Üç müqəddəs kral
Kralların səcdəsi | ||
---|---|---|
Adoración de los Reyes Magos | ||
| ||
Rəssam | El Qreko | |
Tarixi | 1568 | |
Saxlanıldığı yer | Soumaya muzeyi (Mexiko şəhəri) | |
Vikianbarda əlaqəli mediafayllar |
Üç müqəddəs kral — Üç müqəddəs kral və ya Şərqdən gələn müdriklər Matta İncilində təsvir edilmiş İsanın doğumu hekayəsində adı çəkilən, Betlehem ulduzunu izləməklə məsihin yanına kimi gəlib çıxan münəccimlərdir. Yunan dilində olan orjinal mətndə onlardan maqlar anlamına gələn Μάγοι, Magoi deyə bəhs edilir. "Əhdi-Cədid"də onların kral olduğu deyilmir, eləcə də onların sayı haqqında dəqiq məlumat verilmir. Bu məlumatlar, üçüncü əsrin sonlarında ortaya çıxan bir əfsanədən götürülüb. Qərb kilsəsində istifadə edilən Kaspar, Baltazar və Melçior adları isə ilk dəfə 6-cı əsrə aid mənbələrdə qeyd edilib.[1]
Katoliklərə görə, bu "üç kral" müqəddəs sayılır. 6 yanvar tarixində qeyd edilən Epifani baramı da onların adı ilə bağlıdır. Protestantlıqda da müdriklərin adı ilə bağlı olan bu Epifanini bayram kimi qeyd edirlər. Bunun əksinə olaraq Şərq ortodoks kilsəsinin ənənələrinə görə, bu təntənə Yuli təqviminin 25 dekabr tarixində milad bayramı ilə birlikdə qeyd edilir.[2]
Bibliyaya istinad
[redaktə | mənbəni redaktə et]İsa Məsihin doğumu hadisəsini təsvir edən Matta İncilində yeni doğulan körpəyə şərqdən gələn maqların (yunanca Mágoi apὸ anatolôn) səcdə etməsi barədə də danışılır. Orada belə deyilir: "Kral Hirodun zamanında Betlehemdə İsa dünyaya göz açanda, şərqdən gələn maqlar Yerusəlimə çatır və soruşurlar: Yəhudilərin yeni dünyaya gələn kralı haradadır? Biz onun ulduzunun doğduğunu gördük və ona səcdə etməyə gəldik".[3]
Mágos anlayışı yunan dilində münəccimləri və sehrbazları, ən əsas isə kökü Herodot, Strabon, İskəndəriyyəli Filon və digər antik müəlliflərin öz yazılarında qeyd etdiyi midiyalı maqlara gedib çıxan Zərdüşti kahinlərini adlandırmaq üçün istifadə edilir. Daha sonra Arşakilər sülaləsi dönəmində (təxminən m.ö. 250- m.s. 224) bütün Zərdüşti kahinlər maqlar olaraq adlandırılmağa başlandı. Yunan və Roma mənbələrində onlardan əsasən yaxşı falçı və sehrbazlar kimi söz edilib. [4]
Matta İncilində yazılır ki, maqlar kralın doğumunu müjdələyən ulduzun doğuşunu izləyirlər. Matta İncilinin 3–8-ci bəndlərində göstərilir ki, maqlar ilk olaraq yəhudilərin kralının doğum yerinin yaxınlığında yerləşən paytaxt şəhəri Yerusəlimə gəlir. Burada siyasi və dini təbəqənin nümayəndələrinin məsihin doğumuna olan reaksiyasını təsvir edirlər: "Onlar qorxdular (3-cü bənd)." 8-ci bənddə hətta kral Hirod onlara geri qayıtmalarını və uşağın olduğu yeri ona söyləmələrini bildirir. Lakin onlar qayıtmır. Bu səbəbdən kral Betlehemdə doğulmuş iki yaşa qədər bütün oğlan uşaqlarının öldürülməsini əmr edir. Beləcə Matta artıq İncilin giriş hissəsində məsihin öz xalqı tərəfindən rədd edilməsinin səbəbini açıqlayır [5] .
9-cu bənddə maqlar yolgöstərən ulduz kimi təsvir edilmiş göy cismini izləyir. Ulduz onları Betlehemə kimi aparır və orada dayanır. Luka İncilindən fərqli olaraq, Matta İncilində normal bir ev təsvir edilir. Müqəddəs Kitabda deyilir: "Münəccimlər evə daxil olub uşağı və anası Məryəmi gördülər" [5].
Maqların sayı
[redaktə | mənbəni redaktə et]Müqəddəs Kitabda maqların sayı dəqiq göstərilməyib. Şərq rəvayətlərində maqların sayı 12, Qərb rəvayətlərinə görə isə onların sayı üç olaraq göstərilir. Ehtimal edilir ki, Qərb rəvayətlərindəki 3 rəqəmi, körpəyə təqdim olunan hədiyyələrin üç cür (qızıl, kündür, mürr) olması ilə bağlıdır. [1]
Müqəddəs kitabda yazılanlara əsasən onu demək olar ki, münəccimlər İsanın doğumu zamanı yox, aylar sonra onu görməyə gəlib. Eləcə də İsanı öldürmək istəyən kral Hirod Betlehemdə 2 yaşına qədər olan uşaqların qətlə yetirilməsini əmr edir (Betlehemdə uşaqların qətliamı). [1]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 "Matta İncili 2:1" (azərb. ). 5 noyabr 2020 tarixində arxivləşdirilib.
- ↑ Əlamətdar və tarixi günlər təqvimi (PDF). Bakı. M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası. 2010. səh. 436.
- ↑ "Matta 2:1-11" (türk. ).
- ↑ Theodor Zahn. Das Evangelium des Matthäus(= Kommentar zum Neuen Testament). 1. Leipzig, Erlangen: A. Deichert. 1922. ISBN 3-417-29211-5.
- ↑ 1 2 "Matthäus 2" (alm. ). 28 iyun 2017 tarixində arxivləşdirilib.