[go: up one dir, main page]

Quran

Müsəlmanların müqəddəs kitabı
(Qurani-Kərim səhifəsindən yönləndirilmişdir)

Quran (Qurani-Kərim, Qurani-Şərif) (ərəb. القُرآنƏl-Quran) — İslam dininin müqəddəs və ən əsas kitabıdır. İslam dinində Quran Allahın buyurduğu sözlərdir.

Quran, XII əsr

Quranın özünəməxsus adı olan 114 surəsi və 6236 ayəsi var. Quranın ən uzun surəsi Bəqərə surəsi (286 ayə), ən qısa surəsi isə Kövsər surəsidir (3 ayə). Quranın ən uzun ayəsi Bəqərə surəsinin 282-ci ayəsidir.

Quranı digər səmavi kitablardan fərqləndirən əsas cəhət onun uzun zaman müddətində — 23 ilə hissə-hissə nazil olması və təhrifə məruz qalmamasıdır. Quran Allah tərəfindən birbaşa deyil, mələk — Cəbrayıl vasitəsilə nəql olunmuşdur. Bəzi mənbələrə görə, Bəqərə surəsinin son 2 ayəsi Allah tərəfindən birbaşa Məhəmməd peyğəmbərə vəhy edilmişdir.

"Quran" kəliməsinin mənası oxumaq, qiraət etmək deməkdir. Quran ləfzi və mənaları vəhyə istinad edən, qiraətiylə ibadət edilən, özünəxas xüsusiyyətləri olan Fatihə surəsi ilə başlayıb Nas surəsi ilə bitən səmavi kitabdır.

Quranın adları

redaktə

Quranın yenə Quranda gələn bir çox adları vardır. Onun ən çox işlənilən və çox yayılan adı Qurandır. Digər adları isə aşağıdakılardır:

  • Əl-Kitab — Quranda 230-dəfə işlənir. Bəzi digər səmavi kitablar üçün də işlənilir.
  • Ümmül-Kitab — Ana kitab mənasına gələn. Bu ad Lövhü-Məhfuz və Fatihə surəsi üçün də işlənmişdir.
  • Əl-Furqan — Haqq ilə batili ayıran deməkdir. Furqan adı altı ayədə işlənir.
  • Əl-Huda — Hidayət edici deməkdir.
  • Əz-Zikr — Zikr həm zikr etmək, həm də şərəf və şərəfli olmaq mənalarına gəlir.

Quranın bunlardan başqa Tənzil, Haqq, Ruh, Burhan, Əziz, Şifa, Hikmət, Müheymin, Hablullah, Fasl, Bəyan və bir çox adları da vardır.

 
Qurani-Kərim — İranın Məşhəd şəhərində — Əli tərəfindən yazılmışdır
 
Stanford '07 ikili əlyazmasının sağ səhifəsi. Üst təbəqə Bəkərə surəsinin 265–271-ci ayələridir. İki qat Quranın ilk mətninə edilən əlavələri və bugünkü Quranla fərqləri ortaya qoyur..

Ayə lüğətdə əlamət, ibrət, dəlil, nişan və yüksək bina kimi mənalara gəlir. Quranın hər cümləsi: bir həqiqət nişanəsi, ibrətverici bir öyüd olduğu üçün ayə adını almışdır.

Ayələrin sayı haqqında fərqli rəqəmlər verilməkdədir. Ayələrin sayı Nafiyə görə 6217, Şeybəyə görə 6214, kufəlilərə görə 6236, misirlilərə görə 6219, Müfəssir Zəməxşəriyə görə isə 6666-dır.

 
Namaz qılanlar Quranın ilk surəsini olan Fatihəni, ondan sonra isə hər hansı digər surəni oxuyurlar.

Ayələrin tərtibi

redaktə

Quranın bir endirilmə sırası var. Ayələr, surələr tam endirildikdən sonra Məhəmməd Cəbrayıl ilə Allahın nəzarəti altında bunu yığıb (Məkarim Şirazi ağanın fikrinə əsasən). Bəzi alimlərin fikrincə, nömrələmədə dəyişiklik var. Bununla belə, bütün məzhəblər Quranın təhrif olunmamasını yekdilliklə qəbul edir.

İlk və son nazil olan ayələr

redaktə

İlk nazil olan ayələrin Ələq surəsinin 1–5-ci ayələri olduğu hesab edilir. Lakin MuddəssirFatihə surələrinin də bu ilk nazil olanlar arasında yer aldığına dair rəvayətlər vardır. Mədinədə ilk nazil olan surə Bəqərə surəsidir.

Ən son nazil olan ayələrin hansı ayə olduğu barəsində bir neçə görüş vardır. Aşağıda zikr edilən ayələrdən hər birinin ən son nazil olan ayə olduğu ehtimal edilir: Bəqərə surəsi 278 və ya 281-ci ayə, Nisa surəsi 176-cı ayə; Tövbə surəsi 128–129-cu ayələr; Nur surəsi 1–3-cü ayələr, Maidə surəsi 3-cü ayə. Bunların arasında ən çox ehtimal ediləni Maidə surəsinin 3-cü ayəsidir: "Mən bu gün sizin üçün dininizi kamilləşdirdim, sizə olan nemətimi tamamladım və İslamı sizin üçün din olaraq bəyəndim".

 
əl Fatihə — Quranın birinci surəsi

Surə kəlməsi dərəcə, yüksək rütbə, şərəf, gözəl bina kimi mənalara gəlir. Bir termin olaraq surə Quranın ən az üç ayədən meydana gələn bölümlərindən hər birinə verilən addır.

Quranda 114 surə vardır. Hicrətdən öncə Məkkədə 86 və Hicrətdən sonra Mədinədə 28 surə nazil olmuşdur. "Ey insanlar" deyə başlayan surələr Məkkədə, "Ey iman gətirənlər" deyə başlayan surələr və ayələr Mədinədə nazil olanlardır.

