- azərbaycanca: qardaş
Kiril əlifbası : гардаш
Ərəb əlifbası: قارداش
- Hecalama: qar-daş
Mənalar :[1]https://web.archive.org/web/20140318040357/http://azerdict.com/izahli-luget/qarda%C5%9F
- ↑
- (Qohumluq) Bir ata-anadan, yaxud yalnız bir atadan və ya bir anadan olan oğulların bir-birinə, yaxud bacısına nisbətən hər biri. [Qaraca çoban] ..bağıryaran bir səslə qıy vurub irəli şığıdı. İki qardaşı da gəlib ona qoşuldular. M.Rzaquluzadə. ..Bir şəhərin beş qardaşın xanlığına parçalandı... M.Araz. _ Qan qardaşı – 1) doğma qardaş; 2) məc. səmimi dost. Sağımda, solumda məsləkdaşlarım; Fikir qardaşlarım, qan qardaşlarım. X.Rza. Seyr et, qarşındakı can sirdaşındır; İnsandır, deməli, qan qardaşındır. Şəhriyar. Ögey qardaş – atası, yaxud anası ayrı olan qardaş. [Səba xanım:] Mələkənin münasibətdə olduğu üçüncü adam sizin ögey qardaşınız Sultan Toğruldur. M.S.Ordubadi. Süd qardaşı – ayrı-ayrı ata-anadan olub, bir anadan süd əmmiş iki adam. [Babək:] Elə isə bu vaxta qədər qafil olmuşam və elə bilmişəm ki, iki qardaşım var, biri kiçik qardaşım Abdulla, digəri süd qardaşım ərəb oğlu Müaviyə... Ə.Məmmədxanlı.
- Tənt. Fikir, ictimai vəziyyət və s. cəhətdən danışan şəxsə yaxın olan hər bir şəxs. [Eyvaz:] Qardaşlar, .. atmayın, qulaq asın, bizim sizinlə işimiz yoxdur! C.Cabbarlı.
- Kişiyə, oğlana dostcasına, yaxud təklifsizcəsinə müraciət. Qardaş, yol ver, keçim. Qardaş, məndən əl çək! – [Zinət xanım:] ..Qarovulçu qardaş, sən də çıx buradan.. N.Vəzirov. Axı, a qardaş, iki saatdır burada gözləyirəm. Qantəmir. // “Qardaşım” şəklində: mehribancasına müraciət – dostum, əzizim. Qardaşım, sənə nə oldu? – [Şərif:] Yeri, qardaşım, apar bu kağızı ver Baloğlana. C.Cabbarlı.
- Məcazi məna: Qardaş kimi yaxın, dost olan adam haqqında. O mənimlə qardaş kimidir. [Mürşid] əvvəlcə mala baxdı, sonra əkinə-biçinə getdi. Niftalıynan dostlaşıb lap qardaş oldular. İ.Şıxlı. ◊ Qardaş malı – atadan qalan və qardaşlar arasında tən-bərabər bölünməli mal, miras. Qardaş malı kimi ortadan bölər. Q.Zakir.
Dünya xalqlarının dillərində
[redaktə]
Tərcümələr :
Ural-Altay dil ailəsi: Türk qrupu
[redaktə]
Tərcümələr :
{{fullurl:Şablon:{{{3}}}|action=edit}}
İsim
qardaş (crh) - azərbaycanca: qardaş (crh)