[go: up one dir, main page]

Məzmuna keç

boran

Wiktionary saytından
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa, brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
İsim Tək Cəm
Adlıq halı boran boranlar
Yiyəlik halı boranın boranların
Yönlük halı borana boranlara
Təsirlik halı boranı boranları
Yerlik halı boranda boranlarda
Çıxışlıq halı borandan boranlardan

azərbaycanca: boran

Mənalar :

  1. Küləkli qar və yağış; çovğun, qasırğa. Borana düşmək. – Kərəməli, yollarım toz, qubar oldu; Boran oldu, çovğun oldu, qar oldu. Aşıq Kərəm. Bunların [Xədicə və uşaqların] ah-naləsi, boranın gurultulu səsi bir-birinə qarışmışdı. S.S.Axundov. Qabaqdan ağ geyib gəlir qara qış; İstinin soyuğu, boranı varmış. S.Vurğun. // Boranlı hava. [Yarpız] qışın boranında çıxıb qapıda dururdu ki, Bəndalı ötəndə boyuna baxsın. Mir Cəlal. // məc. Müsibət, fəlakət, bəla mənasında. Başından min boran keçmiş, dəyişmiş qanlı dövranlar. S.Vurğun. [Xavər] bağrına basdığı balasını həyatın fırtına və boranlarından qorumaq yollarını axtarırdı. M.İbrahimov.

Tərcümələr Dünya xalqlarının dillərində

Ural-Altay dil ailəsi: Türk qrupu


İsim boran (crh)- azərbaycanca:boran (crh)

İsim boran (gag)- azərbaycanca:boran (gag)