Voyevodina
Voyevodina (serb. Војводина / Vojvodina, mac. Vajdaság, slovak. Vojvodina, rum. Voivodina, rusin. Войводина, xorv. Vojvodina) — Serbiya ərazisində yerləşən muxtar vilayət. Dunay çayının Serbiya ərazisindəki yuxarı axarlarda, Ortadunay düzənliyinin cənubunda yerləşir. Vilayətin ümumi sahəsi 21 532 km², 2011-ci il məlumatına görə isə əhalisi — 1 931 809 nəfər təşkil edir. Əhalisi Serbiyanın ümumi əhalisinin 26,9 % təşkil edir. Voyevodina ərazisində ümumilikdə 26 xalqın nümayəndəsi yaşayır və 8 dil rəsmi dil kimi işlənir. Şimalda Macarıstan, qərbdə Xorvatiya, cənub-qərbdə Serbiya, şərqdə Rumıniya ilə sərhədə malikdir. Cənubdan Serbiyanın Belqrad və Mərkəzi Serbiya dairələri ilə sərhədlənir. Sava və Dunay çayları hövzəsində yerləşir. İnzibati mərkəzi Novi-Sad şəhəridir. Digər iri şəhərləri — Subitnisa, Zrenyanin və Pançevo.
Muxtar vilayət | |
Voyevodina | |
---|---|
Vajdaság Autonóm Tartomány | |
45°15′ şm. e. 19°51′ ş. u.HGYO |
|
Ölkə | |
İnzibati mərkəz | Novi Sad[d] |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 28 sentyabr 1990 |
Sahəsi |
|
Hündürlük | 99 m |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
ISO kodu | RS-VO |
İnternet domeni | .срб, .rs |
Avtomobil nömrəsi | SRB |
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafiya
redaktəOrtadunay düzənliyi burada 70–250 metr arasıda dəyişir. Cənub-qərbdə Fruşka-Qora (539 m), cənub-şərqdə Cənub Karpat (641 m) ən hündürlük nöqtələrdir. İqlimi kontinentaldır. Orta temperatur iyulda 22–24 °C, yanvarda −1,2; 2,6 °C təşkil edir. Orta illik yağıntı 550–750 mm-dir. İri çayları: Dunay, Tisa, Taşim. Qara torpaq ərazilərə sahibdir. Kənd təsərrüfatının əkinçilik, maldarlıq və üzümçülük geniş yayılmışdır
Tarixi
redaktəVI əsrdə əraziyə qədim slaviyanlar ayaq basırlar. IX əsrdə əraziyə Macarlar ayaq basır, Macar krallığı.
Ərazi 1521–1718 illər ərzində Osmanlı imperiyasının tərkibinə daxil olur. 1699–1918 illər isə Habsburqlar monarxiyasının tərkibi olur.
1918-ci ildə ərazi Serb krallığının tərkibinə keçir. Sonradan isə Yuqoslaviya krallığı adlanır. Bölgədə mərkəzi Novi-Sad olan vilayət təşkil edilir.
İkinci dünya müharibəsi dönəmində isə ərazi Macarıstan krallığının tərkibinə və Azad Xorvat dövlətinin tərkibinə keçir. Oktyabr 1944 ildə sovet ordusu Voyevodinaya daxil olur. 31 iyulda Serbiya Sosialist Respublikasının tərkibində Voyevodina Muxtar diyar statusu alır.
1963-cü ildə muxtariyyətin adı Voyevodina Sosialist Muxtar Diyarı olaraq dəyişdirilir. Yuqoslaviyanın dağılmasından sonra Baçka-Palanka şəhərində 4 oktyabr 1988-ci ildə Voyevodina rəhbərliyini istehfaya səsləyir[3]. Növbəti gün isə Slobadan Miloşeviç milli azlıqları muxtar vilayyətdən qovur. Kosovonun bir tərəfli şəkildə müstəqilliyini elan etməsindən sonra Voyevodina Serbiya ərazisində yeganə muxtariyyətdir.
2011-ci ildə muxtariyyətin səlahiyyətləri artırılır: muxtariyyət hökumətini qura, bank yarada və müstəqil vergi budcəsini təşkil edə bilər[4].
Xalqları
redaktəDiyarda ümumilikdə 1 931 809 nəfər (2011)[5] yaşayır.
