Əhməd bəy Hali

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa, brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
ƏHMƏD BƏY HALİ
Əhməd bəy Xudadad xan oğlu Dünbili
Doğum tarixi
Doğum yeri Hal, Qubadlı
Vəfat tarixi
Vəfat yeri Hal, Qubadlı
Fəaliyyəti şair

Əhməd bəy Hali (1775–1862), şair

Həyatı

Əhməd bəy Xudadad xan oğlu 1775-ci ildə Bərgüşad mahalının Hal kəndində anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra Şuşa şəhərində mədrəsədə təhsilini davam etdirmişdi. Əhməd bəy şair idi. Hali təxəllesi ilə xoştəb şeirlər yazırdı. Məhəmməd ağa Müctəhidzadə onun haqqında yazır: "Xələfüs-sidqi cənnətməkan Xudadad xan bu cəlalətməab ata tərəfindən Şirvan şahı Fətəli xan çərxçibaşının nəslindən və ana tərəfindən Gəncə xanlarındandır və öz əsrində sahibi-əmlak və zül-idrak bir vücud imiş. Qərəz, əvayili ömründə İranın Xoy adlanan şəhərində və əvaxirdə Zəngəzur üyezdinin (qəzasının) Hal qəryəsində nəşvi nüma edibdir". Əslində Əhməd bəyin ulu babaları Xoydan gəliblər. Çünki bizim araşdırmamıza görə, onun atası Xudadad xan, babası Mirzə Sultan da Hal kəndində dünyaya gəlmişdilər. (Ə. Ç.)

Ailəsi

Əhməd bəyin Abbasqulu bəy adlı oğlu vardı.

Yaradıcılığı

Bu fəsildə seyri-bağ xoşdur,

Həm əldə müdam əyağ xoşdur.

Həmçinin bax