[go: up one dir, main page]

Məzmuna keç

xərçəng

Wiktionary saytından

Azərbaycanca

[redaktə]
Ayrı abecelərdə
Latın əlifbası Kiril əlifbası Ərəb əlifbası
xərçəng хәрчәнҝ خرچنگ

Kökən

[redaktə]

farsca خَرچَنگ sözündən alınmadır. Sayrılıq anlamı rusca рак sözündən ilhamlanaraq əş dəyər olaraq meydana gəlmişdir. Rus dilindəki bu anlam da, çox güman, ingiliscə cancer sözünün sayrı damarların görünüşü xərçəng ayağına bənzədiyi üçün heyvan olan xərçəng anlamındakı latınca cancer sözündən alınmasına bənzər bir təsirdən yaranmışdır.

Lua xətası modul package.lua, sətir 80: module 'Modul:Çeviri yazı' not found.

xərçəng
  1. Buğumayaqlılar tipindən üstü qınla örtülü və baş tərəfdə iri qısqacları olan suda yaşayan onurğasız heyvan:
    İri balıqlar başlıca olaraq yanüzən xərçənglər, suda-quruda yaşayan cücülər, habelə molyusklarla qidalanır. Y.Əbdürəhmanov.
  2. İnsan və heyvanın həm iç, həm də bayır orqanlarında əmələ gələn xətərli şiş:
    Bədbəxtlikdən il yarım bundan qabaq [Balaşın] mədəsində xərçəng yarası tapıldı. M.İbrahimov.
xərçəng sözünün hallanması
hal tək cəm
Adlıq hal xərçəng xərçənglər
Yiyəlik hal xərçəngin xərçənglərin
Yönlük hal xərçəngə xərçənglərə
Təsirlik hal xərçəngi xərçəngləri
Yerlik hal xərçəngdə xərçənglərdə
Çıxışlıq hal xərçəngdən xərçənglərdən


Əş anlamlılar

[redaktə]

Çevirilər

[redaktə]

heyvan

göstər ▼

sayrılıq

göstər ▼

Qaynaqlar

[redaktə]