Kriogen dövrü
Kriogen (yun. κρύος (krýos)- soyuq və γένεσις (génesis) - doğum) və ya Kriogen dövrü — 720-635 milyon il əvvəlləri əhatə edən geoloji dövr.[1] Neoproterozoy erasının ikinci dövrüdür.
Kriogen dövrü 1990-cı ildə Beynəlxalq Stratiqrafiya Komissiyası tərəfindən təsdiq edilmişdir.[2] Əksər dövrlərdən fərqli olaraq Kriogenin başlanğıcı qlobal miqyasda müşahidə olunan və sənədləşdirilmiş bir hadisə ilə əlaqələndirilmir.
İqlim
[redaktə | mənbəni redaktə et]Geoloji dövrün adı Kriogenin çox soyuq qlobal iqlimə malik olması ilə bağlıdır.
Geoloji dəlillər Yerin bu dövrdə tarixin ən ağır buz dövrlərini yaşadığını göstərir.
Kriogen dövründə ümumiyyətlə iki böyük buz dövrünün: 720-660 milyon il əvvəlləri əhətə edən Sturt buz dövrü və təxminən 635 milyon il əvvəl Kriogen dövrü ilə başa çatmış Marino buz dövrü; olduğu təxmin edilir.[3] Bu dövrdə buz aşağı enliklərə qədər bütün dünyanı əhatə etdiyi üçün bu model "qartopu dünya" adlanır.[4]
Coğrafiya
[redaktə | mənbəni redaktə et]Kriogen dövrü başlamazdan əvvəl, təxminən 750 milyon il əvvəl, Rodiniyanı parçalanmağa başladı. Və Mirovia okeanı Pantalası yaratdı. Daha sonra parçalanmış qitələr Ediakar dövründə yenidən birləşərək Pannotiya adlı superqitəni yaratdılar.
Təbiət və fosillər
[redaktə | mənbəni redaktə et]Testate amoeba (və ya Arsellinid) fosilləri ilk dəfə Kriogen dövründə ortaya çıxmışdır.[5] Süngərlərin (və buna görə də heyvanların) ən qədim məlum olan fosilləri bu dövrə aidddir. Biologiyanın dövrün iqlimindən təsirlənib təsirlənməməsi məsələsi həll edilməmişdir, məsələn, Porter (2000) bu dövrdə yeni həyat qruplarının, o cümlədən qırmızı yosunlar və yaşıl yosunlar, stramenopillər, infuzorlar, dinofitlər və arsellinidlərin inkişaf etdiyini göstərir. Dövrün sonunda eyni zamanda, okeanların bakterial dominantlığına son qoyan, bir hüceyrəli yosun və prokariotlarla qidalanacaq heterotrof planktonlar da təzahür etdi.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Chart". International Commission on Stratigraphy. 13 yanvar 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 14 fevral 2017.
- ↑ Plumb, Kenneth A. "New Precambrian time scale" (PDF). Episode. 2. 14. 1991: 134–140. 24 September 2015 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 7 September 2013.
- ↑ Shields, G. A. "Palaeoclimate: Marinoan meltdown". Nature Geoscience. 1 (6). 2008: 351–353. Bibcode:2008NatGe...1..351S. doi:10.1038/ngeo214.
- ↑ Hoffman, P.F. 2001. Snowball Earth theory Arxivləşdirilib 2006-02-28 at the Wayback Machine
- ↑ Porter, S.A., Knoll, A.H. "Testate amoeba in the Neoproterozoic Era: evidence from vase-shaped microfossils in the Chuar Group, Grand Canyon". Paleobiology. 26 (3). 2000: 360–385. doi:10.1666/0094-8373(2000)026<0360:TAITNE>2.0.CO;2. ISSN 0094-8373.