[go: up one dir, main page]

Orkestr (yun. ορχήστρα) — müxtəlif alətlərdə çalan, musiqi əsərləri birgə ifa edən musiqiçilər kollektivi.[1]

Orkestr

Tarixçə

redaktə

Orkestrin tarixi Qədim Misirdən başlayır. Qədim Yunanıstanda teatr tamaşaları zamanı xorun səhnə qarşısında rəqs etdiyi yarımdairəvi yerə "orkestra" deyilirdi. Zaman keçdikcə söz mənasını dəyişmişdir. Qədim Romada senatorlar ya digər əyanlar üçün ayrılmış yerə də bu termin aid edilirdi. "Konsertdə, operada birgə çalan musiqiçilər kollektivi" anlamı ingilis dilində ilk dəfə 1720-ci ildə qeyd edilmişdir.[2]

1920-ci il iyul ayında N. Nərimanovun və Xalq Maarif Komissarı D. Bünyadzadənin imzası ilə çıxmış Azərbaycanda müstəqil simfonik orkestri yaranması haqda dekretdə göstərilirdi ki, yeni yaradılmış orkestrdə respublikanın aparıcı musiqiçiləri toplanır. Tez bir zamanda orkestr Qlinkanın, Çaykovskinin, Musorskinin, Rimski- Korsakovun, Motsartın, Bethovenin, Şubertin, Berliozun, Mendelsonun, Vaqnerin, Listin və başqa bəstəkarların əsərlərini yüksək səviyyədə, peşəkarlıqla ifa edirdi.[3]

Orkestrin növləri

redaktə
 
Simfonik orkestr

Tərkibinə daxil olan alətlər qrupuna, ifaçıların sayına görə fərqlənir:

  • Simfonik orkestr – bir neçə müxtəlif alətlər qrupundan – simli, nəfəsli, zərb alətləri ailəsindən təşkil olunmuş orkestr. Alətlərin bu cür birləşməsi Avropada XVIII əsrin ortalarında meydana gəlmişdir. Simfonik orkestrin tərkibinə simli alətlər qrupu, ağac nəfəsli və mis nəfəsli alətlər qrupu, zərb alətləri qrupu daxildir. Hal–hazırda tərkibindəki alətlərin müxtəlif növlərinə görə kiçik və böyük simfonik orkestrlər vardır. Həmçinin birər, ikiqat və üçqat tərkibli orkestrlər təşkil olunur.[4]
    • Kiçik simfonik orkestr – simfonik orkestrin yığcam tərkibi, XVIII əsrdə geniş tətbiq olunurdu. Buraya ağac nəfəsli alətlərin hər növündən iki sayda daxil edilirdi, o cümlədən, simli kvintet daxil idi.[5]
    • Cüt (qoşa) tərkib zamanı hər bir alətdən iki ədəd daxil edilir (2 fleyta, 2 qoboy, 2 klarnet, 2 faqot və s. bu kimi) [6].
    • Üçər tərkib zamanı orkestrin adi tərkibi üç dəfə genişləndirilir: hər nəfəsli alətin həcminə və səslənməsinə görə fərqlənən üç növündən istifadə olunur: məsələn, üç fleyta (o cümlədən, fleyta-pikkolo); üç klarnet (o cümlədən, bas-klarnet) və s.[7]
  • kamera orkestri
  • simli orkestr
  • nəfəs alətləri orkestri
  • estrada orkestri
  • Caz orkestri (jazz-band) - orkestrin xüsusi növü. Birinci dünya müharibəsinin (1914-1919) əvvəllərində Amerikada yaranmış və tezliklə Qərbi Avropada yayılmışdır. Adı ilk ansamblın təşkilatçısı və rəhbəri Cazbo Brounun adından götürülmüşdür. Caz orkestr əsasən nəfəsli alətlərdən, o cümlədən, mis nəfəsli alətlərdən və saksofondan, zərb alətləri və royaldan ibarət olur. Bəzi halda solo skripka, akkordeon, gitara, banco və b. alətlər də bu orkestrə daxil edilir.[8]
  • hərbi orkestr
  • xalq çalğı alətləri orkestri.

Azərbaycanın peşəkar orkestrləri

redaktə

İstinadlar

redaktə
  1. "Muğam Ensiklopediyası - Orkestr". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-12.
  2. "Douglas Harper. Online Etymology Dictionary". 2017-10-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-12.
  3. "Nigar Əliyeva, Fərəh Əliyeva. Azərbaycanın baş orkestri. "Musiqi Dünyası" jurnalı". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-12.
  4. "Muğam Ensiklopediyası - Simfonik orkestr". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-12.
  5. "Əfrasiyab Bədəlbəylinin "İzahlı monoqrafik musiqi lüğəti" - Kiçik simfonik orkestr". 2021-02-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-12.
  6. "Əfrasiyab Bədəlbəylinin İzahlı monoqrafik musiqi lüğəti - Cüt (qoşa) tərkib". 2021-02-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-30.
  7. "Muğam Ensiklopediyası - Üçər tərkib". 2020-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-12.
  8. "Əfrasiyab Bədəlbəylinin "İzahlı monoqrafik musiqi lüğəti" - Caz orkestr, caz-band". 2021-02-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-12.

Ayrıca bax

redaktə