[go: up one dir, main page]

Triniti Kolleci (Kembric)

Triniti Kolleci (ing. Trinity College, Üç üqnum kolleci) — Kembric Universitetinin 31 kollecindən biri. Bu kollecin Kembric və ya Oksforddakı[2] hər bir digər kollecdən daha çox üzvü olmuşdur (tələbələri və müəllimləri bir yerdə sayırıqsa), lakin eyni universitetin Homerton Kollecinə nisbətən tələbələrin sayından bir qədər azdır.

Triniti Kolleci
Trinity College
Loqonun şəkli
Xəritə
52°12′25″ şm. e. 0°07′01″ ş. u.HGYO
Əsası qoyulub 1546
Tələbə sayı 1.080
Ölkə
Sayt trin.cam.ac.uk
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

VIII Henri kilsə və monastır torpaqlarının dünyəviləşməsini həyata keçirirdi. Oksford və Kembric universitetləri də onun təqib obyektləri ola biləcək dərəcədə zəngin idilər. Kral parlamentdən hər hansı bir kollecin əmlakını müsadirə etməyə icazə verən bir qanun qəbul etdi. Universitet, kralın altıncı həyat yoldaşı Yekaterina Parr ilə təmaslarından istifadə etdi. Kraliça ərini onları bağlamamağa, yeni bir kollec yaratmağa inandırdı. Kral bir neçə köhnə kollec və pensiya əsasında yeni Üçlük Kollecinin yaradılması haqqında əmr verdi. Kollec 1546-cı ildə VIII Henri tərəfindən əvvəlcədən mövcud olan iki kollecin – Mayklhauz kolleci (1324-cü ildə Hervi de Stenton tərəfindən təsis edilmiş) və Kinqs Holl (1317-ci ildə II Kral Evardın fərmanı ilə yaradılmış və III Kral Evardın əmri ilə yaradıldı) birləşməsi nəticəsində təsis edilmişdir.

Qalereya

redaktə

İstinadlar

redaktə
  1. 1 2 Aligned ISNI and Ringgold identifiers for institutions (ing.). // zenodo 2017. doi:10.5281/ZENODO.758080
  2. Student numbers from 2006 projections in the Trinity College Annual Record, Winter 2005. The largest college claim includes fellows as college members. Excluding fellows, Trinity would be second largest of the Cambridge colleges.

Xarici keçidlər

redaktə