[go: up one dir, main page]

Monteneqro Futbol Assosiasiyası

Monteneqro Futbol Assosiasiyası (mont. Fudbalski savez Crne Gore) — Monteneqroda futbolun idarəedici orqanı. Mərkəzi ofisi Podqoritsa şəhərində yerləşir.

Monteneqro Futbol Assosiasiyası
UEFA
Yarannma tarixi 1931
FİFA üzvlüyü 2007
UEFA üzvlüyü 2007
Prezident Deyan Saviçeviç
Vebsayt http://fscg.me

Federasiyanın prezidenti tanınmış veteran futbolçu Deyan Saviçeviçdir.[1]

Monteneqro Futbol Assosiasiyası 8 mart 1931-ci ildə Yuqoslaviya Futbol Assosiasiyasının bölməsi olaraq Çetinjski fudbalski podsavez ("Çetinye Futbol Alt Assosiasiyası") adı altında təsis edilmişdir.

Monteneqro Futbol Assosiasiyası müxtəlif dövrlərdə Yuqoslaviya Futbol Assosiasiyasının, Yuqoslaviya Fedrativ Respublikasının Futbol Assosiasiyasının və Serbiya və Monteneqro Futbol Assosiasiyasının bir hissəsi olub. 28 iyun 2006-cı ildə Monteneqro həmin ayın əvvəlində müstəqil ölkə olduqdan sonra Assosiasiya müstəqil olur.

30 iyun 2006-cı ildə UEFA və FIFA-ya üzv olmaq üçün ərizə verdi. Assosiasiya 26 yanvar 2007-ci ildə UEFA-ya, 31 may 2007-ci ildə isə FİFA-ya üzv oldu.

Fəaliyyəti

redaktə

Monteneqro Futbol Assosiasiyası, futbol üzrə Monteneqronun Birinci, İkinci və Üçüncü Liqalarını təşkil edir, onların arasında 45 klub var.

Federasiya, həmçinin Monteneqro Qadınlar Liqası, kişilər və qadınlar arasında Monteneqro Kuboku, eləcə də Monteneqro milli futbol komandası və 21 yaşadək futbolçulardan ibarət Monteneqro milli komandasını təşkil edir.

Federasiya hər il Monteneqronun ən yaxşı futbolçusuna İlin Futbolçusu adını verir.

İstinadlar

redaktə