Akan dili

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Akan dili
Orijinal adı akan
Akan[1]
Ölkələr
Danışanların ümumi sayı
  • 11.000.000 nəf. (2007)[3]
Təsnifatı
Niger-Konqo dilləri[vd]
Atlantik-Konqo dilləri[vd]
Volta–Congo[vd]
Kva
Nyo[vd]
Potou–Tano[vd]
Akan dilləri
Akan dili
Yazı latın əlifbası
Dil kodları
QOST 7.75–97 ака 027
ISO 639-1 ak
ISO 639-2 aka
ISO 639-3 aka
Dilin strukturlarının dünya atlası akn
Ethnologue aka
ABS ASCL 9203
IETF ak
Glottolog akan1250
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Akan dili – akanların dillərindən biridir. Mərkəzi və Cənubi Qanada yayılmışdır. Bu dildə 7 milyondan artıq adam danışır. Akan Dili kva dillərinin tano qolunun mərkəzi qrupuna aiddir və qohum abron dili ilə birlikdə akan yarımqrupunu təşkil edir. Daha geniş mənada "Akan" termini elmi ədəbiyyatda tano qolunun ümumi adı kimi işlədilmişdir və bu, hazırda akan xalqlarının adında saxlanılmaqdadır. Bu termindən çvi birliyinin adı kimi də istifadə olunmuşdur. Akan Dilindəki sait səslərə yüksəkliyinə görə çarpazlaşmış tipli ahəngdarlıq xasdır. Arxa damaq samitinin olmaması və ön palatal samitlərin (ky, gy, hy) dodaqlanan cütlüklərlə (tw, dw, hw) mövcud- luğu bu dil üçün səciyyəvidir. Akan Dilində qrammatik və leksik əhəmiyyətli 2 yumşaq ahəng var. Adlar tək və cəm kateqoriyalara ayrılır. Sintaksisi üçün seriallaşma xarakterikdir: cümlədə fellərin sırası növlərə görə bir-birinin ardınca düzülür və bu zaman subyekt və obyekt yalnız birincidə ifadə olunur. Yazısı latın qrafikası əsasındadır.

Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 231. ISBN 978-9952-441-02-4.