Qovlar
Qovlar | |
---|---|
40°56′30″ şm. e. 45°44′08″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ6035[2] |
Vikianbarda əlaqəli mediafayllar |
Qovlar — Azərbaycan Respublikasının Tovuz rayonunun Qovlar şəhər inzibati ərazi dairəsində şəhər.[3] Azərbaycan Respublikası Milli Məclisinin 7 mart 2012-ci il tarixli, 310-IVQ saylı Qərarı ilə Tovuz rayonunun Qovlar qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Qovlar qəsəbəsinə şəhər statusu verilmiş, Qovlar qəsəbə inzibati ərazi dairəsi Qovlar şəhər inzibati ərazi dairəsi hesab edilmişdir.[4]
Tarixi
[redaktə | mənbəni redaktə et]Tovuz rayonunda ikinci şəhər olan Qovlar rayondan Bakı şəhəri istiqamətində hərəkət edərkən Tovuz çayı körpüsünü keçdikdən sonra təxminən 4–5 km uzaqlıqda yolun sağ tərəfində yerləşir. Qovlar qəsəbəsi öz yerləşmə mövqeyinə və infrastruktur imkanlarına görə Tovuz rayonunun iqtisadi göstəricilərində son dərəcə mühüm və həlledici rol oynamışdır.
Qovlar şəhər sakinlərinin də əsas fəaliyyət növü rayonun digər yerlərində olduğu kimi əkinçilik, maldarlıq və üzümçülükdür. Şəhərdə məktəblər, uşaq baxçaları , xəstəxana, klinika və digər sosial təyinatlı obyektlər mövcuddur. Azərbaycan dəmiryol qovşağının Gürcüstan-Ermənistan xətti üzərində yerləşən Qovlar stansiyası Tovuz rayon dəmiryol qovşağının yük daşımaları sahəsində əsas stansiyası sayılır.
Tarixi abidələri
[redaktə | mənbəni redaktə et]Şəhərdə Qədim Göytəpə yaşayış məskəni (Neolit dövrünə aid) yerləşir
Coğrafiyası və iqlimi
[redaktə | mənbəni redaktə et]Şəhər rayon mərkəzindən 12 km uzaqlıqda yerləşir.
Əhalisi
[redaktə | mənbəni redaktə et]İl | Daimi əhali | Kişilər | Qadınlar |
---|---|---|---|
1999[5] | ∆12021 | 5903 | 6118 |
2009[6] | ↗13448 | ↗6767 | ↗6681 |
2024 | ∆ 28000 | ∆15867 | ∆12133 |
Şəhidləri
[redaktə | mənbəni redaktə et]- Həsənov Xətai Xaliq oğlu (2001–2020)[7] — İkinci Qarabağ müharibəsi şəhidi.
- Vəliyev Nurlan Habil oğlu (1994–2020)[8] — İkinci Qarabağ müharibəsi şəhidi.
- Namazov Nihad Sarı Oğlu
- Bədirov Rasim Salman oğlu 1994 — Birinci Qarabağ müharibəsi şəhidi
Görkəmli şəxsləri
[redaktə | mənbəni redaktə et]- Mirzə Hacı bəy Novruzov — Rusiya İmperator Ordusunun zabiti, general-leytenant.
- Teymur bəy Novruzov — Rusiya İmperator Ordusunun zabiti, Azərbaycan Demokratik Respublikasının general-mayoru.
- Ramiz Zeynalov — Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru.
- Tofiq Zeynalov — Tovuz Rayon İcra Hakimiyyətinin sabiq başçısı.
- Ayaz Əsgərov — Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı.
- Arif Əsgərov — Dövlət Dəmir Yolları QSC -nin keçmiş direktoru.
- Tofiq Hüseynli — Şəmkir Rayon İcra Hakimiyyətinin sabiq başçısı, sabiq Kənd təsərrüfatı naziri.
İqtisadiyyatı
[redaktə | mənbəni redaktə et]Şəhərdə 4.022 təsərrüfat var. Şəhər əhalisi əsasən heyvandarlıq, əkinçilik, üzümçülüklə məşğuldur. Sənaye müəssisələrindən şərab zavodu, dəmir-beton zavodu, dəyirman və soyuducu sexlər, neft məhsulları bazası, Qovlar mebel istehsalı mövcuddur.
