Ksenofobiya

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Ksenofobiya — əcnəbi qorxusu, nifrəti anlamında olub, yunanca ξένος (xenos - əcnəbi) ve φόβος (phobos - qorxu) kəlmələrinin birləşməsindən əmələ gəlmişdir. İnsanın əcnəbilərdən ya da başqa bir şəkildə özündən fərqli olan insanlardan qorxmasına və nifrət etməsinə verilən addır.

İrqçilik da bəzən Ksenofobiyanın bir növü olaraq tanınır. Fantastikada dünyadan kənar varlıqlardan qorxma anlamını da verir.

Amerikan Psixoloqlar Birliyinin "Ruhi Xəstəliklərin Diaqnozu ve Statistikası Əl kitabı"na görə bu fobiya, fobiyanın səbəbi ilə qarşı qarşıya qalan xəstənin həddindən artıq depresiyaya düşməsinə imkan yaradır. Ksenofobiyanın iki növü vardır.

Birincisi bir toplumun içində olan amma o toplumun bir parçası sayılmayan bir qrupa qarşı hiss edilən qorxudur. Bu qrup bir çox hallarda köçkünlər ya da qaçqınlar olur, lakin bəzən yüz illər bir arada olunan bir qrup da ola bilər. Ksenofobiyanın bu növü ən pis halda soyqırım kimi vəhşi və təcavüzkar hərəkətlərə səbəb ola bilər.

İkincisi isə ümumiyyətlə mədəniyyət fərqlilikləridir — bu vəziyyətdə qorxunun səbəbinin, əcnəbi sayılan mədəni fərqlilikləridir. Bütün mədəni xarici təsirlərə məruz qalmaqdandır. Ancaq mədəni ksenofobiya umumilikdə bəlli şeylərə yönəlmişdir, başqa dillərdən gələn sözlər, içində yaşanılan toplum tərəfindən mənimsəməyə başlanmış hadisələr kimi. Nadir hallarda insanlara qarşı bir hücuma çevrilər lakin, mədəni və ya dil baxımından saflaşdırma kimi siyasi kampanyalarla da nəticələnə bilər.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]