Əlimərdanlı
Əlimərdanlı | |
---|---|
41°02′11″ şm. e. 45°40′28″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ6027[2] |
Əlimərdanlı — Azərbaycan Respublikasının Tovuz rayonunun Əlimərdanlı kənd inzibati ərazi dairəsində kənd.[3]
Toponimikası
[redaktə | mənbəni redaktə et]Oykonim əlimərdanlı nəslinin adını əks etdirir. Etnotoponimdir.[4]
Tarixi
[redaktə | mənbəni redaktə et]Əlimərdanlı kəndi öz adını təqribən 1680-ci ildə Şəmsəddin mahalının Əmirli obasında anadan olan Əlimərdan adlı şəxsin adından götürmüşdür. Əlimərdanın Pənah, onun da Məhəmmədəli adlı oğlu olmuşdur. Məhəmmədəlinin İbrahim və Qara Əlimərdan adlı oğullarının adları məlumdur. İbrahimin Pənah və İsmayıl adlı oğlanlarının adları məlumdur. Pənahın Hüseyn, Həsən, Ələkbər, Ələsgər adlı oğulları və bir neçə qızı olub. Hüseynin Alı, Abbas, Qəhrəman adlı oğulları və bir neçə qızı olub. Məşhur el sənətkarı Aşıq Nəcəf Əlimərdanlı Alının oğludur. Aşıq Nəcəfin davamçısı onun böyük oğlu Şahniyarın oğlu Şair Məzahir Alıyevdir. Qara Əlimərdandan olanlar Murad, Xəlil, Murğuzalıdır. Muraddan olanlar Murad və Rəhimdir. Muraddan olanlar Nəsir və Bəşirdir. Rəhimdən olan Əlimərdan, ondan olan Paşa, Paşadan olan Muradov Qurbandır. Xəlilin nəvəsi Sovet İttifaqı Qəhrəmanı Mərdan Musayevdir. Murğuzalının nəvəsi əmək qəhrəmanı Məhərrəm Tağıyevdir.
Tarixi abidələri
[redaktə | mənbəni redaktə et]Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.
Coğrafiyası və iqlimi
[redaktə | mənbəni redaktə et]Kənd Tovuzçayın sahilində, Xunan düzündə yerləşir.
Əhalisi
[redaktə | mənbəni redaktə et]İl | Daimi əhali | Kişilər | Qadınlar |
---|---|---|---|
1999[5] | 2981 | 1427 | 1554 |
2009[6] | ↗3170 | ↗1594 | ↗1576 |
1925-ci ildə Səmədbəy, 1939-cu ildə isə Mansurlu kəndlərinin əhalisi bu kəndə köçürülmüşdür.
Tanınmış şəxsləri
[redaktə | mənbəni redaktə et]- Aşıq Nəcəf Əlimərdanlı — aşıq, ifaçı.
- Mərdan Musayev — Böyük Vətən müharibəsi iştirakçısı, Sovet İttifaqı Qəhrəmanı.
İqtisadiyyatı
[redaktə | mənbəni redaktə et]Kənddə bir vaxtlar konyak zavodu fəaliyyət göstərmişdir.
Mədəniyyəti
[redaktə | mənbəni redaktə et]Kənddə Əlimərdanlı kənd kitabxana filialı,[7] Əlimərdanlı kənd Mədəniyyət Evi,[8] Əlimərdanlı poçt şöbəsi (AZ6027)[9] fəaliyyət göstərir.
Təhsil
[redaktə | mənbəni redaktə et]Kənddə Mərdan Musayev adına Əlimərdanlı kənd tam orta məktəbi fəaliyyət göstərir.[10][11]
Bundan başqa kənddə Əlimərdanlı kənd körpələr evi-uşaq bağçası fəaliyyətdədir.[12]
Din
[redaktə | mənbəni redaktə et]Kənddə 02 fevral 2010-cu ildə qeydiyyatdan keçən, şəhadətnamə nömrəsi 100110 A1-197 olan Əlimərdanlı kəndi "Həzrəti Fatimeyi-Zəhra" məscidi dini icması fəaliyyət göstərir.[13]
Səhiyyə
[redaktə | mənbəni redaktə et]Kənddə Əlimərdanlı həkim məntəqəsi yerləşir.[14]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ http://web2.anl.az:81/read/page.php?bibid=149514&pno=108.
- ↑ https://www.e-gov.az/az/services/readwidenew/3544.
- ↑ "Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi. Azərbaycan Respublikasının Dövlət Standartı. İnzibati ərazi bölgüsü təsnifatı — 2019. Bakı: 2020, səh. 97" (PDF). 2022-01-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-01.
- ↑ Əlimərdanlı // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. səh. 181. ISBN 978-9952-34-155-3.
- ↑ Azərbaycan Respublikası əhalisinin siyahıya alınması. 1999-cu il. I hissə. Bakı: "Səda" nəşriyyatı, 2000, səh. 156.
- ↑ "Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması. 2009-cu il. I cild. Bakı: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, 2010, səh. 212". 2022-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-23.
- ↑ ""Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı. Bakı şəhəri, 17 iyun 2014-cü il, № 196, səh. 57" (PDF). 2021-11-10 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-04-22.
- ↑ ""Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı. Bakı şəhəri, 17 iyun 2014-cü il, № 196, səh. 102" (PDF). 2021-11-10 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-04-22.
- ↑ "Azərbaycan Respublikası Tovuz Rayon İcra Hakimiyyəti. Poçt və Rabitə (tovuz-ih.gov.az)". 2022-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-26.
- ↑ "Azərbaycan Respublikası Təhsil Nazirliyi. Tovuz Rayon Təhsil Şöbəsi. Ümumtəhsil məktəbləri. (tovuz.edu.gov.az)". 2022-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-22.
- ↑ "Tovuz rayonundakı orta məktəblər, internat məktəbi, peşə liseyi və dövlət sosial iqtisad kolleci haqqında məlumat (tovuz-ih.gov.az)". 2015-12-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-23.
- ↑ "Tovuz rayon məktəbəqədər uşaq müəssisələri haqqında məlumat (tovuz-ih.gov.az)". 2015-12-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-23.
- ↑ "Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi. Müsəlman Dini İcmalar (2010), səh. 4" (PDF). 2022-06-26 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-27.
- ↑ "Tovuz rayon səhiyyə müəssisələri haqqında məlumat (tovuz-ih.gov.az)". 2022-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-23.