Serbiyada xorvatlar
Serbiyada xorvatlar (serb-xorv. Hrvati u Srbiji, serb-kiril. Хрвати у Србији) — Serbiya ərazisində yaşayan etnik azlıq. Milli azlıq statusunu 2002-ci ildə almışlar[1]. Serbiyada 2011-ci il siyahıya alınmasına görə 57 900 xorvat yaşayır. Bunun 54 785 nəfəri Voevodina və Belqradda cəmləşmişdir.
Serbiyada Xorvat Etnik Azlığının Milli Şurasının rəsmi bayrağı. | ||||||
Özünüadlandırma | ||||||
---|---|---|---|---|---|---|
serb-xorv. Hrvati u Srbiji serb-kiril. Хрвати у Србији | ||||||
Ümumi sayı | ||||||
57,900 (2011) | ||||||
Yaşadığı ərazilər | ||||||
| ||||||
Dili | ||||||
İrqi | ||||||
Avropoid | ||||||
Dini | ||||||
Daxildir | ||||||
Slavyanlar | ||||||
Qohum xalqlar | ||||||
Demoqrafiya
redaktəSerbiyalı xorvatların sayı 1960-cı illərin əvvəlində sürətlə artırdı. Bu təbii artımla əlaqədar olmuşdur. Sonradan isə təbii artımın azalması, miqrasiya və etnik mənsubiyyət dəyişdirilməsi nəticəsində saylarında azalma baş verir. Yuqoslaviyada 1948-ci il siyahıya alınmasına görə Serbiya ərazisində 169 864, 1991-ci il siyahıya alınmasına görə isə 105 406 milliyətcə xorvat olan əhali yaşayırdı. Bu isə müvafiq olaraq ümumi əhalinin 2,6 % və 1,1 % təşkil edirdi. Yuqoslaviyada 1948—1991-ci illərdə aparılan siyahıya alınmasına görə xorvatlara həm də bunevlər və şoksilər daxil edilirdi. Hazırda şoksilərin böyük əksəriyyəti özünü xorvat hesab edir. Halbuki, bunevlər isə əksinə özlərini müstəqil etnos sayırlar.
1991-ci ildə Serbiyada yaşayan xorvatların sayının kütləvi şəkildə azalmasının səbəbi Yuqoslaviya müharibəsi zamanı ortaya çıxan xalqlar arası münaqişələr olmuşdur. Ən əsası da Xorvatiya müharibəsi bu azalmağa böyük təsir göstərir[2]. 1992-ci ildə Voyevodinadan olan 10 000 xorvat Xorvatiya serbləri ilə daşınnmaz əmlaklarını dəyişdirmişdir. Münaqişə nəticəsində 20 min xorvat Serbiyanı tərk etmək məcburiyyətində qalmışdır[3]. Voyevodina Xorvatlarının Demokratik Alyansı nümayəndələrinin sözlərinə görə bu münaqişə zamanı Serbiyanı ümumilikdə 50.000-dən çox xorvat tərk etmişdir[4][5].
Serbiya xorvatlarının böyük əksəriyyəti Voyevodina muxtar diyarı ərazisində cəmləşmişdir. Serbiyada 2011-ci il siyahıya almasına görə Voyevodina vilayəti ərazisində 47 033 xorvat yaşayır. Bu isə Serbiyada olan xorvatların 81,2 % deməkdir. Xorvat əhalisinin üstünlük təşkil etdiyi ən çox yaşayış məntəqələri olan bölgə Voyevodinadır. 1961-ci ildə 19, 1981-ci ildə 18, 1991-ci ildə 12 məntəqədə xorvatlar üstünlük təşkil etmişdir. Kosova ve Metohiya muxtar vilayətində 1961 və 1981-ci illərdə 7 yaşayış məntəqəsində xorvatlar ümumi əhalinin üstünlük təşkil edən etnosu olmuşdur. Mərkəzi Serbiyada isə xorvatlar heç bir yaşayış məntəqəsində üstünlük təşkil etməmişlər.
Serbiyada olan xorvatların sayı[6]
Siyahıya alma ili | Xorvatların sayı | % | Serbiyanın ümumi əhalisi |
---|---|---|---|
1948 | 169 864 | 2.60 % | 6 527 966 |
1953 | 173 246 | 2.48 % | 6 979 154 |
1961 | 196 409 | 2.57 % | 7 642 227 |
1971 | 184 913 | 2.19 % | 8 446 591 |
1981 | 149 368 | 1.60 % | 9 313 677 |
1991 | 105 406 | 1.08 % | 9 778 991 |
1991 (Kosovosuz) | 97 344 | 1.24 % | 7 822 795 |
2002 (Kosovosuz) | 70 602 | 0.94 % | 7 498 001 |
2011 (Kosovosuz) | 57 900 | 0.81 % | 7 186 862 |
Dil
redaktəXorvat dili Serbiyada muxtar diyar olan Voyevodinada rəsmi dil statusuna malikdir.
İstinadlar
redaktə- ↑ "Hrvatska manjina u Republici Srbiji". rs.mvp.hr. İstifadə tarixi: 1 April 2012.[ölü keçid]
- ↑ "Pismo prognanih Hrvata Josipoviću". 2012-08-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-03-29.
- ↑ "Croats in Serbia which is not in war with Croatia, With head stuck into sand". 2020-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-29.
- ↑ "Sedamnaest godina od proterivanja Hrvata iz Hrtkovaca, Zoran Glavonjić". 2016-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-29.
- ↑ Anniversary of SRS rally in Vojvodina town Arxiv surəti 10 may 2010 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2010-05-10 at the Wayback Machine
- ↑ "Xorvatiya əhalisi (1931—2001)". 2013-04-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-29.