[go: up one dir, main page]

Volter Gilbert(ing. Walter Gilbert; doğ. 21 mart 1932, Boston, ABŞ) — amerika fiziki, biokimyaçısı.

Volter Gilbert
ing. Walter Gilbert
Doğum tarixi 21 mart 1932(1932-03-21)[1][2][…] (92 yaş)
Doğum yeri
Elm sahələri biokimya, fizika
Elmi dərəcəsi
İş yerləri
Təhsili
Elmi rəhbəri Əbdus Salam
Üzvlüyü
Mükafatları Kimya üzrə "Nobel" mükafatı American Institute of Chemists Gold Medal
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

redaktə

Amerika biokimyaçısı Volter Hilbert 1932-ci ilin martın 21-də Bostonda anadan olmuşdur. 1953-cü ildə Harvard universitetini bitirmişdir. 1953-1957-ci illərdə İngiltərədə Kembric universitetində işləmişdir (1957-ci ildə müdafiə edərək fəlsəfə doktoru olmuşdur). 1957-ci ildə Harvard universitetində işləyir (1968-ci ildən professor).

Volter Gilbertin elmi işləri biokimyaya və molekulyar biologiyaya aiddir. Laktoz geninin (operon) aktivliyini idarə edən birinci tənzimləyici zülalın ayrılması, zülalların və DNT-nin spesifik qarşılıqlı təsir mexanizminin öyrənilməsi, bir sıra DNT-lərin birinci quruluşlarının müəyyən edilməsi, insulin sələfi genin klonlaşması və bu zülalın bakterial hüceyrədə sintezi üzrə əsas tədqiqatları həyata keçirmişdir. A. Mekşem ilə birlikdə 1973-cü ildə dezoksiribonukleazanın köməyi ilə bağırsaq çöpləri DNT-sini parçalamış və müəyyən sahəni (lak-operator) ayırmışdır. Bu, ikizəncirli fraqment olub əsasların 25 komplementar cütlərindən ibarətdir.

Volter Gilbert 1977-ci ildə A. Mekşem ilə birlikdə DNT-nin birli strukturunun açılmasının uğurlu üsullarından birini təklif etmişdir.

Volter Gilbert 1980-ci ildə “Nuklein turşularının birinci quruluşunun müəyyən edilməsi sahəsində tədqiqatlara görə” kimya üzrə Nobel mükafatına layiq görülmüşdür.

İstinadlar

redaktə
  1. Walter Gilbert // Encyclopædia Britannica (ing.).
  2. Walter Gilbert // Brockhauz Ensiklopediyası (alm.).
  3. 1 2 Mathematics Genealogy Project (ing.). 1997.
  4. 1 2 NNDB (ing.). 2002.

Həmçinin bax

redaktə

Xarici keçidlər

redaktə