33°35′57″ şm. e. 7°37′12″ q. u.HGYO

Kasablanka

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Kasablanka
‫الدار البيضاء
Tigmmi tumlilt[1]
Casablanca
Bayraq Gerb
Bayraq Gerb

33°35′57″ şm. e. 7°37′12″ q. u.HGYO


Ölkə
Tarixi və coğrafiyası
Sahəsi
Hündürlük
115 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 3.215.935 nəf. (2024)[4]
Rəqəmsal identifikatorlar
ISO kodu MA-CAS
Poçt indeksi 20000 à 20200
Rəsmi sayt
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

KasablankaMərakeş Krallığının işgüzar, maliyyə və sənaye paytaxtı.

Orta əsrlərdə Kasablanka Anfa kimi tanınan varlı şəhər idi. 1468-ci ildə portuqaliyalılar şəhəri dağıtdı və elə onlar da 1515-ci ildə bərpa etdilər. 1755-ci ildə baş verən güclü zəlzələdən sonra şəhər yenidən quruldu. 1907-ci ildə şəhəri fransızlar ələ keçirdi. Fransızların hakimiyyəti illərində şəhər sürətlə inkişaf etdi. 1943-cü ildə şəhərdə ABŞ prezidenti Franklin Ruzvelt və Böyük Britaniyanın baş naziri Vinston Çörçill arasında Kasablanka konfransı keçirildi. 1956-cı ildə Mərakeş müstəqilliyini elan etdi və fransızlar şəhəri tərk etdilər. Bundan sonra şəhər iqtisadi baxımdan ciddi problemlər yaşadı. Amma turizmin yüksək inkişafı və sənayenin artımı hər şeyi geri qaytardı. Həyat tərzi və xarici görünüşünə görə Kasablanka Cənubi Avropa şəhərlərinə bənzəyir: iş dalınca qaçan insanlar, mini-yubkalar, hündür dabanlar, gün eynəkləri…

Kasablanka ispan dilindən tərcümədə "casa" "ev", "blanka" isə "ağ" deməkdir. Kasablanka əhalinin ən çox məskunlaşan şəhəridir. Kasablanka Mərakeş Krallığının işgüzar, maliyyə və sənaye paytaxtıdır. Atlantikanın iri limanına, Avropa, Afrika və Amerikanın kəsişmə nöqtəsi olmasına baxmayaraq, zəngin tarixə malik milli görünüşünü itirmir. Kasablanka okean sahilində dincəlmək üçün əla yerdir. Burada dekabr və yanvar aylarında hava +20 dərəcə, martdan oktyabradək isə +26 dərəcə olur. Kasablanka Şimali Afrikanın aparıcı ticarət şəhəridir. Mərakeş beynəlxalq ticarətinin böyük hissəsi buradan keçir. Əsas ixrac olunan mallar: yun, dəri, fosfatdır. Kasablanka, həmçinin ölkənin ən iri sənaye şəhəridir. Sənayenin ən aparıcı sahələri: balıqçılıq, konservləşdirmə, ağac emalı və mebel istehsalı, tikinti materialları, şüşə və tütündür.

Görməli yerləri

[redaktə | mənbəni redaktə et]

Kasablankanın ən əzəmətli abidəsi fransız Mişel Pinsonun inşa etdiyi II Həsən Məcid məscididir. Tikintisi 4 il sürən məscid 1993-cü ildə açılıb. İnşasına 800 milyon dollar xərclənən məscid Məkkə məscidindən sonra böyüklüyünə görə ikincidir. Minarənin hündürlüyü 200 metrdir, binada kitabxana və Milli muzey də yerləşir. Daxildən freska (divar naxışı) ilə bəzədilib. II Həsən Məcid məscidi içərisinə başqa dinə mənsud olan insanların da buraxıldığı məscidlərdən biridir. Şəhərin gözəl tikililərindən biri də Mahakma du Paşa məhkəmə binasıdır. 1932-ci ildə inşa edilən Arxeoloji muzey Mərakeşin ən yaxşı muzeylərindəndir. Kasablankanın əsas meydanı Birləşmiş Millətlər meydanıdır. V Məhəmməd meydanı isə ən böyük meydandır, burada ərəb üslubunda çoxlu sayda bina var. Üzəri şəkilli parça ilə bəzədilmiş Əl Hank mayakı çox gözəldir.

Kasablanka turistləri milli mətbəxi ilə də heyran edir. Bir sıra müsəlman şəhərlərində olduğu kimi, burada da donuz əti və spirtli içki qadağandır, heyvanlar bismillahla kəsilməlidir. Mərakeş mətbəxində xörəklər asta-asta, ədviyyat və ya təzə göyərtilərlə hazırlanır. Ölkə ziddiyyətlərlə bol olduğu kimi, mətbəxi də elədir, yəni bir xörəkdə həm acı, həm şirin dad var. Ət xörəkləri, adətən quru və ya təzə meyvələrlə bəzədilir. Burada "ətli və heyvalı tacin" xörəyi çox məşhurdur. Mərakeş mətbəxində qonağın nemətlərdən ləzzət alması şərtdir. Ənənəvi naharda masaya çəngəl, qaşıq qoyulmur, xörəklər sağ əlin şəhadət və orta barmağı ilə yeyilir. Nahardan əvvəl masaya əlləri yumaq üçün kasada qızılgül ətirli isti su verilir. Süfrəyə birinci şorba gətirilir. Qoyun əti və paxladan hazırlanan «Harira» şorbası çox populyardır.

Şəhərdə keçirilmiş beynəlxalq tədbirlər

[redaktə | mənbəni redaktə et]
  1. http://amawal.net/tigmmi-tumlilt?l=fr_FR.
  2. 1 2 ArchINFORM (alm.). 1994.
  3. https://www.casainvest.ma/fr/casablanca-settat/provinces.
  4. 2024 Moroccan census. / red. High Commission for Planning