İveron monastırı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
şərqi ortodoks xristianlıq
İveron monastırı
Μονή Ιβήρων
Xəritə
Həsr olunub Məryəm ananın fərziyyəsi[d]
Ölkə
imiviron.gr
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İveron monastırı (yun. Μονή Ιβήρων, gürc. ივერთა მონასტერი) — Yunanıstanın müqəddəs Afon dağında yerləşən pravoslav indiki yunan monastırı. Afon dağının iyerarxiyasında üçüncü yeri tutur. Yarımadanın şimal-şərqində yerləşir; 980983-cü illərdə gürcülər tərəfindən qurulmuşdur.

İveron (Ιβήρων) yunanca "gürcülərə məxsus" deməkdir[1], İberiya tarixi Gürcüstan dövlətidir. Monastırın adı onun qurucusu və ilk memarı olan gürcü rahibi İoann İberiyalı ilə əlaqələndirilir. Monastır gürcü kral Baqrationilər evinin vəsaiti ilə inşa edilmişdir.

Rusiyada pərəstiş edilən İberiya ikonası buraya məxsusdur.

1830-cu ildə İveron monastırı yunanlar tərəfindən istila edildi, 1866-cı ildə bütün gürcü yazıları yunan yazıları ilə əvəz olundu.

Hazırkı vəziyyəti

[redaktə | mənbəni redaktə et]

Iveronda, Afos dağındakı digər monastırlardan daha çox müqəddəs qurumuş cəsədlər var.

Monastırın kitabxanasında ən çox gürcü, yunan, ivritlatın dillərində olan 2000-dək əlyazma, 15 silsilə və 20000 çap kitabı var.

Hal-hazırda monastırda 30-a yaxın rahib və rahibliyə hazırlaşanlar yaşayır.

Baş keşişləri

[redaktə | mənbəni redaktə et]
  • İoan İberiyalı (983—1002)
  • Yevfimi Afonlu (1002—1028)
  • Georgi Afonlu (1028-dən sonra —1065-ə qədər)
  • Paxomi (1640-cılar), arximandrit
  • Vasili (Qondikakis), arximandrit (1990—2005)
  • Nafanail, arximandrit (2005 — h/h)
  1. Mount Athos — Athens: Sotiris Kadas, 1986. — P. 51.
  • Иером. Леонтий (Козлов), Силогава В. И., Ченцова В. Г. и др. Иверский монастырь // Pravoslav Ensiklopediyası. — M. : 2009. — Т. XXI. — С. 24—60. — 752 с. — 39 000 экз. — ISBN 978-5-89572-038-7.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]