Şirin su hidrası
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Şirin su hidrası | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Şirin su hidrası |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Şirin su hidrası — sadə quruluşlu poliplərdəndir, bağırsaqboşluqlular tipinin hidrozoalar sinfinin nümayəndələrindəndir. (yun. πολύποδας — çoxayaqlı) Həmçinin o şirin su hövzələrində yaşayır. O 5–12 ədəd qolcuqlarla əhatə olunmuşdur.
Həyat tərzi
[redaktə | mənbəni redaktə et]Hidra təmiz suyu olan gölməçələrdə, çay və nohurlarda su bitkiləri, ağac kötükləri və müxtəlif əşyalara yapışaraq suda qolcuqları aşağı sallanmış vəziyyətdə yaşayır. Qolcuqlar su axınının təsiri ilə yellənir. Bu cür yaşayış hidranın qidalanmasında mühüm rol oynayır. Hidra zəif olsa da, hərəkət edə bilir. Əvvəlcə bədənini bükür, sonra qolcuqlarını yerə qoyur və döşənək hissəsini qaldıraraq, sanki mayallaq aşır. Bu çoxhüceyrəli bakteriyadir.
Xarici quruluşu
[redaktə | mənbəni redaktə et]Şirin su hidrasının bədəni düzgün silindir formasında olub, içi boş kisəyə bənzəyir. Bədənin bir ucunda ağız dəliyi yerləşir və onu ətrafdan nazik və uzun qollar əhatə edir. Ac olanda qollarının uzunluğu az, yeni qidalanmış olanda isə uzun olur. Hidranın 5–12 qolu olması mümkündür. Bədənin o biri ucu saplaq formasında uzanmış olur və qurtaracağında döşənək yerlişir. Hidra döşənək hissəsi ilə sualtı əşyalara yapışır. Hidranın bədəninin saplaq hissəsinin uzunluğu 5–7 mm-dən uzun olmur, qolcuqlar ilə birlikdə isə 1–3 sm-ə çatır. Hidranın bədəni ikiqatlıdır: xarici qat — ektoderma və daxili qat — endoderma adlanır. Bu qatlar arasında mezoqley adlı həlməşik maddədən əmələ gəlmiş təbəqə olur. Hidranın bədəninin daxilində bağırsaq boşluğu olduğundan tipin adı da buradan götürülmüşdür. Mikroskop altında müşahidə etdikdə hidranın xarici qatında bir neçə tipdə hüceyrə olduğunu görərik. Bu qatın əsas hissəsini dəri-əzələ hüceyrələri təşkil edir. Bu hüceyrələr yan tərəfləri ilə bir-birinə yanaşı yerləşərək hidranın xarici örtüyünü təşkil edir. Bu hüceylələrin hər birinin dib hissəsində qısalıb-uzana bilən əzələ lifi olur. Bu da hidranın hərəkəti üçün mühüm rol oynayır. Bütün dəri-əzələ hüceyrələrinin lifləri yığıldıqda, hidranın bədəni sıxılaraq yumaq halını alır. Bədənin bir tərəfindəki hüceyrələrin lifləri yığıldıqda isə həmin tərəfə əyilir və bu yolla hidranın hərəkəti baş verir. Hidranın xarici qatda yerləşən digər qrup hüceyrələri sinir hüceyrələri adlanır. Bu hüceyrələr uzun çıxıntılara malik olub, ulduzşəkillidir. Qonşu sinir hüceyrələrinin çıxıntıları bir-birinə yaxınlaşaraq əlaqə yaradır. Nəticədə bütün bədəni əhatə edən sinir kələfi əmələ gəlir. Sinir hüceyrələri eyni zamanda dəri-əzələ hüceyrələri ilə də əlaqəlidir. Dəri-əzələ hüceyrələri arasında ara-sıra toplu halda iri nüvəli, kiçik, girdə hüceyrələrə rast gəlinir. Bunlar aralıq hüceyrələr adlanır. Aralıq hüceyrələr lazım gəldikdə digər hüceyrələrə çevrilməklə hidranın bədəninin