[go: up one dir, main page]

Məzmuna keç

aba

Wiktionary saytından

azərbaycanca: aba [ər.] köhn.

Mənalar :

  1. Müsəlman ruhanilərinin və mömin adamların üstdən geydikləri qolsuz və ya gödəkqollu, yaxası açıq uzun kişi paltarı (əslində ərəb milli paltarıdır). Kişi çıxardı ki, ağaya yüzlüklər bəxş edərdi; atlar, inəklər vəd edərdilər; ipək abalar, xəz cübbələr verilərdi. Çəmənzəminli. Çox vədə olurdu ki, həftənin iki ötər, üçüncü günü Molla Rəcəbi küçə ilə qayət qəmgin və ayaqları abasının ətəyinə dolaşa-dolaşa gedən görərsən... B.Talıblı. Molla nazik, ağ abasını çiyinlərində oynadaraq: – Buna heç şəkk-şübhə ola bilməz, – dedi. S.Rəhimov.

azərbaycanca: aba [ər.] məh.

  1. Ata.
  2. Böyük bacı (hörmət üçün böyük qadına da deyilir). [ər. “əb” söz. cəmi] Atalar, atababa. _ Abavü əcdad – ata-babalar, əcdad, nəsil, babalar. Mərhum Mirzə Cəmal öz tarixində Pənah Əli xanın abavü əcdadı şənində belə yazır.. F.Köçərli.