Diyarda yaşayan xalqlar (2011):
- Serblər — 1 289 635 nəf. (66,76 %);
- Macarlar — 251 136 nəf. (13,00 %);
- Slovaklar — 50 321 nəf. (2,60 %);
- Xorvatlar — 47 033 nəf. (2,43 %);
- Qaraçılar — 42 391 nəf. (2,19 %);
- Rumınlar — 25 410 nəf. (1,32 %);
- Monteneqrolular — 22 141 nəf. (1,15 %);
- Bunevlər — 16 469 nəf. (0,85 %);
- Rusinlər — 13 928 nəf. (0,72 %);
- Yuqoslaqlar — 12 176 nəf. (0,63 %);
- Makedonlar — 10 392 nəf. (0,54 %);
- Ukraynalılar — 4202 nəf. (0,22 %);
- Müsəlmanlar — 3360 nəf. (0,17 %);
- Nemlər — 3272 nəf. (0,17 %);
- Albanlar — 2251 nəf. (0,12 %);
- Slovenlər — 1815 nəf. (0,09 %);
- Bolqarlar — 1489 nəf. (0,08 %);
- Qoranlar — 1179 nəf. (0,06 %);
- Ruslar — 1173 nəf. (0,06 %) və digərləri.
Macarlar, xorvatlar və slovenlər bölgədə getdikcə azalırlar. 1948-ci ildə Voyevodinada 1641,0 min. nəfər yaşayırdı. Əhalinin milli tərkibi: 841,2 min. serb, 428,9 min. macar, 134,2 min. xorvat, 30,6 min. qaradağlı, 9,1 min. makedon, 7,2 min. sloven, 0,5 min. alban[6].
2002-ci ilə olan dini tərkib: 69% pravoslav, 19% — katolik, 3,5% — protestant.
Dilləri
redaktəVilayətin rəsmi dili serb dilidir. 2002-ci ildən rəsmi dilə bərabər olaraq beş dil daxildir: Macar dili, Slovak dili, Xorvat dili, Rumın dili və Rusin dili[7]. Üstəlik əhalisi 15 % olan xalqların dili rəsmi status alır[7]. Nəticədə macar dili 30, slovak dili 13, rumın dili 8, xorvat 3, çex dili isə 1[8] rayonda rəsmi dildir. Üstəlik Ukrayna dili[9] belə rəsmi status almışdır.
Tanınmış şəxsləri
redaktə- Maqdi Puja — müğənni, hazırda Macarıstanda yaşayır, ölkəni Avroviziya mahnı müsaqibəsində 2007-ci ildə təmsil etmişdir.
- Miloş Eliç — bəstəkar.
- Corce Balaşeviç — musiqiçi, müğənni.
- Monika Seleş — Yuqoslav tennisçi.
- Yosef Lapid — (1931–2008) yəhudi yazıçı, jurnalist və siyasətçi, Şinuy partiyasının üzvü.
- İonel Petroviç — rumın əsilli fransalı bəstəkar[10].
Həmçinin bax
redaktəİstinadlar
redaktəBu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ 1 2 ISO 3166-2 Newsletter I-8. Beynəlxalq standartlaşdırma təşkilatı, 2007. S. 29.
- ↑ 2022 Serbia Census.
- ↑ Митревска Я., Сельцер Д.Г. Дезинтеграционные процессы в СФРЮ и Социалистическая Республика Македония (1985–1991 гг.) // Вестник Тамбовского университета. Серия: Гуманитарные науки. — 2012. — № 2 (106). — С. 326
- ↑ Кудряшова Е.С. Интегрирование Сербии в Евросоюз и российско-сербские отношения // Ежегодник Института международных исследований Московского государственного института международных отношений (Университета) Министерства иностранных дел Российской Федерации. — 2014. — № 3–4 (9). — С. 68
- ↑ "Serbiya əhalisi (2011)". 2017-03-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-21.
- ↑ Буквич Р. Региональная проблема социалистической Югославии в 1945–1991 гг. // Вестник Мордовского университета. — 2014. — № 3. — С. 132
- ↑ 1 2 Катунин Д.А. Статус языков в современном сербском законодательстве как реализация языковой политики государства // Вестник Томского государственного университета. Философия. Социология. Политология. — 2008. — № 2. — С. 145
- ↑ Катунин Д.А. Статус языков в современном сербском законодательстве как реализация языковой политики государства // Вестник Томского государственного университета. Философия. Социология. Политология. — 2008. — № 2. — С. 149
- ↑ Катунин Д.А. Статус языков в современном сербском законодательстве как реализация языковой политики государства // Вестник Томского государственного университета. Философия. Социология. Политология. — 2008. — № 2. — С. 151–152
- ↑ "Ionel Petrvï". 2011-09-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-05-21.
Mənbə
redaktə- Serbija.info Arxivləşdirilib 2008-05-08 at the Wayback Machine
- Atlas of Vojvodina (Wikimedia Commons)