Avraam Linkoln

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Avraam Linkoln
ing. Abraham Lincoln
ABŞ nümayəndəsi[d]
4 mart 1847 – 4 mart 1849
4 mart 1861 – 15 aprel 1865
ƏvvəlkiCeyms Byukenen
SonrakıEndrü Conson
Amerika Birləşmiş Ştatlarının seçilmiş prezidenti[d]
6 noyabr 1860 – 4 mart 1861
ƏvvəlkiCeyms Byukenen
SonrakıUliss Qrant
Şəxsi məlumatlar
Doğum tarixi 12 fevral 1809(1809-02-12)[1][2][…]
Vəfat tarixi 15 aprel 1865(1865-04-15)[1][3][…] (56 yaşında)
Vəfat səbəbi güllə ilə başına vurma[d]
Partiya
Fəaliyyəti siyasətçi, vəkil, dövlət xadimi, fermer, zabit, yazıçı
Həyat yoldaşı
Uşaqları 4[5] (Robert Tod Linkoln, Uilyam Linkoln daxil olmaqla)
Dini Baptizm
Hərbi xidmət
Qoşun növü İllinoys Milli Qvardiyası[d]
Döyüşlər
Rütbəsi kapitan[d]

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Avraam Linkoln (ing. Abraham Lincoln; 12 fevral 1809[1][2][…]15 aprel 1865[1][3][…]) — Amerika Birləşmiş Ştatlarının 16-cı prezidenti (1861–1865). ABŞ-nin iki hissəyə parçalanması və vətəndaş müharibəsi dövründə ölkəyə rəhbərlik etmiş, ABŞ-də quldarlığın ləğvini təmin etmişdir.

Siyasi karyerası

[redaktə | mənbəni redaktə et]

1832-ci ildə(23 yaşında) ABŞ Konqresinə seçkilərdə namizədliyini irəli sürmüş, lakin yetərli səs toplaya bilməmişdi.

1834-cü ildə(24 yaşında) bir daha namizədliyini irəli sürmüş və İllinoys ştatından Konqresin Nümayəndələr Palatasına üzv seçilmişdi.

1855 (46 yaşında) və 1858-ci (49 yaşında) illərdə Senata üzv olmaq üçün çalışsa da, hər 2 kampaniya uğursuzluqla nəticələnmişdir.

Onun 1861-ci (52 yaşında) ildə hakimiyyətə gəlməsi ilə eyni vaxtda quldarlığın tərəfdarı olan cənub ştatları Amerika Konfederativ Ştatları adı altında birləşərək ABŞ-nin tərkibindən çıxdıqlarını elan etmişlər. 4 il davam edən müharibə sonda ABŞ-nin qələbəsi ilə nəticələnmişdir. Bu qələbədən 6 gün sonra 15 aprel 1865-ci (56 yasinda) ildə Avraam Linkoln teatrda "Bizim Amerikalı əmioğlumuz" (Our American Cousin) tamaşasına baxarkən həmin teatrın aktyoru Con Uilks But tərəfindən qətlə yetirilmişdir. Bununla o, qətlə yetirilmiş ilk ABŞ prezidenti olmuşdur. Güllə atandan sonra Butt səhnəyə çıxaraq latınca "Sic semper tyrannis!" (tərcümədə: "Tiranların taleyi belədir"- cənub ştatı olan Vircinyanın şüarı) kəlməsini səsləndirmişdi.