Quranın 114 surəsindən yalnız Tövbə surəsi "Bismillahir-rəhmanir-rəhim!"-lə başlamır. Buna baxmayaraq, Quranda "Bismillahir-rəhmanir-rəhim" kəlməsi 114 dəfə işlədilib. Belə ki, Nəml surəsinin 30-cu ayəsində Süleyman peyğəmbərin yazdığı məktub "Bismillahir-rəhmanir-rəhim"-lə başlayır.

 
Xəttatlıq, 18-ci əsr. Bruklin Muzeyi.

Quranın yazılması

redaktə

Hər ayə və surə nazil olduğunda Məhəmməd peyğəmbər vəhy katiblərini çağırır və onlara, bu ayələri hansı ayələrin yanına və hansı surəyə yazacaqlarını bildirirdi.

 
Qurani-Kərim yazıları, Bara Qumbad məscidi, Dehli, Hindistan.

Şiə mənbələrində qeyd olunur ki, Məhəmmədin vəfatından sonra İmam Əli 6 ay ərzində Quranın surələrini ayəbəayə şəni-nüzul və səbəbi-nüzulla birlikdə yazıb. Bu kitab tamamlanan vaxt Quran hafizlərinin çox olması səbəb göstərilərək ona ehtiyacın olmaması vurğulanıb. Həmin kitab imamlardan bir-birinə ötürülüb.

 
Tipik məscid lampası, emaye şüşədən, Ayət ən-Nur və ya "Nur Ayəsi" ilə (24:35). Ayət ən-Nur və ya "Nur Ayəti" ilə emaye şüşədən tipik məscid lampası.

Lakin müharibələr zamanı Quran hafizlərinin kütləvi şəkildə şəhid olması Quranın kitab kimi gələcək nəsillərə ötürmək zərurətini gündəmə gətirib. Bu səbəbdən Ömərin təklifi ilə Zeyd ibn Sabitin başçılığı ilə İmam Əli, Osman, Übeyy ibn Kab, İbn Məsud, Əbu Dərda kimi səhabələrdən meydana gələn bir komissiya qurulub. Çalışmalar nəticəsində Quran bir kitab halına gətirilib. İbn Məsudun təklifi ilə Qurana mushaf adı verilib. Bu mushaf Xəlifə Əbu Bəkirin yanında mühafizə olunmağa başlanıb.

 
Quran ayələri, Şahizində məqbərəsi, Səmərqənd, Özbəkistan.

Quran elmləri

redaktə

Qurani Kərimin ifadə etdiyi üslub, ifadə və təsvir imkanlarını dərk etmək üçün Quran Elmlərində də müəyyən dərəcədə ixtisaslaşmaq lazımdır. Çox vaxt təfsir və tərcümələrdə mətnə bağlılığın, orijinallığın qorunub, saxlanılmamasında əsl səbəb Quran Elmlərində müəyyən dərəcəyə çatmadan Ondan məna, hökm çıxarılmasındadır. Qurani Kərimin bu geniş imkanlarını əldə etmək üçün Onun dillə olan əlaqəsini, ərəb dili üzərində təsiri və eyni zamanda ondan təsirlənməsi yaddan çıxarılmamalıdır. Dinimizin, düşüncələrimizin özündə kəlam var, hətta bir izaha görə varlığın təməlində də kəlam var. Mövcudat sözdən sonra ortaya çıxdı və İzutsunun ifadəsi ilə "İslam Allah danışdığı vaxt ortaya çıxdı." Bir müsəlman tam da olmasa, məhz bu səbəblərlə dillə maraqlanmağa başlayır.

 
Quran səhifəsi bəzək sənəti, Osmanlı dövrü.

Əslində Qurani Kərimlə birbaşa əlaqəli olan bu elmlərin siyahısına alimlərimiz bəzən bütün elmləri əlavə edərək, Qurani Kərimdə bütün elmlər var deyə, ölçüsünü daha da geniş götürmüşlər. Bu mənada tez-tez istifadə olunan "Quran Elmləri" şəklindəki ifadənin ulumul-Quran məfhumunu ifadə etmədiyi üçün səhv tərif ola bilər. Məsələn astronomiya, riyaziyyat, biyologiya kimi elmlər Quran qaynaqlı olduğu halda, ümumi təsnifata görə Quran Elmlərindən deyil. İlkin Quran Elmləri kimi qeyd olunan, Təfsirin yaranmasını Rəsulullah) həyatda olduğu müddətcə səhabələrin ayələrdən bilmədiklərini ona soruşması və davamlı olaraq ayələrdə, fikirləşməyə, dərk etməyə olan dəvətlərlə olduğu ifadə olunur. Termin kimi işlədilməsində Ulumul-Quran ifadəsinin nə vaxt başlaması haqqında fərqli görüşlər olsa da, ilk dəfə sistemli istifadə İbnul Cövziyyə aid "Fununul-əfnan fi uyuni ulumil-Quran" olaraq qəbul olunmuş və Quran Elmlərinin əksəriyyəti xüsusi şəkildə ifadə olunmuşdur. Sonralar mövzu üzərində mütəxəssisləşən Zərkaşi " Əl-Burhan fi ulumil Quran" və Süyuti "Əl-İtqan fi Ulumil Quran" adlı əsərlərini yazmışdır.

 
Bu Quranın qızılı ilə yazılmış və qəhvəyi mürəkkəblə konturlu yarpaqları üfüqi formatdadır. Bu, erkən Abbasi xəlifələri dövründə geniş yayılmış klassik kufi xəttatlığına heyranedici dərəcədə uyğun gəlir.

