Abaşevo mədəniyyəti
Abaşevo mədəniyyəti — Rusiya Federasiyasının Orta Volqaboyu, əsasən, indiki Mari El, Çuvaşıstan və Başqırdıstan respublikaları ərazilərində e. ə. 3-cü minilliyin sonu – 2-ci minilliyin birinci yarısında yayılmış Son Tunc dövrü mədəniyyəti[1].
Abaşevo mədəniyyətinə aid kurqanlar ilk dəfə 1925-ci ildə Çuvaşıstan Respublikasının Abaşevo kəndi yaxınlığında V.F.Smolin tərəfindən tədqiq edilmişdir[1]. Kurqanlarda ölülər arxası üstə, dizləri bükülmüş vəziyyətdə dəfn olunmuşlar. Qəbirlərdən həndəsi naxışlı gil qablar, mis və bürünc bəzək əşyaları tapılmışdır[1]. Daşdan, misdən və ev heyvanlarının sümüklərindən hazırlanmış əmək alətlərinin aşkar edilməsi Abaşevo mədəniyyətinin yayıldığı ərazidə tayfaların ovçuluq, balıqçılıq, maldarlıq, əkinçilik və metal emalı ilə məşğul olmasından xəbər verir[1]. Qaliç dəfinəsində bürüncdən düzəldilmiş ilahi fi qurları aşkar edilmişdir. Burada həmçinin kərtənkələ fiqurları, baltalar, xəncərlər, bıçaqlar və qolbaqlar tapılmışdır[1]. Bu əşyalardan dini ayinlər zamanı istifadə edildiyi ehtimal olunur[1].
Son dövrlərdə aparılan arxeoloji qazıntılar nəticəsində Abaşevo mədəniyyətinə aid yaşayış yerləri yalnız Uralyanı ərazilərdə aşkarlanmışdır[1]. Bəzi tədqiqatçıların fikrincə, Abaşevo mədəniyyəti mənşəcə Orta Dnepr mədəniyyəti ilə bağlıdır[1].
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 5 6 7 8 ABAŞEVO MƏDƏNİYYƏTİ Arxivləşdirilib 2022-07-26 at the Wayback Machine. ensiklopediya.gov.az (az.)
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Монография об абашевской культуре Arxivləşdirilib 2009-01-24 at the Wayback Machine
- Абашевская культура[ölü keçid]
- Абашевская культура
- Абашевская культура Arxivləşdirilib 2007-11-18 at the Wayback Machine
- Список публикаций по абашевской культуре Arxivləşdirilib 2009-05-10 at the Wayback Machine