Deliriya
Deliriya | |
---|---|
XBT-10 | F |
XBT-9 | |
DiseasesDB | 29284 |
MedlinePlus | 000740 |
eMedicine | med/3006 |
MeSH | D003693 |
Vikianbarda əlaqəli mediafayllar |
Deliriya (lat. delirium — ağılsızlıq; lat. deliro — sayıqlama) — Tibbdə huşun müvəqqəti olaraq zəifləməsi, düşüncə qabiliyyəti, problem həll etmə, diqqətin yönəldilməsi, beyininin koordinasiya bacarıqlarının zəifləməsi ilə xarakterizə olunan psixi pozğunluq halı. Əsasən hallüsinasiya və illüziyalarla (qarabasmalarla) müşayiət olunur. Deliriya tibbdə bir xəstəlik hesab olunmur, sadəcə kliniki sindrom olaraq qəbul edilir.
Əsas xüsusiyyətləri
[redaktə | mənbəni redaktə et]Deliriyanın əsas xüsusiyyətləri aşağıdakılardır:
- Şüurun pozulması
- Düşüncələrin dəyişməsi
- Hiperaktiv və ya az aktiv davranışlar
- Narahat yuxu
- Bioloji beyin saatının pozulması (gündüz və ya gecənin olduğunu dərk edə bilməmək)
Yuxu pozğunluqları və psixoloji pozğunluqlar
[redaktə | mənbəni redaktə et]Beyində yuxu və oyanıqlığı sabitləyən bölümlərin zədə alması nəticəsində, deliriyadan əziyyət çəkən insanların əksəriyyətində yuxu problemləri yaşanır. Bəzən deliriyadan əziyyət çəkən insanları normal yuxu problemi yaşayan insanlardan fərqləndirmək çətin olur. Ancaq deliriyadan əziyyət çəkən insanlarda yuxu döngüsünün tamamilə alt üst olması (yuxu ritminin pozulması ilə anlaşılmayan saatlarda oyanma, narahatlıq) müşahidə edilir.
Deliriya zamanı halüsinasiyalar, anlamsız şübhələnmə, narahatlıq, qorxu kimi hissi simptomlar müşahidə olunur. Psixoloji problemlər, deliriyadan əziyyət çəkən insanların 50%-dən artığında görülür.
Deliriyadan əziyyət çəkən insanların düşüncələrində əsasən, çaşqınlıq, ətraf mühiti yanlış anlama, mənasız düşüncələr olur.
Səbəbləri
[redaktə | mənbəni redaktə et]Müxtəlif səbəbləri olduğu bilinir və hər hansısa bir biyoloji, sosioloji, psixoloji faktorlar tərəfindən təkanlandırıla bilər. Əsasən, psixologiyasi zəif insanlarda daha çox görülür və psixoloji faktorlara meyilli səbəbləri olur.
Zəmin yaradan faktorlar
[redaktə | mənbəni redaktə et]- Yaşlılıq
- Beyin pozğunluğu, (dementiya)
- Fiziki yan faktorlar (Ürək çatışmazlığı, xərçəng xəstəliyi, ürək-damar xəstəlikləri)
- Hissi pozğunluqlar
- Dehidrasiya (bədəndə su çatışmazlığı)
- Narkotik istifadəsi (narkotik asılılıq)
- Alkoqol istifadəsi (alkoqolik asılılıq)
- Travmatik baş zədələnməsi
- Güclü ağrı
- Müxtəlif orqan infeksiyaları
- Qanda şəkər miqdarının aşağı düşməsi
- Bədəndə oksigen çatışmazlığı
- Digər travmatik faktorlar