Qar
Qar — çox kiçik buz kristallarından ibarət atmosfer yağıntısı. Qar havanın temperaturu buludda 0 °C-dən aşağı olduqda yaranır. Yerə enməsi 4 °C tempuraturdan aşağı olduqda baş verir.
Qar növləri
redaktə- Lopa qar: Durğun havada, çox soyuq olmayan mühitdə birləşən qar dənələrinin diametri 1 cm-ə yaxınlaşar. İri dənələr halında yağır.
- Sulu qar: Atmosferin üst qisimlərində çox soyuq olmayan havada su və buzdan ibarət olan qar dənələri, yerə yaxın sahələrdə artan istilikdən ötəri əriyirlər. Ərimə ilə yağış və ya qarla qarışıq yağış meydana gələr.
- Düyü qar: Normal qar dənələrindən kiçik, yumru, sərt dənəciklərdir. Üzəri incə bir buz təbəqəsi ilə örtülü olan dənələr yerə sürətli düşüb sıçrayır.
- Quru qar: Həddindən artıq soyuq və nəm nisbətinin aşağı olduğu hava şəraitində, diametri 1 mm-dən kiçik qar kristalları əmələ gəlir. Yerdə incə bir qar təbəqəsi meydana gətirən qar dərhal əriməz və ətrafı islatmaz.
- Boran: Qar yağıntısının, 56 km/s sürətə çatan küləklə birlikdə meydana gəldiyi vəziyyətdir. Görüntü məsafəsi azalar , gediş çətinləşər.
Qarın atmosferə təsiri
redaktəBu məqaləni vikiləşdirmək lazımdır. |
Qar, havanın soyuq olduğunu göstərir. Ancaq qar yağdığı üçün hava soyuq olmur, əksinə qar soyuğu azaldır. Bunu belə izah etmək olar: Bir qram maddənin əriməsi üçün lazım olan istiyə o maddənin "ərimə istiliyi" deyilir. Buz, su halına gələnə kimi qram başına 80 kalori isti qəbul edir. Bu, buzun ərimə istiliyidir. Su buz halına gəlmək üçün ərimə istiliyini verir və hər bir qram suyun donub qar kristalı halına gəlməsi əsnasında atmosferə 80 kalori verilir. Bu hesaba görə, 10 ton qarla atmosferə verilən istilik, 100 kilo yaxşı növ mədən kömürünün yanması ilə verdiyi istiliyə bərabərdir. Bunun hesablaması sadədir: 10 ton = 10.000.000 qram. Bu qədər suyun qar halına çevrilərkən atmosferə verdiyi istilik = 10.000.000 x 80 kalori = 800.000.000 kalori. Bir qram yaxşı növ mədən kömürünün yanması ilə verdiyi istiliyin 8.000 kalori olduğu nəzərə alınarsa, on ton suyun qar halına gələrkən verdiyi istilik, 800.000.000 / 8.000 = 100.000 qram = 100 kiloqram yaxşı növ mədən kömürünün verdiyi istiliyə bərabər olur.
Atmosferdəki suyun qar halına gələrkən verdiyi bu istilik, təxminən 750 kq yaxşı növ kömürün yanması ilə verdiyi istilik qədərdir. Bitki, heyvan və insanlar, qarın digər faydaları ilə birlikdə artıq dərəcədə soyuğun meydana gətirəcəyi müxtəlif zərərlərdən də qorunmaqdadır. Baharda, qarların əriyərkən atmosferdən aldığı qram başına 80 kalori istilik ilə atmosferdəki istilik azaldılır, beləliklə də yeni cücərən bitkilərin istidən zərərə uğramasının qarşısı alınır. Qar yağmasının bəzi hikmətləri də bu ola bilər: Qarların əriməsi nəticəsində meydana gələn sular, torpağa qarışıb yeraltına keçir, beləliklə torpaq ola biləcək sel və erroziyanın təsirindən mühafizə olunur. Bundan başqa havadakı toz və zəhərli hissəciklər, qarla yerə endirilərək hava təmizlənir.
Yağan qar həm atmosferə istilik verir, həm də (özü də soyuq olmasına baxmayaraq) yeri bir yorğan kimi örtərək bəzi bitki və heyvanların artıq dərəcədə soyuqdan tələf olmasının qarşısını almaqda vacib rol oynayır.
Qar dənələri gözəl və maraqlıdır. Onlar 95% havadan ibarətdir, onlarda bərk buz olduqca azdır və ona görə də onlar bir o qədər yüngül və yumşaqdır. Qar dənələri yağış damcılarına nəzərən daha ləng düşür, onların sürəti sadəcə tısbağa sürətidir – saatda bir kilometrdən az. Adi qar dənəsinin ölçüsü böyük deyil, yarım santimetrə qədərdir. Qar dənəcikləri nə qədər böyük olursa, o, yerə bir o qədər ləng düşür və qar yağması bir o qədər fantastik görünür. Meteoroqların qeydə aldıqları ən iri qar dənələrinin ölçüsü boşqab ölçüsündə olub və onların diametri 30 sm-dən çox olub. Ehtimal ki, bu, heyranedici görüntü olub. Qar dənələrinin eyniliyi məsələsinə qayıdaq. Yüz il öncə hesab edilirdi ki, eyni qar dənələri olmur. Həvəskarlar onların müxtəlif formalarına baxıblar, şəklini çəkiblər, öyrəniblər və əmin olublar ki, hər bir qar kristalı unikaldır. XX əsrin sonunda fikir dəyişdi; alimlər laboratoriya şəraitində eyni qar dənələrini ala bildilər. Əgər bu laboratoriyada alınırsa, deməli təbiətdə də mümkündür. Çox faktorların təsir etdiyi buz kristalları iki dəfə mütləq eyni formada əmələ gəlməsi ehtimalı çox azdır, amma o, mövcuddur,
amma lap yaxın vaxtlarda bu nəzəriyyə inkar olunub. Əgər qar dənələri xarici görünüşcə eyni olsalar da onlar müxtəlif daxili kristallik struktura malikdir. Deməli, hər halda eyni qar dənələri olmur. Hər halda, bu gün belə hesab olunur.[1]
Həmçinin bax
redaktəMənbə
redaktə- Сердцева Наталья Петровна. 99 секретов науки. Москва: Издательство "Э", 2017, 224 с.