Hoş Geldiniz! Xoş Gəldiniz!
Türkiyənin dünya ölkələri arasında yeri
Türkiyə (türk. Türkiye ), rəsmi olaraq Türkiyə Cümhuriyyəti kimi tanınan bu ölkə , Asiyanın Anadolu , Trakiya (Rumeli ) hissələrini və Avropanın Balkan yarımadası ərazisinin bir hissəsini əhatə edir. Türkiyə səkkiz ölkə ilə həmsərhddir: şimal - qərbdən Bolqarıstan ; qərbdən Yunanıstan ; şimal - şərqdən Gürcüstan ; şərqdən Azərbaycan , İran və Ermənistan ; və cənub - şərqdən İraq və Suriya . Cənubdan Aralıq dənizi və Kipr ; qərbdən Egey dənizi və Egey adaları ; şimaldan Qara dəniz və Mərmərə dənizi ilə əhatələnməsi, Asiya və Avropanı birləşdirən Türk boğazlarının (Bosfor və Çanaqqala ) məhz bu dövlətin ərazisində yerləşməsi, Türkiyəni transkontinental ölkəyə çevirmişdir.