Dördbucaqlı
DÖRDBUCAQLILAR | |||||
---|---|---|---|---|---|
┌─────────────┼─────────────┐ | |||||
çökük | qabarıq | ||||
┌─────────────┼─────────────┐ | |||||
xaricə çəkilmiş çevrə | trapesiya | daxilə çəkilmiş çevrə | |||
| ┌───────────┤ | | | ||||
|
simmetrik tərəflər |
qabarıq deltoid |
|||
└─────┬─────┘ | └─────┬─────┘ | ||||
└──────────┬─────────┘ | |||||
kvadrat |
Dördbucaqlı — bir müstəvi üzərində dörd təpəsi və dörd tərəfi olan çoxbucaqlıya deyilir. Dördbucaqlılar qabarıq və çökük(qabarıq olmayan) olur.
Qabarıq dördbucaqlı-tərəfləri özündə saxlayan düz xəttlər üzərində dördbucaqlının daxilinə aid nöqtə yoxdursa,bu dördbucaqlı Qabarıq Dördbucaqlı adlanır.
Xassələri
İxtiyari qabarıq dördbucaqlının sahəsi diaqonalları ilə aralarındakı bucağın siniusunin hasilinin yarısına bərabərdir.
Dördbucaqlının bucaqları cəmi 360°-yə bərabərdir.
Dördbucaqlının daxilinə yalnız və yalnız o halda çevrə çəkmək mümkündür ki, onun qarşı bucaqlarının cəmi 180°-yə bərabər olsun:
().
Dördbucaqlının xaricinə yalnız və yalnız o halda çevrə çəkmək mümkündür ki, onun qarşı tərəflərinin cəmi bir-birinə bərabər olsun:()
Dördbucaqlının növləri
- Trapesiya — iki qarşı tərəfi paralel olan dördbucaqlı
- Paraleloqram — qarşı tərəfləri cüt-cüt paralel olan dördbucaqlı
- Düzbucaqlı — bütün bucaqları düz bucaq olan dördbucaqlı
- Romb — bütün tərəfləri bərabər olan dördbucaqlı
- Kvadrat — bütün tərəfləri bərabər və bütün bucaqları düz bucaq olan dördbucaqlı
- Deltoid — iki cüt bitişik tərəfləri bərabər olan dördbucaqlı
Dördtərəfli
Baxmayaraq ki, bu ad dördbucaqlı adına ekvivalent ola bilər, bu anlayış üçün bəzi məna əlavə olunur. Belə ki, heç bir ikisi paralel olmayan və heç bir üçü bir nöqtədən keçməyən dörd düz xətt dördtərəfli adlanır. Bu cür konfiqurasiyaya Evklid həndəsəsinin bəzi iddialarında rast gəlinir ki, (məsələn, Menelay teoremi, Qauss düz xətti, Ober düz xətti və s.) tez-tez bütün düz xətlər qarşılıqlı əvəz oluna bilirlər.