Həlməl
Həlməl | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Həlməl |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Həlməl (lat. Zygophyllum) — bitkilər aləminin həlməlçiçəklilər dəstəsinin həlməlkimilər fəsiləsinə aid bitki cinsi.
Botaniki təsviri
[redaktə | mənbəni redaktə et]Hündürlüyü 40-60 (bəzən 80) sm olan çoxillik ot bitkisidir. Gövdələri yuxarı qalxdıqca dibi adətən odunlaşır. Tərs yumurtavari iki yarpaqcıqdan ibarət 1.5-3 sm uzunluqda, ətli, qeyri-bərabəryanlı yarpaqları qarşılıqlıdır. Çiçəklərinin acımtıl, aşağısı isə narıncı rəngdə olan ləçəkləri tərs yumurtaşəkillidir. Ətli, uzunluğu 15–40 mm, eni 3–5 mm olan uzunsov yuvarlaq beştərəfli prizma formalı qutucuqları qanadsız, çoxtoxumludur. Boz-mixəyi rəngli, uzunluğu 4–5 mm, eni 2.5-3.5 mm romba bənzər və ya oval formalı toxumları bozumtul, nahamar qabıqla örtülmüşdür. Aprel-iyun aylarında çiçəkləyir, iyul-oktyabr aylarında meyvə verir.[3]
Mənşəyi və yayılması
[redaktə | mənbəni redaktə et]Adi həlməl kserofil coğrafi tipinin aralıq dənizi sinfinin aralıq dənizi-iran-turan qrupuna aiddir. Aralıq dənizi, Balkan və Qaradəniz ölkələri, Orta Asiya, İran, İraq və
Qafqazda yayılmışdır. Azərbaycanda adi həlməl Abşeron, Qobustan, Samur-Dəvəçi, Xəzəryanı, Kür-araz ovalıqları, Bozqır yaylası, Kür və Naxçıvan düzənliyi, Kiçik Qafqazın cənub rayonlarında bitir.[3]
Ekoloji qrup və bitdiyi yerlər
[redaktə | mənbəni redaktə et]Halokserofitdir, səhra və alaq bitkilik tiplərində rast gəlir. Yarımsəhra, quru şoran torpaqlar, yol qıraqları, qumsal yerlərdə, boş torpaqlarda, ev və digər tikililərin yanında qruplar əmələ gətirir.[3]
Kimyəvi tərkibi
[redaktə | mənbəni redaktə et]Alkaloid, flavonoid, saponin, kumarin, piyli və efir yağları, C və K vitaminləri, triterpenoidlər, fenolkarbon turşuları ilə zəngindir.
Təsiri və tətbiqi
[redaktə | mənbəni redaktə et]Adi həlməl eksperimental və xalq təbabətində, habelə kliniki sınaqlarda geniş tətbiq edilir. Əsasən sidik kisəsi, revmatizm, dəri-zöhrəvi xəstəlikləri, irinli yara və xoralar, eləcə də
çıbanların müalicəsində istifadə olunur. Antihelmint, antiseptik, işlədici, yarasağaldıcı, damargenişləndirici, iltihab proseslərinə və zəhərlənməyə qarşı təsirə malikdir.
Əks təsirləri
[redaktə | mənbəni redaktə et]Zəhərli olduğu üçün daxilə qəbul edilərkən ehtiyatlı olmaq zəruridir.
İstifadəsi
[redaktə | mənbəni redaktə et]Müalicə məqsədi ilə bitkinin yerüstü hissəsi, kökü, meyvəsi və yarpaqları istifadə edilir. Cövhər, mazlar, plastır formalarında istifadə olunur.
Digər faydalı xüsusiyyətləri və istifadəsi
[redaktə | mənbəni redaktə et]Qönçələr zəhərli olmadığına görə onlardan şorabalar hazırlanır.
Sinonimləri
[redaktə | mənbəni redaktə et]Heterotipik sinonimləri
[redaktə | mənbəni redaktə et]- Agophyllum Neck.
- Agrophyllum Neck.
- Augea Thunb.
- Fabago Mill.
- Fagonia Tourn. ex L.
- Halimiphyllum (Engl.) Boriss.
- Petrusia Baill.
- Piotes Sol. ex Britten
- Sarcozygium Bunge
- Tetraena Maxim.
Növləri
[redaktə | mənbəni redaktə et]- Zygophyllum acerosum (Boiss.) Christenh. & Byng
- Zygophyllum aegyptium Hosny
- Zygophyllum album L.f.
- Zygophyllum applanatum Van Zyl
- Zygophyllum arabicum (L.) Christenh. & Byng
- Sirkanvari həlməl (Zygophyllum atriplicoides Fisch. & C.A.Mey.)
- Zygophyllum augea Christenh. & Byng
- Zygophyllum balchaschense Boriss.
- Zygophyllum betpakdalense Golosk. & Semiotr.
- Zygophyllum borissovae Beier & Thulin
- Zygophyllum brachypterum Kar. & Kir.
- Zygophyllum bruguieri (DC.) Christenh. & Byng
- Zygophyllum bucharicum B.Fedtsch.
- Zygophyllum californicum (Benth.) Christenh. & Byng
- Zygophyllum charoides (Chiov.) Christenh. & Byng
- Zygophyllum chilense (Hook. & Arn.) Christenh. & Byng
- Zygophyllum chrysopteron Retief
- Zygophyllum clavatum Schltr. & Diels
- Zygophyllum coccineum L.
- Zygophyllum cornutum Coss.
- Zygophyllum creticum (L.) Christenh. & Byng
- Zygophyllum cuspidatum Boriss.
- Zygophyllum cylindrifolium Schinz
- Zygophyllum darvasicum Boriss.
