6 (ədəd)
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
6 | |
---|---|
altı | |
← 4 · 5 · 6 · 7 · 8 → | |
Faktorizasiya | 2 · 3 |
Rum rəqəmi | VI |
İkili | 110 |
Səkkizlik | 6 |
Onaltılıq | 6 |
Vikianbarda əlaqəli mediafayllar |
Altı — say sistemində rəqəm və eyni zamanda ədədlərdən biridir. Beşdən sonra, yeddidən əvvəl gəlir.
Ümumi məlumat
[redaktə | mənbəni redaktə et]Qədim mənbələrdə altı sayı daha çox dünyanın yaradılması ilə bağlı şəkildə özünü göstərməkdədir. "Bibliya"nın verdiyi xəbərə görə, Tanrı dünyanı altı gün içində yaratmış, sonrakı günü isə özü üçün dincəliş günü hesab etmişdir. İran məişətində də Tanrının dünyanı altı gün ərzində yaratmasına inam mövcuddur. Altaylıların bir yaradılış dastanının yaydığı xəbərə görə, Tanrı dünyanı altı günə yaratmış, yeddinci gün isə yuxudan oyanıb yaratdıqlarına tamaşa etməyə başlamışdır[55]. Altı sayı heç bir mənbədə "Kitabi-Dədə Qorqud"da olduğu qədər özünə geniş yer tapmayıbdır. Abidədə deyilir: "Bəzirganlar Bayburanın oğlu üçün bir dəniz qulunu boz ayğır aldılar. Bir ağ tozlu qatı yay aldılar, bir dəxi altı pərli gürz aldılar". Qazan: "- Bəylər! Tanrı mana bir kor oğul vermiş. Varayın (onu) anasının yanından alayın, altı bölük edəyin, altı yolun ayırdında buraxayın!" və s.
Riyaziyyatda
[redaktə | mənbəni redaktə et]- Altı ədədi — mürəkkəb ədəd olmaqla yanaşı həm də cüt ədəddir.
Riyaziyyat haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |