Andre Antuan
Naviqasiyaya keç
Axtarışa keç
Andre Antuan | |
---|---|
André Antoine | |
Doğum tarixi | |
Doğum yeri | Fransa, Limoj |
Vəfat tarixi | (85 yaşında) |
Vəfat yeri | Fransa, Puligen |
Milliyyəti | Fransız |
Vətəndaşlığı | Fransa |
Fəaliyyəti | Fransız rejissoru, aktyor və teatr nəzəriyyəçisi |
IMDb | ID0031134 |
Vikianbarda əlaqəli mediafayllar |
Andre Antuan (fr. André Antoine) — fransız rejissoru, aktyor və teatr nəzəriyyəçisi.
Yaradıcılığı
[redaktə | mənbəni redaktə et]Parisdə “Azad teatr” (1887) və “Antuan teatrı” (1897) təşkil etmiş, 1906-14-cü illər də “Odeon” teatrının direktoru olmuşdur. E. Zolya, Qonkur qardaşları, L. N. Tolstoy, İ. S. Turgenev, H. İbsen və b.-nın əsərlərini tamaşaya qoymuşdur. Andre Antuan həyatın doğru-düzgün inikasına, obraz və hadisələrin, kütləvi səhnələrin bədiiliyinə, həyatiliyinə, eləcə də tərtibat və geyimin tamaşanın məzmununa uyğun olmasına çalışmış, melodram və meşşan dramaturgiyasının əleyhinə çıxmışdır. Bəzi tamaşalarında naturalizm meyilləri də olmuşdur. A. Antuan 1914-cü ildən teatr tənqidi və kino sahəsində fəaliyyət göstərmişdir.[1]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 564. ISBN 978-9952-441-02-4.
Xarixi keçidlər
[redaktə | mənbəni redaktə et]Vikianbarda Andre Antuan ilə əlaqəli mediafayllar var.