Quran Elmlərini təsnif edərkən ən mühümləri olan Zərkaşinin "Əl-Burhan" adlı əsəri bu mövzuda yazılan ən seçkin və geniş kitabdır. Kitab əhatəli amma müxtəsər, xülasəli şəkildə yazılmışdır. Müəllif Quranla əlaqədar elmlərlə ilə əlaqədar mövzuları 47 bölməyə ayırmış və hər bölmə haqqında zəruri məsələləri toplamışdır. İ. Süyuti də "Əl-İtqan Fi Ulumil-Quran" adlı əsərini əslində müəllimi kimi qəbul etdiyi Zərqaşinin əsərini bəyənərək bu cür adlandırmışdır. O islami elmlərlə əlaqədar səksənə yaxın mövzunu toplamışdır. Elmləri təsnif edərkən "Təfsir, İlmul Məani, Bəlağat, İlmul Bədi, Bədayiul-Quran, İcazul-Quran, Əmsalul-Quran, Əqsamul-Quran, Cədəlul-Quran, Fədailul-Quran, Xavassul-Quran, Qaraibut-Tefsir" v.s. bu kimi mövzulardan bəhs etmişdir. Bəhs etdiklərimiz Quran Elmləri ilə əlaqədar klassik üslubda işlənən və demək olar islam alimlərinin yönəldikləri, əhatə dairələrində olan bütün elmləri özündə bilrəşdirən əsərlərdir. 20. Əsrdə Qurani Kərim üzərində tədqiqatlara gəlincə, mütəxəssislər çox vaxt oryantalist və bu buna bənzər tənqidlərin hədəfinə çevrilən mövzulara daha çox yer ayıraraq, cüzi yanaşma ilə, tənqidlərə yönələn, Quranın bəzi yönlərini modern baxış tərzi ilə baxışdan keçirməyi əsas götürən, müasir bir dil istifadə edən ölçüdə daha çox əhatəli Təfsir tədqiqatları, mövzulara görə Təfsir tədqiqatları, Quranın məsəl və qıssalarını sosyoloji, pedaqoji, psixoloji…v.s. sosial elmlər çərçivəsindən tədqiq edən tərzdə, Təfsir tarixi və teoloji tədqiqat, Quranın aksion yönünə əsaslanan, filoloji, semantika ilə əlaqədar mövzular üzərində çalışmışlar.

Klassik Quran Elmlərindən müasir elmlərə qədər bəhs olunarkən bunlar məlum olduğu kimi sələf alimlərimizin elmə sərhəd qoymadan (yəni dini və dünyəvi elmlər təsnifatını aparmadan) toxunduqları mövzular dil elmləri, Quran ayələrinin dərk olunması yönündə tədqiqatlardan dövrümüzün sosioloji, pedaqoji, psixoloji, semantika, fəlsəfə və buna bənzər bir çox sahələrdə yazılan əsərlər qeyd oluna bilər. Əslində bütün elmlərin və sahələrin də ilahi qaynaqlı olmasına işarə edən ayəti kərimələr, peyğəmbərlərin miras olaraq qoyduqları təcrübə və ixtisaslar Qurani Kərimin birbaşa ya da, dolayı olaraq digər elmlərə də əks olunmasını ifadə edir. Çünki hər şeyi Quranda axtarmaqla deyil, hər bir elmə istiqamət, tərif və yaxud bir işarə tapmaqla dediyimizin şahidi ola bilərik.

 
Bruklin Muzeyində Quran əlyazması

Nazil olma səbəbi (Əsbabul-Nüzul)

redaktə

Bir neçə ayənin və ya bir surənin enməsinə səbəb olan bir sual və ya hadisəyə əsbabı nüzul deyilir.

 
Rza Abbasi Muzeyində 12-ci əsrə aid Quran əlyazması.

Ayənin mənasının hökmünün doğru olaraq başa düşülməsində nüzül səbəbinin əhəmiyyəti böyükdür. Belə ki, Səhabələr ayələrin nüzül səbəblərini bildiklərinə görə mənalarını daha yaxşı başa düşürdülər. Baxmayaraq ki, hər ayənin nazil olma səbəbinin olduğunu iddia etmək olmaz, ayənin nüzül səbəbini bilmədikcə, onun tam olaraq başa düşülməsi mümkün deyil. Məsələn, Bəqərə surəsinin 158-ci ayəsi: "(Ey möminlər!) Həqiqətən, Səfa (dağı) və Mərvə (dağı) Allahın əlamətlərindəndir (ibadət nişanələrindəndir). Evi (Kəbəni) həcc və ya ümrə yolu ilə (qaydası ilə) ziyarət edən şəxsin bunları təvaf etməsində (ətrafına dolanmasında) heç bir günah yoxdur. Hər kəs (vacibdən əlavə) könüllü olaraq yaxşı bir iş görərsə, Allah (onun etdiyi yaxşı işdən) razı qalandır (əvəzini verəndir), (onu) biləndir".

Əgər bu ayənin nüzül səbəbini bilməsək, belə aydin olar ki, Həcc ziyarəti zamanı Səfa və Mərvənin arasında səy etmək vacib deyil. Amma həqiqətdə bu əməl həcc ziyarətinin rüknüdür və yerinə yetirilməsə, bu ziyarət batil olar.

Ayənin nazil olma səbəbi isə belədir:

Müsəlmanlar ilk dəfə İslami qaydada həcc ziyarətini yerinə yetirən zaman Səfa və Mərvənin hər birində bir büt qoyulmuşdu və müsəlmanlar səy edərkən bu bütlərin qarşısından keçməli idilər. Onlar bunun dogru olub-olmadığını bilmirdilər və ziyarətlərini batil edəcəklərini düşünürdülər. Ayənin nazil olması ona dəlalət etdi ki, o zaman bu işi görmələrində müsəlmanlar üçün heç bir günah yoxdur.

 
Ramazan ayı haqqında ayə, ikinci surə, ayə 185. tarixli Quran əlyazmasından

Nasix və mənsux

redaktə

Nəsihin lüğət mənası izalə etmək, yox etmək, dəyişdirmək, nəql etməkdir. Bir termin olaraq isə bir ayənin və ya hədisin hökmünün, daha sonrakı bir ayə və hədislə ortadan qaldırmaq mənasına gəlir. Bir başqa tərif də: Dini bir hökmün, başqa bir dini dəlil ilə qaldırılmasıdır.

