İşlədici murdarça

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
İşlədici murdarça
Elmi təsnifat
Beynəlxalq elmi adı

İşlədici murdarça (lat. Rhamnus cathartica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin murdarçakimilər fəsiləsinin murdarça cinsinə aid bitki növü.

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Dünyanın bir sıra ölkələrində rast gəlmək mümkündür.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 3 m-ə çatan, şaxələnmiş budaqlara malik kol bitkisidir. Cavan zoğların qabığı gümüşü-boz rəngli olub, sonradan qonur-qara rəng alır. Budaqlarının ucları düz tikanlidir. Üzbəüz yarpaqları saplaqlı, yumurtavari və ya ellipsvari, bir az ucu biz, parlaq, üç cüt qövsvari yan damarcıqlıdır, kənarları isə dişlidir. Yarpaqların qoltuqlarında 10-15 ədəd dəstələrlə çətirlərə yığılmış dörd hissəli, yaşılımtıl-sarı çiçəkləri yerləşir. Maydan iyunadək çiçəkləyir. Çiçəklərdən noxud ölçüsündə, əvvəlcə yaşıl, sonra qaralan yumru meyvələr-senokarp çəyirdəklər inkişaf edir. Çəyirdəkləri arxa tərəfdən qabarıq və ön tərəfdən zəif çıxıntılıdır. Zəhərli meyvələrinin çəyirdəkləri hamar-qabarıq, ximircəkli, ikili “dimdiklidir”.

Günəşli, quru yerlərdə, kolluqlarda bataqlıq meşələrdə, rütubətli torpaqlarda, çəpərlərin ətrafında rast gəlinir.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Böyük və Kiçik Qafqaz, Kür-Araz ovalığında və Naxçıvan MR-da təbii halda rast gəlinir.

Dərman və boyayıcı bitkidir. Bütün hissələrində antraqlikozidlər vardır. Balvericidir. Payızın axırlarında yetişmiş və quru meyvələri dərman kimi istifadə edilir.

  1. Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 193.