Ftaleinlər

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Ftaleinlər
Molekulyar modelin şəkli
Ümumi
Kimyəvi formulu C20H14O4
Molyar kütlə 318,31 q/mol
Fiziki xassələri
Sıxlıq 1,3 q/sm³
Termik xüsusiyyətlər
Ərimə nöqtəsi 261—263 °S
Qaynama nöqtəsi 557,8 °C[1]
Təsnifatı
CAS-da qeyd. nöm. 77-09-8
PubChem
SMILES Oc1ccc(cc1)C3(OC(=O)c2ccccc23)c4ccc(O)cc4
ChEBI 34914
ChemSpider

Ftaleinlər — ftal anhidridindən alınan boyaqlardır.

Bunların trifenilmetan boyaqlarına mənsubiyyəti belə izah edilir. Əgər trifenilkarbinolun bir hidrogeni karboksil qrupu ilə əvəz olunursa, onda trifenilkarbinolkarbon turşusu alınacaqdır. Bu oksiturşunun lakton forması ftalefeon, ftalefenonun hidroksilli törəmələri isə ftalein boyaqları adlanır. Onların ən sadə nümayəndəsi fenolftaleindir. Fenolftalein, ftal anhidridinin fenol ilə (sulfat turşusu ilə təsir etdikdə) kondensləşməsindən alınır. Fenolftalein toz halında olan ağ rəngli maddədir, 2610C-də əriyir. Onu qələvilərdə həll etdikdə qırmızı rəngli duzu alınır. Qırmızı fenolftalein, xinoid qruplu birləşmədir.

Fenolftalein, təbabətdə işlətmə dərmanı kimi pergen adı ilə, onun spirtdə məhlulu isə analitik kimyada qələvilərin indkatoru kimi işlədilir. Ftal anhidridini rezorsin ilə kondensləşdirdikdə rezorsinftalein və fluoressein adlanır. Bu zaman kondensləşmə ilə bərabər, rezorsin molekularının iki hidroksilindən bir molekul su da ayrılır. Fluoressin fenolftaleindən daha asan alınır. Onu almaq üçün ftal anhidridini rezorsinlə bir yerdə sadəcə közərtmək olur. fərz olunur ki, onun lakton forması öz-özünə oksiturşu (xinoid) formasına çevrilir. Fluoressin suda həll olmur, qələvi məhlulda qızrmızı sarı rəngli olub, çox zəif məhlulu belə fluoressensiya edərək ona yaşıl rəng verir. Kosmetik preparatları boyamaq və başqa boyaqlar almaq üçün işlədirlər.

Fluoressinə bromla təsir etdikdə dördbromlu törəməsi ola eozin alınır. Eozin yaxşı fluoresesiya edən, çəhrayı rəngli boyaqdır. Yun və ipəyi boyamaq üçün işlədilməklə bərabər, bakterioloji tədqiqatlar üçün də əhəmiyyətlidir. Fluosseinə yodla təsir etmələ terayodezin və ya eritrozin alınır.

Tetrafenilmetan

[redaktə | mənbəni redaktə et]

Metanın tamam fenilləşmiş nümunəsi terafenilmetandır (C6H5)4C. Onu trifenilxlormetana fenilmaqneziumbromid ilə təsir etdikdə alırlar. Tetrafenilmetan trifenilmetandan fərqli olaraq çox möhkəm birləşmədir, 2850C-də əriyir, 4310C-də qaynayır.

  • M. Mövsümzadə "Üzvi kimya", Maarif — 1966.
  1. https://www.chemenu.com/products/CM157263.