 
Quranın 108-ci surəsinin erkən təfsiri

Nəshedən dəlilə nəsih, hökmü qaldırılan ayə və ya hədisə də mənsuh deyilir.[1]

 
Britaniya Muzeyində 11-ci əsrə aid Şimali Afrika Quranı

Bir ayədə nəsihlə əlaqəli olaraq belə buyrulur: "Biz (zaman, məkan və şəraitin tələbinə görə) hər hansı bir ayəni (ayənin hökmünü) ləğv edir və ya onu unutdururuqsa, ondan daha yaxşısını, yaxud ona bənzərini gətiririk. Allahın hər şeyə qadir olmasını bilmirsənmi?!"[2].

Məsələn, "Şərq də, Qərb də Allahındır: hansı tərəfə yönəlsəniz (üz tutsanız) Allah oradadır. Şübhəsiz ki, Allah (öz mərhəməti ilə) genişdir, (O, hər şeyi) biləndir!"[3] ayəsini "(Ya Rəsulum!) Biz sənin üzünün göyə tərəf çevrildiyini görürük, ona görə də səni razı olduğun qibləyə tərəf döndərəcəyik. İndi üzünü Məscidülhərama tərəf çevir! (Ey müsəlmanlar!) Harada olsanız (namaz vaxtı) üzünüzü oraya döndərin! Kitab verilmişlər bunun öz Rəbbi tərəfindən bir həqiqət olduğunu yaxşı bilirlər. Allah onların əməllərindən xəbərsiz deyildir"[4] ayəsinin nəsh etdiyini görürük.

Yaxud, "Ey iman gətirənlər! Peyğəmbərlə (hər hansı bir iş barəsində) məxfi danışacağınız zaman bu danışıqdan əvvəl (ona hörmət əlaməti olaraq yoxsullara) sədəqə verin. Bu (əməl) sizin üçün (Allah yanında) daha xeyirli, daka pakdır. Əgər (sədəqə verməyə) bir şey tapmasanız (ürəyinizi qısmayın)."[5] ayəsinin hökmü "Məgər siz (Peyğəmbərlə) məxfi danışmazdan əvvəl sədəqə verməkdən qorxdunuzmu? Madam ki, siz (bunu) etmədiniz (sədəqə vermədiniz) və Allah da tövbənizi qəbul buyurdu, onda namaz qılıb zəkat verin, Allaha və Onun Peyğəmbərinə itaət edin. Allah nə etdiklərinizdən xəbərdardır!"[6] ayəsi vasitəsilə nəsx olunub.

 
Səs işarələri olan Quran səhifəsi

Möhkəm və mütəşabih ayələr

redaktə

Qurandakı ayələrin bir qismi məna baxımından açıq, digər bir qismi də birdən çox mənalı olub, anlaşılması başqa bir səbəbə bağlıdır.

Halal, haram, namaz, oruc kimi əhkamla əlaqəli olan ayələr, məna baxımından açıq olan ayələrdir. Bunlara "Möhkəm ayələr" deyilir. Gizliliyi olan ayələr isə mütəşabih ayələr adlanır.

"(Ya Rəsulum!) Sənə Kitabı (Quranı) nazil edən Odur. Onun (Kitabın) bir hissəsi (Quranın əslini, əsasını təşkil edən) möhkəm (mənası aydın, hökmü bəlli), digər qismi isə mütəşabih (çətin anlaşılan, dəqiq mənası bilinməyən, məğzi bəlli olmayan) ayələrdir. Ürəklərində əyrilik (şəkk-şübhə) olanlar fitnə-fəsad salmaq və istədikləri kimi məna vermək məqsədilə mütəşabih ayələrə uyarlar (tabe olarlar). Halbuki onların yozumunu (həqiqi mənasını) Allahdan (yaxud Allahdan və elmdə qüvvətli olanlardan) başqa heç kəs bilməz. Elmdə qüvvətli olanlar isə: " Biz onlara iman gətirdik, onların hamısı Rəbbimizin dərgahındandır", — deyərlər. Bunları ancaq ağıllı adamlar dərk edərlər."[7]

"Bu ayələri möhkəm qılınmış bir kitabdır".[8]

Həqiqət və məcaz

redaktə

Kəlimələrin öz mənalarında işlənmələrinə həqiqət, başqa bir mənada işlənmələrinə də məcaz deyilir. Qurani Kərimdəki kəlimələr, öz mənalarında işləndikləri kimi, bəzən də məcazi mənalarında işlədilmişdir.

İslam alimlərinin çoxu Quranda məcazın varlığını qəbul, bəziləri isə inkar edirlər. İnkar edənlər fikirlərini belə əsaslandırırlar ki, məcaz bir şeyin ifadəsində çətinliyə düşüldüyündə başvurulan bir yoldur, Quran isə bundan uzaqdır.

Qurandakı məcaz iki qismə ayrılır: 1. Əqli məcaz və ya məcaz fi-tərkib; 2. Lüğəvi məcaz və ya məcaz-fil-müfrəd.

Əqli məcaza misal olaraq "Onların ticarəti kar vermədi"[9] cümləsini göstərmək olar. Belə ki, buradakı "kar vermədi" və "ticarət" kəlimələri, məcazi mənada işlədilmişdir. Mənası budur: Onların hidayəti buraxıb, zəlaləti seçmələri özlərinə heç bir fayda gətirməz. Eləcə də, "Korla görən, iman gətirib yaxşı əməllər edənlərlə pislik edən eyni olmaz. Nə az düşünürsünüz!"[10], yaxud "Heç korla görən və ya zülmətlə nur eyni ola bilərmi?!"[11][12][13]

Lüğəvi məcaz misal olaraq yenə "Onlar barmaqlarını qulaqlarına soxurlar"[9] cümləsini göstərmək olar. Belə ki, əslində, barmaqları qulağa soxmaq mümkün deyildir. Burada barmağın ucu nəzərdə tutulmuşdur. Dolayısıyla bu bir məcazi ifadədir.