tamlığını bərpa edir. Hidranın cinsi çoxalmasına xidmət edən hüceyrələr iki formada olur: Erkək cinsi hüceyrələr spermatozoid, dişi cinsi hüceyrələr isə yumurta hüceyrəsi adlanır. Spermatozoidlər qamçılı kiçik hüceyrələr olub, əsasən qolcuqlarda, yumurta hüceyrələr isə yalançı ayaqları olan amöbə bənzər hüceyrələr olub, bədənin ortasına yaxın, saplaq hissədə əmələ gəlir. Hidranın bədəninin hər yerində, xüsusən də qolcuqlarda çoxlu miqdarda mürəkkəb quruluşlu dalayıcı hüceyrələr olur. Bu hüceyrələrin sitoplazma və nüvədən əlavə, həm də dalayıcı kapsul deyilən hissəsi vardır. Kapsul zəhərli maye ilə doludur. Kapsulun içərisində spiral şəklində burulmuş dalayıcı sap yerləşir. Dalayıcı sapın üstündə tikancıqlar vardır. Hüceyrənin xaricə doğru yönəlmiş hissedici tükcüyü vardır. Qidası və ya düşməni hissedici tükcüyə toxunduqda, dalayıcı sap ani surətdə xaricə atılır və şikarına sancılır. Sapın içərisindəki boru vasitəsilə dalayıcı kapsuldan şikarın bədəninə zəhər axır ki, bu da onu iflic edir. Bundan sonra hidra qolcuqlarının yardımı ilə şikarını ağzına tərəf gətirib onu udur.
Şüalı simmetriya
[redaktə | mənbəni redaktə et]Əgər hidranın bədənini bir-birinə bənzər hissələrə bölmək istəsək, onda onun qolcuqlarının sayına müvafiq çoxlu hissəyə ayırmaq mümkündür. Hidranın bədənini elektirik lampasına bənzətsək, onda qolcuqlar bu lampadan çıxan şüaları xatırladacaq. Hidra və başqa heyvanlarda bədənin bu cür yerləşməsi şüalı simmetriya adlanır. Minimum 5, maksimum 12 simmetriya oxu var.
Daxili qat
[redaktə | mənbəni redaktə et]Hidranın daxili bağırsaq boşluğunu əhatə edir. Boşluğun divarında yerləşən hüceyrələrin quruluşu müxtəlifdir. Bu hüceyrələrin əsas vəzifəsi qidanı həll edib mənimsəməkdir. Bunların bir qismi vəzili hüceyrələrdir. Onlar bağırsaq boşluğuna həzm şirəsi buraxır. Bu şirənin təsirindən qida yumşalır və kiçik hissələrə ayrılır. Daxili qatda olan hüceyrələrin bir qismi isə bir neçə qamçı ilə təchiz olunmuşdur. Qamçılar daim hərəkətdə olub, su ilə gələn qida hissəciklərini hüceyrələrə tərəf ötürür. Bu hüceyrələr həmçinin amöb kimi yalançı ayaqlar buraxaraq qidanı tuta bilir. Bu cür hüceyrələr həzm hüceyrələri adlanır. Onların dibində əzələ lifləri yerləşir.
Qidalanması
[redaktə | mənbəni redaktə et]Hidranın qidalanmasında qolcuqların mühüm rolu vardır. Hidranın qolcuqları su axınının təsiri ilə yavaş-yavaş yellənir. Ətrafdan hidranın qidası olan su birəsi, siklop, digər kiçik su heyvanları keçdikdə qolcuqlara toxunan kimi yapışıb orada qalır və qopa bilmir. Akvariumda ac qalmış hidranın yanına qidasını təşkil edən heyvanları buraxdıqda, bu vəziyyəti əyani müşahidə etmək mümkündür. Qolcuqlarla ovlanmış qida ağıza, sonra isə bədən boşluğuna ötürülür. Daxili qatın vəzili hüceyrələri tərəfindən buraxılan həzm şirəsinin təsirindən qida hissələri parçalanır və tamamilə həll olur.
Heyvan haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
- ↑ Integrated Taxonomic Information System (ing.). 2005.