Eteokrit dil
Eteokrit dil | |
---|---|
Ölkələr | |
Ölü dil | II əsr |
Təsnifatı | |
Yazı | yunan əlifbası |
Dil kodları | |
ISO 639-1 | — |
ISO 639-2 | — |
ISO 639-3 | ecr |
IETF | ecr |
Glottolog | eteo1236 |
Eteokrit dili (q.yun. Ἐτεόκρητες; hərf. "Əsl kritlilər")[1] — qədim dövrlərdə Kritdə pelasqlar, kidonlar və başqaları ilə birlikdə məskunlaşan yunanlardan əvvəlki xalqların ən böyüyünün dili. Eteokritlər ilk dəfə Homer tərəfindən xatırlanmışdır. Müasir arxeologiyada bu xalqın adı üçün "minoylılar" da tez-tez istifadə olunur və onların sivilizasiyası "Minoy" adlanır (mifik Krit padşahı Minosun adından). Bu dildə danışanların öz adı Misir qeydlərində "k'ftjw" kimi tanınır (şərti oxu – "kaftiu", "iu" isə misircə cəm sonudur). Bu dildə Krit adasının adı akkadca qeydlərə görə, "Kaptara" ivritcə qeydlərə görə isə Kaftor olaraq verilmişdir.
Dilin genetik əlaqələri məlum deyil. Eteokrit dilinin minoy dilinin davamı olduğu güman edilir.
Santorini adasında vulkan püskürməsi və axeylərin işğalı nəticəsində Minoy sivilizasiyasının məhv edilməsindən sonra minilliklər ərzində Minoy dilinin abidələri formalaşmamışdır.