Müsəlmanların Qurana baxışları

redaktə

Məkarim Şirazi deyir:

Hal-hazırda bütün dünya müsəlmanlarının əlində olan Quran eynilə Peyğəmbəri-Əkrəm-ə nazil olan Qurandır və onun hətta bir kəlməsi belə, artırılıb və ya azaldılmamışdır. Təfsir, üsuli-fiqh və s. elmlər sahəsində yazılan çoxlu kitablarda bu müddəaya dair aşkar mətləblər mövcuddur, əqli və nəqli dəlillər vasitəsilə də sübut olunmuşdur.bütün müsəlman alimlərinin — istər şiə, istərsə də sünnü — fikir birliyinə əsasən, inanırıq ki, Qurana heç bir şey əlavə edilməmişdir; eləcə də hər iki tərəfin (sünnü-şiə) mühəqqiqlərinin təqribən yekdil fikrinə əsasən, Qurandan heç bir şey azaldılmamışdır. Hər iki qrupdan olan çox az adamlar Qur’andan müəyyən bir şeyin azaldılmasına inanırlar ki, onların da sözləri məşhur İslam alimləri tərəfindən qəbul olunmur.[14]

Quranın təhrif olunma iddiasını iki kitab və iki şəxs irəli sürüblər onların adı İbni Xətib Misrinin yazdığı "Əl-furqan fi təhrifil-Quran" kitabıdır ki, 1948-ci ilində nəşr olunmuş və Əl-Əzhər Universiteti vaxtında bu məsələni izləmiş, onun bütün nüsxələrini yığıb məhv etmişlər, lakin onun bir neçə nüsxəsi qanunsuz olaraq müəyyən şəxslərin əlinə düşmüşdür. Həmçinin, şiə mühəddislərindən olan Hacı Nurinin yazdığı "Fəslül-xitab fi təhrifi kitabi Rəbbil-ərbab" kitabı 1870-ə çap olunmaqla eyni zamanda dərhal Nəcəfi-Əşrəfin elmiyyə hövzəsinin şəxsiyyətləri tərəfindən inkar edilmiş, onun bütün nüsxələrinin toplanıb məhv edilməsi barəsində fətva verilmiş və onun cavabında çoxlu kitablar yazılmışdır. Bu kitaba cavab yazaraq onun nəzərlərini rədd edən böyük alimlərdən aşağıdakıların adını qeyd etmək olar[15]:

  • Müərrib Tehrani adı ilə məşhur olan Şeyx Məhmud ibni Əbil-Qasim (vəfat tarixi: 1313-cü h.q) "Kəşfül-irtiyab fi ədəmi təhrifil-Kitab" adlı bir kitab yazmışdır.
  • Əllamə Məhəmməd Hüseyn Şəhristani (vəfat tarixi: 1315-ci h.q) "Hifzül-kitabiş-şərif ən şübhətil-qovli bit-təhrif" adlı digər bir kitab yazaraq Hacı Nurinin "Fəslül-xitab" kitabını rədd etmişdir.
  • Nəcəfi-Əşrəfin elmiyyə hövzəsinin mühəqqiqlərindən biri olan Əllamə Bəlaği (vəfat tarixi: 1352-ci h.q) öz əsəri olan "Təfsiru alair-Rəhman" kitabında "Fəslül-xitab" kitabının rəddində nəzərə çarpacaq dərəcədə böyük bir fəsil ayırmışdır.[16]
  • Məkarim Şirazi "Ənvarul-üsul" kitabında Qurani-məcidin təhrif olunmamağı ilə əlaqədar geniş bir bəhs aparmış, "Fəslül-xitab" kitabında qeyd olunan şübhələrə cavablar vermiş.
  • Hacı Nuri, Əllamə Bəlağinin dediyinə əsasən, zəif rəvayətlərə istinad etmişdir. Onun özü də kitabın çap olunmasından sonra peşman olmuş və Nəcəfi-Əşrəf elmiyyə hövzəsinin böyük şəxsiyyətləri bu işi onun aşkar səhvlərindən hesab etmişlər.[17]
Fəslül-xitab" kitabının nəşr olunmasından sonra onun müəllifinə o qədər hücumlar edildi ki, axırda məcbur qalıb özünü müdafiə etmək üçün bir risalə yazdı. Həmin risalədə Allahın Kitabının təhrif olunmamasını isbat etmiş və demişdir ki, mənim sözlərimdən yanlış nəticələr alınmışdır.[18]

Əllamə Seyyid Hibətuddin Şəhristani deyir: Samirrada olduğum vaxtlar Mirza Şirazi oranı şiələrin elm və mərifət (maarif) mərkəzinə çevirmişdi. O, hər bir məclisə daxil olsaydı, Hacı Nuri və onun kitabının əleyhinə fəryad edərdi. Onun sözlərindən olan bəzi ifadələr hələ də yadımdadır…"[19]

Hacı Nurinin "Fəslül-xitab" kitabında qeyd etdiyi rəvayətlər adları aşağıda qeyd olunan üç ravidən toplanmışdır ki, onlar ya yanlış əqidəli, yaxud yalançı, yaxud da vəziyyəti məlum olmayan insanlardır: Əhməd ibni Məhəmməd Səyyari əqidəsi xarab və azğın olan adam, Əli ibni Əhməd Kufi yalançı, Əbül-Carud da vəziyyəti məlum olmayan, yaxud rədd olunan şəxsdir.[20]

Bütün bunlarla yanaşı Əhli-Sünnənin sihahlarında səhih hesab edilən hədislərə əsasən aydın olur ki, II xəlifə Ömər bin Xəttab Quranda "rəcm ayəsi"[21] nin olduğu iddia edib. Lakin həmin iddia o zaman digər heç bir səhabə tərəfindən təsdiq edilmir və Qurana daxil edilmir. Bəziləri tərəfindən iddia olunur ki, guya belə bir ayə olub, lakin onun tilavəti nəsx olunub:

Abdullah ibn-Abbas deyir: Ömər minbərin üstündə əyləşdi. Müəzzinlər susduqdan sonra durdu və Allaha şükür və sənadan sonra dedi: Mənə nəsib olan məqaləni sizə deyirəm. Bilmirəm, bəlkə də əcəlim yaxındadır. Kim onu dərk edib, başa düşərsə və kim onu anlamamaqda qorxarsa məni yalanda günahlandıranların heç birini halal etmirəm.

