meşə
Görünüş
Azərbaycanca Vikipediyada baxın: meşə
İsim | Tək | Cəm |
---|---|---|
Adlıq halı | meşə | meşələr |
Yiyəlik halı | meşənin | meşələrin |
Yönlük halı | meşəyə | meşələrə |
Təsirlik halı | meşəni | meşələri |
Yerlik halı | meşədə | meşələrdə |
Çıxışlıq halı | meşədən | meşələrdən |
- Çoxlu ağac bitmiş geniş sahə; orman. Palıd meşəsi. Şam meşəsi. – Meşə çaqqalsız olmaz. (Məsəl). Mən də meşə cığırı ilə boyumdan uca otların arası ilə evə hərəkət edirdim. A.Divanbəyoğlu. Kürün nəriltisi meşədə uğuldayırdı. M.Hüseyn. // məc. Ağac kimi dikəlmiş çoxlu şey haqqında. Gecə ay nur səpirkən buruqlar meşəsinə; Qulaq verdim ney çalan küləklərin səsinə. Ə.Cəmil.
- bioloji cəhətdən qarşılıqlı əlaqəli və öz inkişafında bir-birinə təsir göstərən, torpağın, suyun, ağac, kol və ot bitkilərinin, heyvanların, mikroorqanizmlərin və ətraf mühitin digər tərkib hissələrinin vəhdəti[1]
Dünya xalqlarının dillərində
[redaktə]
|
Ural-Altay dil ailəsi: Türk qrupu
[redaktə]
|