Sumba
Sumba adası | |
---|---|
ind. Pulau Sumba, | |
Ümumi məlumatlar | |
Sahəsi | 11153 km² |
Hündür nöqtəsi | 1225 m |
Əhalisi | 685,186 nəfər (2010-cu il) |
Yerləşməsi | |
9°40′00″ c. e. 120°00′00″ ş. u.HGYO | |
Ölkə | İndoneziya |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Sumba (ind. Pulau Sumba) — İndoneziyaya məxsus olan və Kiçik Zond adaları qrupunda daxil olan adadır. Ada Hind okeanınında, Flores adasından cənubda Sumbava və Timor adaları arasında yerləşir.
Coğrafiyası
[redaktə | mənbəni redaktə et]Adanın uzunluğu 300 km, eni isə 75 km təşkil edir. İqlimi ekvatorial-mussondur. Bu səbəbdə iki fəsilə bölünür: Quru mövsüm (iyun - oktyabr) və rütubətli yağışlar mövsümü (noyabr-mart). Yağıntının böyük miqdarı yanvar-fevral aylarında düşür.
Tarixi
[redaktə | mənbəni redaktə et]Tarixi boyu ada sandal ağacı tədarükü ilə ixtisaslamışdı. Bu səbəbdən adanı sandal adası adlandırırdılar. Adaya ilk avropalılar 1522-ci ildə ayaq basmışlar. 1866-cı ildən ada hollandiyanın Ost-hind şirkətinə məxsus olmuşdur. İezuitlər 1866-cı ildə Lauredə misiya açırlar. Qərb sivilizasiyası ilə əlaqələrin qurulmasına baxmayaraq yerlilər öz köklərindən tam ayrılmamışlar. Belə ki, onlar ölülərini xüsusi qaydalarla dəfn edirlər. Onlar Kurqan qəbirlərdə bastırrılırlar. Bu üsul dəfn Eneolit və brünc dövrlərində müşahidə edilirdi. Hazırda bu üsula ancaq Sumba adasında müşahidə edilir. Digər yerli ənənələrdən biri də əsrlərdən bəri qorunub saxlanılan Posalo oyunudur. Bu oyunda minlərlə insan iştirak edir.
Əhalisi
[redaktə | mənbəni redaktə et]2010-ci ildə adada aparılan siyahıya alınmaya əsasən burada 685 186 insan yaşayır. Sumba adasında insanlar xüsusi icmalar şəklində yaşayırlar. Kastalara bənzər quruluşa malik olurlar. Bu quruluş əsasən adanın şərqində müşahidə edilir. Sumbanın qərbi etnik baxımdan rəngarəngdir. Adanın əhalisi Avstroneziya dillərinə yaxın danışırlar. Adada ən çox danışılan dil Kambera dilidir. Bu dildə təqribən adanın 250 min insan danışır. Onlar əsasən adanın şərqində yaşayırlar.
Əhalinin 25% - 30% animistik inanç olan Marapuya etiqad edir. Yerdə qalan böyük hissəsi xristiandırlar. Az bir qismi isə İslam dininə (Sunni mənsəbi) etiqat edirlər.
İnzibati bölğü
[redaktə | mənbəni redaktə et]Ətrafındakı adalar ilə birlikdə İndoneziyanın Bali vilayəti ərazisinə daxildir. Balidə öz növbəsində Kiçik Zond adaları inzibati regionuna daxildir.
Turizm
[redaktə | mənbəni redaktə et]Adada əsasən turizmin Sörfinq, dayvinq, ekoloji turizm və təbii ki, çimərlik turimzi adanın əsas gəlir sahələridir. Xidmət sahəsi yaxşı inkişaf etmişdir. Adaya əsasən gəmi və təyyarə vastəsi ilə gediş-gəliş təmin olunur.
Adada iki aeroport fəaliyyət göstərir.