Həqiqətən Allah Məhəmmədi haqq olaraq göndərmişdir. Ona kitab nazil etmişdir. Allah-təalanın nazil etdiklərindən biri də rəcm ayəsi idi. Biz onu oxuyub, dərk edib, başa düşmüşük. Allahın Rəsulu rəcm edib və biz də ondan sonra rəcm etmişik. Qorxuram ki, bir zaman gələ və insanlar deyə: "Vallahi biz rəcm haqqında ayəni Allahın kitabında görmürük və beləliklə də, Allahın nazil etdiyi fərz əməli tərk etməklə doğru yoldan azalar. Rəcm isə Allahın kitabında haqq olduğu kimi evli olan kişi və ya qadın zina etdikdə əgər buna dəlil, sübut olarsa və ya hamiləlik olarsa və ya hər hansı biri tərəfdən etiraf olarsa həyata keçirilir".[22]

Quranın təhrif olunmamasına dair dəllilər

redaktə

Quran özü buna görə deyir:{{{1}}}‏‎ إِنَّا نَحْنُ نَزَّلْنَا الذِّکْرَ وَإِنَّا لَهُ لَحَافِظُونَ


Həqiqətən Quranı Biz nazil etdik və onun qorunub-hifz olunması da Bizim öhdəmizdədir.[23]

Başqa bir ayədə isə deyir:

{{{1}}}‏‎ وَإِنَّهُ لَکِتَابٌ عَزِیزٌ لَا یَأْتِیهِ الْبَاطِلُ مِن بَیْنِ یَدَیْهِ وَلَا مِنْ خَلْفِهِ تَنزِیلٌ مِّنْ حَکِیمٍ حَمِیدٍ


Bu, şübhəsiz izzətli və məğlubedilməz bir kitabdır, heç növ batil — nə arxadan, nə də öndən ona yol tapa bilməz. Çünki o, hikmətli və tərifə layiq olan Allah tərəfindən nazil edilmişdir.[24]

Quran müsəlmanlar arasında yazılıb və onun ən qədim nüsxələri də idikilərlə birdir bunun nədənlərindən aşağıda deyilir:

Sayı 14 nəfərdən 400 nəfərə qədər qeyd olunan Quran katibləri (kuttabi vəhy) hər bir ayə nazil olan kimi dərhal onu qeyd edib əzbərləyirdilər. O dövrdə Quran qiraəti ən böyük ibadətlərdən hesab olunurdu[25], müsəlmanlar gecə-gündüz onu qiraət və tilavət edirdilər. bundan əlavə, Quran İslamın Əsas Qanunu və müsəlmanların həyat ayini olmaqla, onların həyatının bütün dövrlərinə nəzarət edirdi.[26] Müsəlmanlara görə Əql qəti şəkildə hökm edərək deyir ki, belə bir kitabın təhrif edilməsi, ona bir şeyin artırılıb-azaldılması qeyri-mümkündür. İslam rəvayətlərində və imamlar-dan nəql olunan hədislərdə Quranın əsalət, tamamlıq və təhrif olunmamasına dair təkidlər edilmişdir

İmam Əli deyir:

{{{1}}}‏‎ اَنْزَلَ عَلَیْکُمُ الْکِتَابَ تِبْیانً لِکُلِّ شَیْءٍ وَ عَمَّرَ فَیکُمْ نَبِیَّهُ اَزْمانًا حَتَّی اَکْمَلَ لَهُ وَ لَکُمْ فِیمَا اَنْزَلَ مِنْ کِتَابٍ دِینَهُ الَّذِی رَضِیَ لِنَفْسِهِ


Allah-Taala hər bir şeyi bəyan edən Quranı nazil etdi və Peyğəmbərə siz ümmət arasında o qədər ömür verdi ki, Quranın vasitəsilə Öz dinini sizin üçün kamil etmiş olsun.[27] Nəhcül-bəlağənin xütbələrinin çoxunda Qurandan söhbət açılmışdır, amma heç bir yerdə onun təhrif olunmasına azacıq belə, işarə yoxdur; üstəlik Quranın kamil və tamam olması aşkar şəkildə bəyan olunmuşdur.[28]

Doqquzuncu imam həzrəti Məhəmməd Təqi bir hədisdə öz dostlarından birinə, camaatın haqq yolundan çıxması ilə əlaqədar xitab edərək dedi:

{{{1}}}‏‎ وَ کَانَ مِنْ نَبْذِهِمُ الْکِتَابَ اَنْ اَقَامُوا حُرُوفَهُ وَ حَرَّفُوا حُدُودَهُ


Camaatın bir qrupu Qurani-məcidi boşlamış, sözlərini düzgün oxuduqları halda onların məfhumlarını təhrif etmişlər.[29]

Bu və bu kimi digər hədislərə baxaraq belə başa düşülə bilər ki, Quranın sözləri toxunulmaz qalmış və yalnız məna baxımından onda təhrifə yol verilmişdir.

Buradan mühüm bir məsələ aydınlaşır: əgər bəzi rəvayətlərdə təhrifdən söz açılmışsa da, məqsəd onun məna baxımından təhrif olunması, şəxsi rəy əsasında təfsir edilməsidir, amma ibarə və kəlmələrində olan təhrif deyildir.[30]

Başqa baxımdan Şiə imamlarından rəvayətlər var ki, quranın təhrif olunmaması və onun həmişə təhrifsiz qalacağına görə dəlalət edir:

{{{1}}}‏‎ اَعْرِضُوهُمَا عَلَی کِتَابِ اللهِ فَمَا وَافَقَ کِتَابَ اللهِ فَخُذُوهُ وَ مَا خَالَفَ کِتَابَ اللهِ فَرُدُّوهُ


Bizim sözlərimizin, rəvayətlərimizin düz olub-olmamasını bilmək üçün, xüsusilə onların arasında təzad göründüyü zaman onları Quranla tutuşdurun: Qur’anla uyğun gələnlər düzgündür, ona əməl edin. Quranla müxalif olanları isə boşlayın![31]

