Cirdək
Cirdək | |
---|---|
40°43′13″ şm. e. 45°34′28″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Cirdək — Azərbaycan Respublikasının Tovuz rayonunun Çatax kənd inzibati ərazi dairəsində kənd.[2]
Toponimikası
[redaktə | mənbəni redaktə et]Cir (qədim türk dillərində çir) Azərbaycan dilinin dialekt və şivələrində "kiçik, balaca" mənasında işlənmişdir. -dək məkan, yer bildirən şəkilçidir. Oykonim "kicik, balaca yaşayış yeri" mənasını bildirir. Kənd həqiqətən də sahəsinə görə cox kiçikdir.[3]
Tarixi
[redaktə | mənbəni redaktə et]Tarixi abidələri
[redaktə | mənbəni redaktə et]Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.
Coğrafiyası və iqlimi
[redaktə | mənbəni redaktə et]Kənd Tovuz şəhərinin mərkəzindən 35 km aralıda, Tovuz-Böyük Qışlaq yolunun üzərində, dağlıq ərazidə yerləşir. Kənd dörd bir yandan dağ və meşələrlə əhatə olunmuşdur. Kəndin içməli suyunu bulaqlar təşkil edir. Cirdək kəndi Qandalar, Kazımlı, Çatax, Hacılar, Saladınlı kəndləri ilə həmsərhəddir.
Kənddə havanın orta illik temperaturu 8-13 C, yanvarda -5-4 C, iyulda isə 18-25 C dərəcə arasında dəyişir. Orta illik nisbi rütubəti 71 %-dir. Yağıntının illik miqdarı 400–700 mm-dir.
Kəndin yer adları: Qız Dağı, Kalafalıq, Göyəmli, Kəmər Qayası, Böyük Qaya, Hərrəmələr, Qamışlı, Cilli, Quşburnu, Dovşançalan, Arxac, Çökək, Qırmızı Qaya, Balacırım, Böyükcırım
Əhalisi
[redaktə | mənbəni redaktə et]İl | Daimi əhali | Kişilər | Qadınlar |
---|---|---|---|
1999[4] | 283 | 134 | 149 |
2009[5] | ↗285 | ↗148 | ↘137 |
Şəhidləri
[redaktə | mənbəni redaktə et]- Sarıyev Tural İsmayıl oğlu (1993-2020)[6] — İkinci Qarabağ müharibəsi şəhidi.
- Cəfərov Xəlil Şəmistan oğlu — Qarabağ müharibəsi şəhidi
- Sarıyev Ramiz Abuzər oğlu — Qarabağ müharibəsi şəhidi
İqtisadiyyatı
[redaktə | mənbəni redaktə et]Cirdək kəndinin iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Bostançılıq, bağçılıq, taxılçılıq, heyvandarlıq və arıçılıq kənd təsərrüfatının mühüm sahələridir.
Mədəniyyəti
[redaktə | mənbəni redaktə et]Kənddə Cirdək kənd kitabxana filialı,[7] Cirdək kənd klubu[8] fəaliyyət göstərir.
Təhsil
[redaktə | mənbəni redaktə et]Kənddə təhsil müəssisəsi mövcud deyil.
Din
[redaktə | mənbəni redaktə et]Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. Kənd ərazisində ziyarətgah olan Hacı Mirbağırın ocağı var.
Səhiyyə
[redaktə | mənbəni redaktə et]Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ http://web2.anl.az:81/read/page.php?bibid=149514&pno=107.
- ↑ "Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi. Azərbaycan Respublikasının Dövlət Standartı. İnzibati ərazi bölgüsü təsnifatı — 2019. Bakı: 2020, səh. 97" (PDF). 2022-01-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-02.
- ↑ Cirdək // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. səh. 125. ISBN 978-9952-34-155-3.
- ↑ Azərbaycan Respublikası əhalisinin siyahıya alınması. 1999-cu il. I hissə. Bakı: "Səda" nəşriyyatı, 2000, səh. 158.
- ↑ "Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması. 2009-cu il. I cild. Bakı: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, 2010, səh. 211". 2022-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-23.
- ↑ "Vətən müharibəsi şəhidi Sarıyev Tural İsmayıl oğlu (http://tovuz-ih.gov.az/)" (PDF). 2022-06-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-06-08.
- ↑ ""Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı. Bakı şəhəri, 17 iyun 2014-cü il, № 196, səh. 57" (PDF). 2021-11-10 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-04-22.
- ↑ ""Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı. Bakı şəhəri, 17 iyun 2014-cü il, № 196, səh. 103" (PDF). 2021-11-10 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-04-22.