- Zygophyllum decumbens Delile
- Zygophyllum densispinum (Beier & Thulin) Christenh. & Byng
- Zygophyllum densum (I.M.Johnst.) Christenh. & Byng
- Zygophyllum dregeanum Sond.
- Zygophyllum dumosum Boiss.
- Zygophyllum eichwaldii C.A.Mey.
- Zygophyllum fabago L.
- Zygophyllum fabagoides Popov
- Zygophyllum fontanesii Webb & Berthel.
- Zygophyllum furcatum C.A.Mey.
- Zygophyllum gaetulum Emb. & Maire
- Zygophyllum geslinii Coss.
- Zygophyllum giessii Merxm. & A.Schreib.
- Zygophyllum glutinosum (Delile) Christenh. & Byng
- Zygophyllum gobicum Maxim.
- Zygophyllum gontscharovii Boriss.
- Zygophyllum gypsophilum (Beier & Thulin) Christenh. & Byng
- Zygophyllum hadramauticum (Beier & Thulin) Christenh. & Byng
- Zygophyllum hamiense Schweinf.
- Zygophyllum harpago (Emb. & Maire) Christenh. & Byng
- Zygophyllum heterocladum Rech.f. & Patzak
- Zygophyllum iliense Popov
- Zygophyllum indicum (Burm.f.) Christenh. & Byng
- Zygophyllum jaxarticum Popov
- Zygophyllum kansuense Y.X.Liou
- Zygophyllum karatavicum Boriss.
- Zygophyllum kaschgaricum Boriss.
- Zygophyllum kegense Boriss.
- Zygophyllum kopalense Boriss.
- Zygophyllum laeve (Standl.) Christenh. & Byng
- Zygophyllum lahovarii (Volkens & Schweinf.) Christenh. & Byng
- Zygophyllum latistipulatum (Beier & Thulin) Christenh. & Byng
- Zygophyllum lehmannianum Bunge
- Zygophyllum loczyi Kanitz
- Zygophyllum longicapsulare Schinz
- Zygophyllum longistipulatum Schinz
- Zygophyllum luntii (Baker) Christenh. & Byng
- Zygophyllum macropodum Boriss.
- Zygophyllum madagascariense (Baill.) Stauffer
- Zygophyllum madecassum H.Perrier
- Zygophyllum mahranum (Beier) Christenh. & Byng
- Zygophyllum mandavillei Hadidi
- Zygophyllum mayanum (Schltdl.) Christenh. & Byng
- Zygophyllum melongena Bunge
- Zygophyllum microcarpum Licht. ex Cham.
- Zygophyllum migiurtinorum Chiov.
- Zygophyllum miniatum Cham.
- Zygophyllum minutistipulum (Engl.) Christenh. & Byng
- Zygophyllum molle (Delile) Christenh. & Byng
- Zygophyllum mongolicum (Maxim.) Christenh. & Byng
- Zygophyllum mucronatum Maxim.
- Zygophyllum neglectum Grubov
- Zygophyllum obliquum Popov
- Zygophyllum olivieri (DC.) Christenh. & Byng
- Zygophyllum orientale (C.Presl) Christenh. & Byng
- Zygophyllum ovigerum Fisch. & C.A.Mey. ex Bunge
- Zygophyllum oxianum Boriss.
- Zygophyllum oxycarpum Popov
- Zygophyllum pachyacanthum (Rydb.) Christenh. & Byng
- Zygophyllum palmeri (Vasey & Rose) Christenh. & Byng
- Zygophyllum pamiricum Grubov
- Zygophyllum paulayanum (J.Wagner & Vierh.) Christenh. & Byng
- Zygophyllum pinnatum Cham.
- Zygophyllum potaninii Maxim.
- Zygophyllum prismaticum Chiov.
- Zygophyllum prismatocarpum Sond.
- Zygophyllum procumbens Adamson
- Zygophyllum propinquum Decne.
- Zygophyllum pterocarpum Bunge
- Zygophyllum pterocaule Van Zyl
- Zygophyllum qatarense Hadidi
- Zygophyllum retrofractum Thunb.
- Zygophyllum rigidum Schinz
- Zygophyllum rosowii Bunge
- Zygophyllum scabrum (Forssk.) Christenh. & Byng
- Zygophyllum scoparium (Brandegee) Christenh. & Byng
- Zygophyllum simplex L.
- Zygophyllum sinkiangense Y.X.Liou
- Zygophyllum smithii Hadidi
- Zygophyllum somalense Hadidi
- Zygophyllum spinosissimum (Blatt. & Hallb.) Christenh. & Byng
- Zygophyllum stapffii Schinz
- Zygophyllum steropterum Schrenk
- Zygophyllum subinerme (Boiss.) Christenh. & Byng
- Zygophyllum subtrijugum C.A.Mey.
- Zygophyllum sulcatum Huysst.
- Zygophyllum taldykurganicum Boriss.
- Zygophyllum tenue R.Glover
- Zygophyllum trialatum Blatt. & Hallb.
- Zygophyllum turcomanicum Fisch. ex Boiss.
- Zygophyllum villosum (D.M.Porter) Christenh. & Byng
- Zygophyllum xanthoxylum (Bunge) Maxim.
- Zygophyllum zilloides (Humbert) Christenh. & Byng
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Linney K. Genera plantarum eorumque characteres naturales, secundum numerum figuram, situm, & proportionem omnium fructificationis partium. 5 Stokholm: 1754. S. 182. doi:10.5962/BHL.TITLE.746
- ↑ Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 385.
- ↑ 1 2 3 Mehdiyeva N.P. «Azərbaycanın dərman florasının biomüxtəlifliyi». Bakı, 2011