Alupka
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Şəhər | |
Alupka | |
---|---|
Алупка Alupka | |
44°25′11″ şm. e. 34°02′35″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 960 |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 67 ± 1 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 98676 — 98677 |
Digər | |
alupkarada.org | |
Vikianbarda əlaqəli mediafayllar |
Alupka (ukraynca , rus. Алупка) — Krım dağlarının cənub hissəsində yerləşən bir kurort şəhəridir.
Coğrafiyası
[redaktə | mənbəni redaktə et]İqlim
[redaktə | mənbəni redaktə et]Yanvar və fevral aylarının orta temperaturu +3 – +4 °C, avqust ayında isə +24,6 °C-dir. Orta illik yağıntı dərəcəsi — 400 mm, günəşli saatların illik orta miqdarı — 2150 saat. Yay mövsümü martdan oktyabradək davam edər (su hərarəti təxminən +22 – +28 °C).
Tarix
[redaktə | mənbəni redaktə et]Müasir Alupka torpaqlarında ilk insan yerləşmələri miladdan əvvəl VIII minillikdə yarandı. Şəhər birinci dəfə 960-cı ildə Alubika adı ilə anıldı. 1475–1774 illəri arasında Alupka osmanlıların hakimiyyəti altında keçdi. Krım Rusiyanın əlinə keçdikdən sonra (1783-cü il) Alupka R. Potömkinin mülkü oldu. 1823-cü ildə isə burada saray qurduran Mixail Vorontsovun sahibliyinə keçdi. XX əsrin əvvəlindən Alupka kurort oldu. Bu yerə müalicə və rekreasiya üçün Födor Şalapin, Maksim Qorki, Valeri Brüsov, İvan Bunin, Lesya Ukrainka və başqaları gəldilər.
1938-ci ildə Alupkaya şəhər statusu verildi.
Nəqliyyat
[redaktə | mənbəni redaktə et]Şəhər Yaltadan 17 km uzaqlıqda yerləşir. Krımın mərkəzi və digər məskunlaşılan yerləri ilə Alupka-Sevastopol-Yalta-Simferopol-Feodosiya magistral yolu vasitəsilə əlaqə saxlanılır.
İctimai sahələr
[redaktə | mənbəni redaktə et]Şəhərdə iki ümumtəhsil və bir musiqi məktəbi, xəstəxana, iki kitabxana, iki mehmanxana, mədəniyyət mərkəzi var.
Xüsusi diqqətə layiq yerlər
[redaktə | mənbəni redaktə et]Şəhərin məşhur yerlərindən Vorontsov sarayını ve onun ətrafındakı parkı anmaq lazımdır.
Alupkada doğulan, II Dünya Müharibəsi iştirakçısı Ahmet-Han Sultanın muzeyi var.
1972-ci ildə şəhərdə kol və ağaclarların iki yüzdən ziyadə növü olan park açıldı.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 OKTMO (rus.).
- ↑ https://rosstat.gov.ru/storage/mediabank/tab-5_VPN-2020.xlsx (rus.).
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Alupka malümat portalı
- "Bütün Qırım avuç üstünde" saytı Alupkada raatlanuv aqta er angi malümat Arxivləşdirilib 2019-01-01 at the Wayback Machine