Adi ərsindimdik
Adi ərsindimdik | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Sinif: İnfrasinif: Klad: Klad: Klad: Klad: Dəstə: Yarımdəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Adi ərsindimdik |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Adi ərsindimdik (lat. Platalea leucorodia) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qutankimilər dəstəsinin i̇bislər fəsiləsinin ərsindimdik cinsinə aid heyvan növü.
Nadir, sayı azalmaqda olan yuvalayan növdür. Azərbaycan ərazisində bütün iri su hövzələrində yuvalayırdı. Hazırda yalnız Ağgöl, Qızılağac və Mahmudçalada yuvalayır (digər su hövzələrində stabil yuvalamır).
Qamışlıqlarla örtülü düzənlik su hövzələrində yaşayır. Yuvalama biotopları insan üçün çətin keçilən qamışlıqlar, eləcə də yulğunluqlardır.
Təbiətdə sayı
[redaktə | mənbəni redaktə et]Son illər ərsindimdiklərin sayı nəzərə çarpacaq dərəcədə azalmışdır. Əgər Ağgöldə 1964-cü ildə 5320 quş, 1968-ci ildə – 2200 quş qeyd edilmişdirsə, 80-ci illərin sonunda yuvalayan populyasiyalarda bu quşların sayı 200-ə qədər olmuşdur.
Ərsindimdik rahatsızlıq amilinə çox duyuq quşdur. Su hövzələrinin qurudulması yuva koloniyalarına məhvedici təsir edir.
Çoxalma
[redaktə | mənbəni redaktə et]Aprelin əvvəlində cütlərə ayrılaraq yuva qurmağa başlayırlar ki, burada hər iki valideyn iştirak edir. Yuva 4-5 gün ərzində qurulur. Yuvada yumurtaların sayı adətən 2-3, bəzən 4-5 ədəd olur. İkinci yumurta qoyulduqdan sonra hər iki valideyn növbə ilə kürt yatır (24-25 gün). Müstəqil cavan fərdlərə iyul ayında təsadüf olunur.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Integrated Taxonomic Information System (ing.). 1996.
- ↑ IOC World Bird List Version 6.3. 2016. doi:10.14344/IOC.ML.6.3