Kubrat xan

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Kubrat xan
rus. Кубрат
bolq. Кубрат
Doğum tarixi 605
Vəfat tarixi 665
Vəfat yeri
Uşaqları
Fəaliyyəti siyasətçi
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kubrat xan (d. 605 - ö. 665) - Böyük Bolqar xanlığının qurucusu, hakimiyyət illəri (632-638) . Eyni zamanda Organanın qardaşı oğludur.[1]

Kubrat xanın ṃəzarı. Poltava şəhəri

VII əsrin ilk yarısında Kubrat xan Qaradənizin şimalında dağınıq yaşayan türk Kutrigur, Utrigur, SabirlərOnogurlar kimi soyları və bundan başqa 7 slavyan qövmünü, Bizansın razılığı ilə qurduğu ilk böyük bolqar dövlətinin tərkibində birləşdirmişdir.

Beləliklə Bolqar adında yeni bir boy əmələ gəlmişdir. Ancaq qurulan dövlət uzun ömürlü olmadı. VII əsrin ikinci yarısında, Kubrat xanın 665-ci ildə ölümündən sonra digər bir Türk xalqı olan (Xəzərlər) bu dövləti məğlub etməyi bacarmışlar.

Kubratın böyük oğlu Batbayan (Bayan) Xəzərlərin hökmdarlığı altında yaşamağa razı olmuş və Xəzərlərə qatılmışlar. Xəzərlərin hakimiyyəti altında yaşamağa razı qalan bolqarlara Quru Bolqarlar deyilir.

Kubratın ikinci oğlu Kotrak xan İdil bulqarları xanlığını yaratdı.

Kubratın üçüncü oğlu Altsek xan Avar xanlığına sığınmışdı.

  1. Златарски, Васил Николов (1970). История на българската държава през Средните векове

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]