Ana südü ilə qidalanma
Naviqasiyaya keç
Axtarışa keç
Ana südü ilə qidalanma yaxud təbii qidalanma — məməlilərin dişilərinin döşlərindəki südü övladlarına çatdırmasıdır. Körpələrin instinktiv ana südü ilə qidalanma refleksi sayəsində öyrənmə prosesi lazım deyildir.
İnsanlarda ana südü ilə qidalanma tövsiyələri 6 ay ilə 2 yaş arasında dəyişir. Ana südü ilə qidalanma üçün təbii əmizdirmə yerinə, bir qabda cəmlənərək şüşə ilə qidalanma üsulu da izlənilə bilər. Bunun üçün məmə üzərinə qoyulan və südün alınmasına kömək edən tirl kimi alətlərdən istifadə edilir.