Sünni və şiə mənbələrinin çoxlu yerlərində nəql olunan "Səqəleyn" hədisinə əsasən, Məhəmməd peyğəmbər demişdir:

{{{1}}}‏‎ اِنِّی تَارِکٌ فِیکُمُ الثَّقَلَیْنِ کِتَابَ اللهِ وَ عِتْرَتِی اَهْلَ بَیْتِی مَا اِنْ تَمَسَّکْتُمْ بِهِمَا لَنْ تَضِلُّوا


Mən sizin aranızda iki ağır, qiyimətli əmanət qoyub gedirəm: Allahın Kitabı və mənim İtrətim (Əhli-Beyt). Əgər Onlara sarılsanız, məndən sonra heç vaxt yolunuzu azmayacaqsınız.[32]

Bu hədisə baxaraq şiələr belə düşünürlər ki:

Bu dolğun mənalı hədis gözəl şəkildə çatdırır ki, Quran və Əhli-beyt insanların Qiyamət gününə qədər hidayət olunması üçün çox mötəbər bir sığınacaq yeridir. Əgər Quranda təhrifə yol verilmiş olsaydı, onda camaat üçün necə sığınacaq yeri ola bilərdi?! Camaat zəlalətdən necə xilas ola bilərdi.?![33]

Nüsxələri

redaktə
 
Dünyadakı ən qədim Quran nüsxəsi (Daşkənd, Özbəkistan)

Ma VI 165

redaktə

Almaniyanın Tübinqen Universitetinin kitabxanasında "Quran layihəsi"nin (Coranica Project) tədqiqatçıları İslam Peyğəmbəri Məhəmmədin vəfatından təqribən 20–40 il sonra yazıldığı güman edilən, dünyanda ən qədim hesab edilə biləcək Quran nüsxəsi tapıblar.

Alimlər tərəfindən "Ma VI 165" kod adı ilə qeydə alınmış bu Quran nüsxəsi 656-cı ildə xəlifə seçildikdən sonra İslam dövlətinin mərkəzini Kufəyə köçürən İmam Əli ibn Əbi Talib vasitəsilə geniş yayılmış "Kufi xətti" ilə yazılıb. "Medieval Histories Magazine"-in ("Orta əsrlər tarixi" jurnalı) hesablamalarına görə, bu əlyazma 95,4% statistik ehtimalla 649–675-ci illərə aid edilə bilər.

Əlyazmanın yaradıldığı zaman kəsiyi İmam Əlinin az saylı yazıb-oxuya bilən ilk müsəlmanlardan olması faktı ilə birləşdirildikdə onun İmama aid olması barədə çox böyük ehtimal yaranır. Bu ehtimal Peyğəmbərin vəfatından sonra sayılıb-seçilən müsəlman liderləri arasında İmam Əlinin Quranı bütünlükdə əzbərləyən və "Hafiz" olan yeganə şəxs olması ilə də dəstəklənir.

Bu əlyazmanın 1339-cu ildən qorunaraq dövrümüzə gəlib çata bilən yüksək keyfiyyətli perqament (heyvan dərisi) üzərində yazılması göstərir ki, bu sənəd rəsmi məqsədlər üçün — çox güman ki, İmam Əlinin İslam dövlətinin işi ilə əlaqədar yaradılmışdır.

Əlyazma Almaniyada nümayişə çıxarılacaq. Belə ki, Universitet kitabxanasının elanında deyilir: "Üzümüzə gələn payız aylarında perqament nümunələrimizdən biri Antverpdə yerləşən Hendrik Konsayns İrsi Kitabxanasında "Müqəddəs yazılar — Müqəddəs Məkanlar. Yəhudilik, Xristianlıq, İslam" sərgisində ictimaiyyət üçün nümayiş etdiriləcək. Bu, yeni tapıntıların geniş auditoriyanın diqqətinə çatdırılması üçün əla bir imkan olacaq."

Universitet nümayəndəsi Dr. Yeva Mira Yusif-Qrobun bildirdiyinə görə, Quran layihəsində "computatio radiocarbonica" adlı modul da var ki, burada Quranın ən qədim nüsxələrinin palaeoqrafik analizi və yaşının müəyyən edilməsi radiokarbon analizi kimi elmi üsullarla həyata keçiriləcək.

"Ma VI 165" kod adlı bu əlyazma İsra surəsinin 37-ci ayəsindən Yasin surəsinin 57-ci ayəsinə qədər olan bir hissəni özündə ehtiva edir.

Bu günə qədər ən qədim Quran əlyazması 671-ci ilə aid Səna əlyazması hesab edilirdi. Bu tapıntı ilə 649–675-ci illər arasında yazıldığı məlum olan "Ma VI 165" əlyazması "ən qədim əlyazma" adına şərik çıxmış oldu. Hətta "Ma VI 165" əlyazmasının ən qədim hesab edilməsinə bir çox sübutlar var ki, onlardan biri də yazının Hicazi üslubda (hərfləri sağa meyil etmiş üslubda) yazılmasıdır. Bu üslub da yazılmış nüsxələr hər zaman çox diqqət cəlb etmişdir, çünki sadəcə ən qədim nüsxələrdə rast gəlinir.[34]

Tərcüməsi

redaktə

Quranı Azərbaycan dilinə tərcümə edənlər:

Ədəbiyyat

redaktə
  • Quran və Dilə aid, Dücanə Cündioğlu, İstanbul, 2005
  • Bəqərə 2/118, 219,221, 266, Nisa 4/82, Nahl 16/44, Muminun 23/68
  • Abdülhamid Birişık, Quran Elmləri, DİA, XXVI/401–4
  • Məhəmməd Hadi Mərifət, Quran Elmləri, İstanbul, s. 18–9, İstanbul
  • Cəlaləddin Abdurrahman Əs-Süyuti, Əl-İtqan Fi Ulumil Quran, İstanbul, 1987
  • Xəlil Çiçək, 20. Əsrdə Quran Elmləri Tədqiqatlırı, İstanbul, 1996

