Şırnaqlı printer
Şırnaqlı printer (en. ink-jet printer ~ ru. струйный принтер ~ tr. mürekkep püskürtmeli yazıcı) – simvolları çap etmək üçün çox kiçik mürəkkəb damcılarını kağıza sıçradan printer. Mürəkkəb mayesini tullayan “forsunka” ya çap başcığının bir hissəsi olur, ya da onunla borucuq vasitəsilə bağlanır. Mürəkkəb buxara çevrilənədək çalxalanır və ya qızdırılır və çap başcığının kağızın üzərindən keçdiyi müvafiq anda çox kiçik “forsunka”lardan sıçradılaraq simvollar və ya qrafika formalaşdırır. Aşağı keyfiyyətli sürətli şırnaqlı printerlər verilənlərin emalı sistemlərində uzun müddət istifadə edilib. Son zamanlar çap keyfiyyəti yüksək olan şırnaqlı printerlər qiymət və funksional çeviklik baxımından lazerli printerə “meydan oxuyur”, baxmayaraq ki, onların sürəti ikincilərinkinə nisbətən aşağıdır. Standart kağızlardan istifadə etdikdə mürəkkəb çox zaman yayılır, bu da çapın dəqiqliyini aşagı salır. Bundan başqa, şırnaqlı printerdə yenicə çapdan çıxmış kağıza toxunduqda o, yayılır.
1953-cü ildə ABŞ-də Remington Rand şirkəti tərəfindən Univac kompüteri üçün Uniprinter adlı ilk şırnaqlı printer yaradılmışdır. Bu printerin əsas elementi, üzərində hərf və rəqəmlərin qabarıq təsvirləri olan firlanan baraban idi. O, bir dəqiqədə hərəsində 130 simvol olmaqla 600 sətir çap edirdi.
-
Inkjet başları: birdəfəlik baş (sol) və sabit baş (sağ), mürekkep kartuşu (orta)
-
CMYK kartuşları ilə Canon inkjet
-
Ink-jet kartricləri
-
EPSON C20 printerinin Piezoelektrik çap nişanı
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
- Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: “İnformasiya Texnologiyaları” nəşriyyatı, 2013, 169 səh.