Eskimo

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Eskimo
Eskimo dondurması

Eskimo — çubuqda şirəli dondurma[1]. 1920-ci illərin birinci yarısında yaradılmışdır[2].

Eskimonun yaranması haqqında iki versiya mövcuddur:

  • Danimarkalı immiqrant, məktəb müəllimi və uşaqlar üçün olan şirniyyat mağazası sahibi Kristian Kent Nelson[3], bir dəfə təsadüfən bir dəstə dondurma üçün şokolad şəkəri tökdü[4]. Eskimonun yeni partiyası artıq partnyor Rassell Stover ilə birgə hazırlanmışdı. Yeni məhsula "Eskimo Pie" (ing. Eskimo Pie — "eskimo piroqu") adı verildi. 1920-ci ildə 25 min ədəd həcmində ilk sənaye partiyası buraxıldı.
  • Pendir istehsal edən "Gervais" şirkətinin yaradıcısı Çarlz Gervais, Parisin kinoteatrlarından birində şokoladlı və çubuqda olan dondurma satmışdı. Həmin günlərdə eskimoslar haqqında "Şimallı Nanuk" sənədli filmi vardı. Kinoya baxanlardan birinin yüngül əliylə bu marka "Eskimo" adlandırıldı. Bu gün "Gervais" şirkəti "Danone" konserninə məxsusdur. Eskimonun indiki görünüşü yalnız 1935-ci ildə taxta çubuqda istehsal olunmağa başladı.

SSRİ-də eskimo

[redaktə | mənbəni redaktə et]
1935-ci ildə SSRİ-də eskimo satışı

SSRİ-də eskimo 1935-ci ildə meydana çıxdı. Məlum olduğu kimi, bu zaman SSRİ xalq komissarları sovetində ərzaq üzrə təşəbbüsü A. Mikoyan göstərirdi. SSRİ incəsənətinin müxtəlif sahələrində eskimo dondurması öz əksini tapmışdır. Məsələn, Lazar Laginin yazdığı eyniadlı əsəri əsasında 1956-cı ildə çəkilmiş Qoca Xottabıç filminin baş qəhrəmanı Həsən Abdurahman Xottabıç sirk zamanı çoxlu eskimo yeyir, Çeburaşka cizgi filmində "Timsah Genanın mahnısı"nda eskimo dondurmasının adı çəkilir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. "Eskimo stays despite frosty reception". The New Zealand Herald. NZPA. April 22, 2009. August 5, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 29, 2011.
  2. "Tip Top Eskimo Pie – Fonterra Food Services – Products". Fonterra Food Services. 2012-07-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-07-20.
  3. "www.findagrave.com". 2017-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-07.
  4. James T. Ehler. "Christian Kent Nelson: Who's Who in Food History". Foodreference.com. 1992-03-08. 2018-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-07-20.