Avraam Linkolnun dörd illik prezidentliyi ərəfəsində Vətəndaş Müharibəsi ilə yanaşı ailəsində çətinliklərlə üzləşməsi təsadüfi deyildi. Bir oğlunu erkən yaşlarında itirmiş Linkoln Ağ Evdə məskunlaşarkən digər üç oğlu arasında xeyli yaş fərqi var idi: Robert 17, Vilyam 10, Tomas isə 7 yaşında idi. Robert bu ərəfədə Harvard Universitetində təhsil alırdı və periodik olaraq valideynlərini ziyarət etmək üçün paytaxta qayıdardı. Ata Linkoln konservativ (Respublika) partiyanı təmsil etsə də, uşaqları və yoldaşına qarşı çox liberal yanaşırdı və uşaqları tam sərbəst şəkildə böyütməyin tərəfdarı idi. Bu isə xanım Linkolna çox narahat edirdi və bir neçə hallarda şikayətlərini eşitməyən ərindən Senatorların xanımlarına ünvanlanan məktublarda şikayətlənərdi. Hamının sevimlisi olan Vilyam 11 yaşında xəstəlikdən vəfat etməsi ailəyə ağır zərbə olmuşdu və üç il sonra atası da teatrda güllələnmişdir. Prezidentin ölümündən sonra Avraam Linkoln partnyoruna müsabiqə verən Mrs. Linkolnun sözlərinə əsasən ərinin işlə bağlə çətinliklərinə baxmayaraq ailəsinə münasibəti heç vaxt dəyişməzdi. Çox keçmədən Tomas da 18 yaşında ağciyər xəstəliyindən vəfat etdi. Universiteti bitirən Robert atasının vəfatından sonra cəbhədən geri dönmüş və anası ilə birlikdə Çikaqoya köçüb atasının yolunu davam etdirmişdir (Avraam Linkoln məşhur vəkil idi). Mary Harlanla evləndikdən sonra üç uşaq atası olan Robert özünü idarə edə bilməyən anasını 1875-ci ildə dəlixanaya məhkum etdirdi. Daha sonra hökumətdə mühüm vəzifə tutan Robert Prezident Ceyms Qarfildin və Prezident Vilyam Mak-Kinlinin sui-qəsdinin şahidi olur. Bununla mövcudluğunun prezidentlərə düşərli olmadığını müəyyən edir və iş həyatını tərk edərək ölümünə qədər (1926) atasının xatirələrini mühafizə etməyi qərar verir.

Vəkillik karyerası

[redaktə | mənbəni redaktə et]

İlinoys Ali Məhkəməsində vəkillik karyerasına başlayan Linkoln, bir çox işdə uğurlu olaraq o dövrün ən uğurlu vəkilləri arasına girməyi bacardı. Linkolnun ən mühüm işi 1858-ci ildə bir cinayət olub. Linkolnun müvəkkili Vilyam "Duff" Armstronq, Ceyms Metzkeri öldürməklə günahlandırılırdı.1858 ildə müdafiə etdiyi məşhur Vilyam "Duff" Armstronq işiylə, hüquqşunaslığını da nümayiş etdi. Fərqli və o zamanlar nadir rast gəlinən bir taktika istifadə etmək vasitəsilə, təcrübə şahidlərinin yalan söylədiyini cütçü ilə sübut etdi. Linkoln, İllionis əyalətində keçirdiyi 23 illik hüquq həyatı boyu, 5.100-dən çox işdə vəkillik edib.

Öldürülməsi

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Avraam Linkoln sui-qəsdi

4 il davam edən vətəndaş müharibəsi 9 aprel 1865-ci ildə Konfederasiyanın kapitulyasiyası ilə başa çatdı. Cənub zəncilərin ABŞ cəmiyyətinə inteqrasiyasına hazırlaşmalı idi. Müharibənin başa çatmasından 5 gün sonra-14 aprel 1865-ci il tarixində Ford teatrının səhnəsində qoyulan "Mənim amerikalı kuzenim" tamaşası zamanı cənub tərəfdarı olan aktyor Con Uilks But prezident lojasına daxil olaraq onun başına tapancadan güllə açmışdı. Güllə atandan sonra Butt səhnəyə çıxaraq latınca "Sic semper tyrannis!" (tərcümədə: "Tiranların taleyi belədir"- cənub ştatı olan Vircinyanın şüarı) kəlməsini səsləndirmişdi. Səhəri gün, saat 7:22də Avraam Linkoln öldürüldü.

Buttu Vircinya ştatında 26 aprel tarixində anbarda gizlənərkən tapmışdılar. Anbara dərhal od vurulmuş Butt silahlı şəkildə oradan çıxmışdı. Anbardan çıxan zaman onu boynundan ölümcül yaralamışdılar. Con Buttun son sözləri belə olmuşdu: "Anama deyin ki, mən vətənim üçün mübarizə apararaq həlak oldum."[6]


  1. 1 2 3 4 Current R. N. Abraham Lincoln // Encyclopædia Britannica (ing.).
  2. 1 2 http://www.history.com/this-day-in-history/abraham-lincoln-is-born.
  3. 1 2 https://www.pbs.org/newshour/health/april-15-1865-tragic-last-hours-abraham-lincoln.
  4. 1 2 Lundy D. R. The Peerage (ing.).
  5. 1 2 House Divided (ing.): The Civil War Research Engine at Dickinson College.
  6. "VƏTƏNDAŞ MÜHARIBƏSI VƏ AVRAAM LINKOLNUN ÖLDÜRÜLMƏSI". 2020-02-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-10.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]