu ilə qədər Homo antisessorların altı fərdinə aid olan 20-yə qədər müxtəlif sümüklər aşkar olunmuşdur. Homo antisessorların əsas morfoloji xüsusiyyətləri aşağıdakılar hesab olunur:
- Alınları maili olsa da, Homo erqaster və Homo erektusların alnından müəyyən qədər böyükdür;
- Qaşüstü sümük çıxıntısı zəif inkişaf etmişdir;
- Sifət skeletləri kifayət qədər kiçikdir, lakin sifətlərində proqnatizm əlamətləri müşahidə olunur;
- Homo antisessorların digər fərqləndirici xüsusiyyətləri də burun sümüklərinin nazik olmasıdır;
- Homo antisessorların diş sistemləri müasir insanların diş sistemləri ilə oxşarlıq təşkil edir.
İspan tədqiqatçıları Bermindus və Kastro Homo antisessorları morfoloji xüsusiyyətlərinə görə Homo erektuslardan daha çox müasir insanlara yaxın olduğunu bildirmişlər. Tapıntılara əsasən burada kütləvi kannibalizm olduğu müəyyənləşdirilmişdir. 2007-ci ildə Elefante mağarasından aşkar edilmiş olan sümüklərin yaşı təxminən 1 milyon 200 min ildir. Tapıntının qadına aid olması və beyninin həcminin 900 sm³-dən artıq olması müəyyən edilmişdir. Homo antisessorların İspaniyadan şimala doğru yayılması faktını təsdiq edən artefaktlar da tapılmışdır. 2010-cu ildə İngiltərənin cənub-şərq hissəsində eyni dövrə aid edilən əmək alətləri tapılmış və həmin əmək alətlərinin yaşı 850 min il bundan əvvələ aid edilmişdir. 2013-cü ildə İngiltərənin Norfolk əyalətində yaşı 850-950 min il arası olan ayaq izləri aşkar edilmişdir. Bu tapıntıları və İspaniyadakı Atapuerko dağlarından tapılan Atapuerko tapıntılarını UNESCO bəşəriyyətin mədəni irs siyahısına daxil etmişdir.
Mənbə
[redaktə | vikimətni redaktə et]Bermudez de Castro, Arsuaga, Carbonell, Rosas, Martinez & Mosquera 1997:"A hominid from the Lower Pleistocene of Atapuerca, Spain: possible ancestor to neandertals and modern humans", Science, 276:1392-1395
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Castro J. M. B. d., Arsuaga J. L., Carbonell E., Rosas A., I. Martı́nez, Mosquera M. A Hominid from the Lower Pleistocene of Atapuerca, Spain: Possible Ancestor to Neandertals and Modern Humans (ing.). // Science / H. Thorp Northern America: AAAS, 1997. Vol. 276, Iss. 5317. P. 1392–1395. ISSN 0036-8075; 1095-9203 doi:10.1126/SCIENCE.276.5317.1392 PMID:9162001
Əlavə ədəbiyyat
[redaktə | vikimətni redaktə et]- de Castro, J.-M. B. El chico de la Gran Dolina [The Gran Dolina boy] (Spanish). Crítica. 2002. ISBN 978-84-8432-317-4.