Andre Breton

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
ANDRE BRETON
fr. André Breton
Doğum adı André Robert Breton
Təxəllüsü Breton, André
Doğum tarixi
Doğum yeri
  • Tenşebre kommunası[d]
Vəfat tarixi (70 yaşında)
Vəfat yeri
Təhsili
  • Şaptal Liseyi[d]
Fəaliyyəti şair, yazıçı, romançı, esseist, boyakar[d], fotoqraf, incəsənət nəzəriyyəçisi[d]
Əsərlərinin dili fransız dili
İstiqamət sürrealizm
İmza
Vikimənbənin loqosu Andre Breton Vikimənbədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tibb təhsili alarkən I Dünya Müharibəsinin başlamasıyla hərbi xidmətə alındı. Öz istəyiylə II.Ordunun ruh və sinir xəstəlikləri mərkəzinə təyin edildi. O vaxt çox az tanınan Ziqmund Freydin üsullarını klinik olaraq istifadə etmə imkanını tapdı. Bu aralıq tanıdığı nihilist Jak Vachedən çox təsirləndi. Giyom Apolliner ilə tanış oldu.

Parisə qayıtdıqdan sonra, 1919-cu ildə Lui Araqon, Filipp və Şoupolt ilə "Littérature" adlı jurnalı qurdu və ilk kitabı Mont da Piéte' ye (Pieta Təpəsi) işıq üzü gördü. Şoupolt ilə birlikdə écriture automatique (avtomatik yayı) üsuluyla Les champs magnetiques (Maqnit Sahələr) adlı xüsusi mətni bu jurnalda yayimladı. Bu üsulun məqsədi şüuraltı bütün xarici təsirlərdən xilas olub, özünü azadca ifadə etmə imkanı yaratmaqdı. 1921-də Vyanaya gedib Freydlə tanış oldu.

1921-də Simone Kan ilə evləndi. 1924-də Manifeste du surréalisme'i (Sürrealistlik Manifesti) nəşr olundu. Bu mətndə sürrealizimin, düşüncənin bütün idarəetmələrdən uzaq bir şəkildə özünü ortaya çıxarması olaraq təqdim olunurdu. Dualizmə(İkililik) qarşı çıxan Breton qadağan kimi görünən şeyləri sürrealizmdə birləşdirməyə çalışırdı.

Breton sənətin siyasətdən ayrılmayacağına inanardı. 1925-də Fransa-Mərakeş müharibəsində, Luis Araqon və Pol Eluardla birlikdə Kommunist Partiyasının ideyalarını müdafiə etdi. Sonra 1927-də birlikdə partiyaya girdilər. 1935-də, sürrealizmin azad bir inqilabçı hərəkət olmasına inanan Breton partiyadan uzaqlaşdı. 1938-də getdiyi Meksikada Lev Trotskilə birlikdə Azad İnqilabçı Sənət Federasiyasını qurdu. 1930-da "İkinci Sürrealizm Manifesti"ni nəşr edərək hərəkətin nəzəriyyəsini inkişaf etdirdi. Və Antonin Artoud, Robert Desnos və Filippe Şopoltu hərəkətdən çıxardığını açıqladı. Onlar, Çilarda nəşr etdikləri Un Cadavre (Bir Cəsəd) adlı praşurada Bretonu ciddi olaraq tənqid etdilər. 1938-də, Parisdə təşkil edilən və 14 ölkədən 70 sənətçinin iştirak etdiyi Beynəlxalq Sürrealizim Sərgisi, axımın ən yüksək nöqtəsi oldu. Fransanın işğalından sonra 1941-də Nyu-yorka getdi. Orada Maks Ernst, Marcel DuşamDavid Hare ilə birlikdə VVV adlı bir jurnal nəşr etdi. Bir silsilə konfrans verdi. 1942-də "Üçüncü Manifestə Giriş"i nəşr olundu. 1946-da Parisə qayıtdı. II Dünya Müharibəsindən sonra ekstentializmin yayılmasiyla sürrealizm təsirini itirdi. Amma Breton ölənə qədər sürrealizmi müdafiə etdi.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. Бретон Андре (rus.). / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.