44°25′11″ şm. e. 34°02′35″ ş. u.HGYO

Alupka

Vikipediya, azad ensiklopediya
C Mirəli2001 (müzakirə | töhfələr) (vikiləşdirmə) tərəfindən edilmiş 11:33, 9 iyun 2024 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
Şəhər
Alupka
Алупка
Alupka
Bayraq Gerb
Bayraq Gerb
44°25′11″ şm. e. 34°02′35″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub 960
Sahəsi
  • 4 km²
Mərkəzin hündürlüyü 67 ± 1 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 9.063 nəf. (2021)[2]
Rəqəmsal identifikatorlar
Poçt indeksi 98676 — 98677
Digər
alupkarada.org
Xəritəni göstər/gizlə
Alupka xəritədə
Alupka
Alupka
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Alupka (ukraynca , rus. Алупка) — Krım dağlarının cənub hissəsində yerləşən bir kurort şəhəridir.

Yanvarfevral aylarının orta temperaturu +3 – +4 °C, avqust ayında isə +24,6 °C-dir. Orta illik yağıntı dərəcəsi — 400 mm, günəşli saatların illik orta miqdarı — 2150 saat. Yay mövsümü martdan oktyabradək davam edər (su hərarəti təxminən +22 – +28 °C).

Müasir Alupka torpaqlarında ilk insan yerləşmələri miladdan əvvəl VIII minillikdə yarandı. Şəhər birinci dəfə 960-cı ildə Alubika adı ilə anıldı. 1475–1774 illəri arasında Alupka osmanlıların hakimiyyəti altında keçdi. Krım Rusiyanın əlinə keçdikdən sonra (1783-cü il) Alupka R. Potömkinin mülkü oldu. 1823-cü ildə isə burada saray qurduran Mixail Vorontsovun sahibliyinə keçdi. XX əsrin əvvəlindən Alupka kurort oldu. Bu yerə müalicə və rekreasiya üçün Födor Şalapin, Maksim Qorki, Valeri Brüsov, İvan Bunin, Lesya Ukrainka və başqaları gəldilər.

1938-ci ildə Alupkaya şəhər statusu verildi.

Şəhər Yaltadan 17 km uzaqlıqda yerləşir. Krımın mərkəzi və digər məskunlaşılan yerləri ilə Alupka-Sevastopol-Yalta-Simferopol-Feodosiya magistral yolu vasitəsilə əlaqə saxlanılır.

İctimai sahələr

[redaktə | mənbəni redaktə et]

Şəhərdə iki ümumtəhsil və bir musiqi məktəbi, xəstəxana, iki kitabxana, iki mehmanxana, mədəniyyət mərkəzi var.

Xüsusi diqqətə layiq yerlər

[redaktə | mənbəni redaktə et]

Şəhərin məşhur yerlərindən Vorontsov sarayını ve onun ətrafındakı parkı anmaq lazımdır.

Alupkada doğulan, II Dünya Müharibəsi iştirakçısı Ahmet-Han Sultanın muzeyi var.

1972-ci ildə şəhərdə kol və ağaclarların iki yüzdən ziyadə növü olan park açıldı.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]