İstinadlar

redaktə
  1. Təfsir üsulu s.122
  2. Bəqərə2:106
  3. Bəqərə2:115
  4. Bəqərə2:144
  5. Mucadələ58:12
  6. Mucadələ58:13
  7. Ali-İmran3:7
  8. Hud11:111
  9. 1 2 Bəqərə2:16
  10. Mumin40:58
  11. Rəd13:16
  12. Alimlər burada korla görənin kafirlə mömin, zülmətlə nurun isə küfrlə imanın məcazi mənası olduğu qənaətindədirlər.
  13. Hud surəsinin 24-cü ayəsində də buna işarə olunur: "Bu iki tayfanın (kafirlərin və möminlərin) vəziyyəti korla karın, görənlə eşidənin vəziyyəti kimidir. Onlar eyni ola bilərlərmi?! Məgər ibrət almırsınız?"
  14. Nasir məkarimi şirazi-On mühüm məsələ barəsində islam alimlərinin nəzəri-Quran təhrİf olunmayıb! Bölməsi
  15. Nasir məkarimi şirazi-On mühüm məsələ barəsində islam alimlərinin nəzəri-Tərcüməçi: Məsum Əlizadə-Naşir: Fəcre Quran-Çap tarixi: 2007-İkİ qrupdan olan İkİ kİtab Bölməsi
  16. "Alaur-Rəhman", 1-ci cild, səh.25.
  17. "Alaur-Rəhman", 2-ci cild, səh.311
  18. "Əz-zəriə", 16-cı cild, səh.231
  19. "Burhani rovşən", səh.143
  20. Bu üç nəfərin vəziyyəti ilə tanış olmaq üçün "Ricali Nəcaşi", "Fehresti Şeyx" və digər rical kitablarına müraciət edə bilərsiniz.
  21. Söylənilən ayənin mətni isə belə qeyd olunur: "Qoca kişi və qoca qadın zina edərlərsə onların ikisini də daş-qalaq edin hökmən". Sunən Əbi-Davud
  22. Səhih-Buxari. Cild 8, səh 539. "Kitabul-muharibinə min əhli-kufr"; "Rəcm hubla minəz-zina" babı.
  23. Hicr15:9
  24. Fussilət41:41-42
  25. [1] Arxivləşdirilib 2021-12-06 at the Wayback Machine Hawza saytı 15-ci səhifə-ilk 3 paraqraf-Gəncinə nömrə 32-فضیلت خواندن قرآن و توسل به آن bölməsi-Farsca
  26. "Hawza saytı- Quran əhəmiyyəti məqaləsi-Xədicə rüstəmi bəhramizadə-s 12". 2021-12-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-01-24.
  27. Nəhcül-bəlağə, 86-cı xütbə
  28. hawzah Saytı-Nəhcül bələğədə quranın abədilik və bütünlüyünün sorğulanması- məqalə mənbəyi:Nidayi-sadiq jurnalı-nömrə 19-yazan: Ftimə nəqibi [ölü keçid]
  29. "Kafi", 8-ci cild, səh.53.
  30. "Kafi", 8-ci cild, səh.53.- istinada əsasən.
  31. "Vəsailuş-şiə", 18-ci cild, səh.80
  32. "Biharul-ənvar", 36-cı cild, səh.331
  33. Əlavə məlumat almaq üçün "Ənvarul-üsul" kitabına (2-ci cild) müraciət edə bilərsiniz.
  34. "Ən qədim Quran nüsxəsinin İmam Əliyə aid olması faktı aşkar edilib" (az.). az.313news.net. 2014-11-20. 2015-01-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-01.
  35. İlhan Erdem, Kazım Paydaş. "Ağqoyunlu dövləti tarixi. Siyasət‐təşkilat‐kültür". Ankara, 2007. Ss. 208‐209
  36. Emin İmanlı. "Quranın Azərbaycan dilinə ilk tərcüməsi - Foto". Liman.az (az.). 2024-10-19. İstifadə tarixi: 2024-10-19.
  37. Nazim Nəsrəddinov. ""QURAN"IN AZƏRBAYCAN DİLİNDƏ YAZILMIŞ İLK TƏFSİRLƏRİİNDƏN BİRİNİN MÜƏLLİFİ - HACI SƏİD ƏFƏNDİ ÜNSİZADƏDİR" (az.). zim.az. 2015-12-02. 2015-12-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-14.
  38. "Qurani-Kərimi ilk dəfə Azərbaycan dilinə tərcümə edən şəxs" (az.). azadliq.info. 2012-07-20. 2015-12-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-14.
  39. "QMİ 110 il əvvəl işıq üzü görmüş "Kəşfül-Həqayiq" kitabını yenidən nəşr etdirib (FOTO)" (az.). az.trend.az. 2014-04-01. 2015-03-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-03-07.
  40. К.Орхан. "УМК переиздало первый комментарий Корана "Kəşfül-Həqayiq" на азербайджанском языке" (rus). salamnews.org/ru. 2014-04-01. 2015-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-07.
  41. ""Kəşfül-həqayiq" əsəri nəşr edilib" (az.). science.az/az. 2014-04-07. 2015-03-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-03-07.
  42. Kitab Əl-Bəyan fi Təfsir Əl-Quran: 3-cü nəşr: 2-ci cild: ərəb., fars / Mütərcim Şeyxul-İslam Məhəmməd Həsən Mövlaza Deyi-Şəkəvi.-B.: Azərnəşr, 1990.-492 s.; 24 sm.-Q.y., n. y.-(90–751)
  43. Nəriman Qasımoğlu, Qur'ani-Kərim, Bakı, Azərbaycan nəşriyyatı, 1993, 368 səh.
  44. Qurani Kərimin Azərbaycan dilinə tərcümə və şərhi, Bakı, Nurlar, 2006, ISBN 9952-426-46-1
  45. Qurani Kərim və Azərbaycan dilində mənaca tərcüməsi, Beşinci nəşr, Bakı, Şərq-Qərb, 2009
  46. Qurani-Kərimin Azərbaycan dilində məalı. Tarix: 08.07.2024

Xarici keçidlər

redaktə