Mədəniyyəti
[redaktə | mənbəni redaktə et]Şəhərdə 1 №-li və 2 №-li Qovlar şəhər kitabxana filialları, Qovlar şəhər Mədəniyyət Evi, Qovlar şəhər klubu və Qovlar poçt şöbəsi (AZ6035) fəaliyyət göstərir.[9][10][11][12]
Şəhərdə dəmiryolu vağzalı var. Şəhərdə Qədim Göytəpə (Neolit dövrünə aid) yaşayış məskəni yerləşir
Təhsil
[redaktə | mənbəni redaktə et]Şəhərdə Məharət Məmmədov adına Qovlar şəhər tam orta məktəbi, Sovet Kazımov adına Qovlar şəhər tam orta məktəbi, Qovlar şəhər 2 №-li və 3 №-li tam orta məktəbləri, Qovlar şəhər qarışıq tipli internat məktəbi, Tovuz Dövlət Sosial-İqtisad Kolleci və Qovlar Şəhər Uşaq Musiqi Məktəbi fəaliyyət göstərir.[13][14][15]
Azərbaycan Respublikası Prezidentinin 12 fevral 2018-ci il tarixli Sərəncamı ilə Tovuz rayonunun Qovlar şəhərində 100 yerlik körpələr evi-uşaq bağçasının tikintisi üçün 1 380 000 manat vəsait ayrılmışdır.[16][17] Hazırda şəhərdə Qovlar şəhər 1 №-li və 2 №-li körpələr evi-uşaq bağçaları fəaliyyətdədir.[18]
Din
[redaktə | mənbəni redaktə et]Şəhərdə məscid fəaliyyət göstərir. Əhalinin əksəriyyətini müsəlmanlar təşkil edir.
Səhiyyə
[redaktə | mənbəni redaktə et]Şəhərdə Qovlar şəhər xəstəxanası yerləşir.[19]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ http://web2.anl.az:81/read/page.php?bibid=149514&pno=108.
- ↑ https://www.e-gov.az/az/services/readwidenew/3544.
- ↑ "Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi. Azərbaycan Respublikasının Dövlət Standartı. İnzibati ərazi bölgüsü təsnifatı — 2019. Bakı: 2020, səh. 98" (PDF). 2022-01-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-01.
- ↑ "Tovuz rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 7 mart 2012-ci il tarixli, 310-IVQ saylı Qərarı". 2022-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-26.
- ↑ Azərbaycan Respublikası əhalisinin siyahıya alınması. 1999-cu il. I hissə. Bakı: "Səda" nəşriyyatı, 2000, səh. 158.
- ↑ "Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması. 2009-cu il. I cild. Bakı: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, 2010, səh. 213". 2022-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-23.
- ↑ "Vətən müharibəsi şəhidi Həsənov Xətai Xaliq oğlu (http://tovuz-ih.gov.az/)" (PDF). 2022-05-27 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-27.
- ↑ "Vətən müharibəsi şəhidi Vəliyev Nurlan Habil oğlu (http://tovuz-ih.gov.az/)" (PDF). 2022-06-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-06-08.
- ↑ ""Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı. Bakı şəhəri, 17 iyun 2014-cü il, № 196, səh. 57" (PDF). 2021-11-10 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-04-22.
- ↑ ""Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı. Bakı şəhəri, 17 iyun 2014-cü il, № 196, səh. 102" (PDF). 2021-11-10 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-04-22.
- ↑ ""Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı. Bakı şəhəri, 17 iyun 2014-cü il, № 196, səh. 103" (PDF). 2021-11-10 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-04-22.
- ↑ "Azərbaycan Respublikası Tovuz Rayon İcra Hakimiyyəti. Poçt və Rabitə (tovuz-ih.gov.az)". 2022-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-24.
- ↑ "Azərbaycan Respublikası Təhsil Nazirliyi. Tovuz Rayon Təhsil Şöbəsi. Ümumtəhsil məktəbləri. (tovuz.edu.gov.az)". 2022-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-22.
- ↑ "Tovuz rayonundakı orta məktəblər, internat məktəbi, peşə liseyi və dövlət sosial iqtisad kolleci haqqında məlumat (tovuz-ih.gov.az)". 2015-12-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-23.
- ↑ ""Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı. Bakı şəhəri, 17 iyun 2014-cü il, № 196, səh. 6" (PDF). 2021-11-10 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-04-22.
- ↑ "Azərbaycan Respublikasının regionlarında uşaq bağçalarının tikintisi ilə bağlı tədbirlər haqqında" Arxivləşdirilib 2021-09-22 at the Wayback Machine Azərbaycan Respublikası Prezidentinin 12 fevral 2018-ci il tarixli Sərəncamı. president.az (az.)
- ↑ "Azərbaycan Respublikasının regionlarında uşaq bağçalarının tikintisi ilə bağlı xərclərin bölgüsünə dair SİYAHI" Arxivləşdirilib 2021-09-22 at the Wayback Machine. president.az (az.)
- ↑ "Tovuz rayon məktəbəqədər uşaq müəssisələri haqqında məlumat (tovuz-ih.gov.az)". 2015-12-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-23.
- ↑ "Tovuz rayon səhiyyə müəssisələri haqqında məlumat (tovuz-ih.gov.az)". 2022-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-23.