Əhməd bəy Hali
ƏHMƏD BƏY HALİ | |
---|---|
Əhməd bəy Xudadad xan oğlu Dünbili | |
Doğum tarixi | |
Doğum yeri | Hal, Qubadlı |
Vəfat tarixi | |
Vəfat yeri | Hal, Qubadlı |
Fəaliyyəti | şair |
Əhməd bəy Hali (1775–1862), şair
Həyatı
[redaktə | mənbəni redaktə et]Əhməd bəy Xudadad xan oğlu 1775-ci ildə Bərgüşad mahalının Hal kəndində anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra Şuşa şəhərində mədrəsədə təhsilini davam etdirmişdi. Əhməd bəy şair idi. Hali təxəllesi ilə xoştəb şeirlər yazırdı. Məhəmməd ağa Müctəhidzadə onun haqqında yazır: "Xələfüs-sidqi cənnətməkan Xudadad xan bu cəlalətməab ata tərəfindən Şirvan şahı Fətəli xan çərxçibaşının nəslindən və ana tərəfindən Gəncə xanlarındandır və öz əsrində sahibi-əmlak və zül-idrak bir vücud imiş. Qərəz, əvayili ömründə İranın Xoy adlanan şəhərində və əvaxirdə Zəngəzur üyezdinin (qəzasının) Hal qəryəsində nəşvi nüma edibdir". Əslində Əhməd bəyin ulu babaları Xoydan gəliblər. Çünki bizim araşdırmamıza görə, onun atası Xudadad xan, babası Mirzə Sultan da Hal kəndində dünyaya gəlmişdilər. (Ə. Ç.)
Ailəsi
[redaktə | mənbəni redaktə et]Əhməd bəyin Abbasqulu bəy adlı oğlu vardı.
Yaradıcılığı
[redaktə | mənbəni redaktə et]Bu fəsildə seyri-bağ xoşdur,
Həm əldə müdam əyağ xoşdur.