[go: up one dir, main page]

Deyan Saviçeviç

Deyan Saviçeviç (15 sentyabr 1966, Podqoritsa) — Yuqoslaviyalı keçmiş futbolçu. Əsasən Hücumameyilli yarımüdafiəçi və vinger kimi çıxış edib.

Deyan Saviçeviç
Дејан Савићевић
Ümumi məlumatlar
Doğum tarixi (58 yaş)
Doğum yeri
Vətəndaşlığı
Boyu 1.80
Çəkisi 68 kq
Mövqeyi Hücumameyilli yarımüdafiəçi/ vinger
Vəzifəsi Monteneqro Monteneqro Futbol Federasiyasının prezidenti
Karyerası
Gənclik karyerası
1981—83 Yuqoslaviya OFK Titoqrad
1983—84 Yuqoslaviya Buduçnost Titoqrad
Klub karyerası[* 1]
1983—88 Yuqoslaviya Buduçnost Titoqrad 130 (36)
1988—92 Yuqoslaviya Srvena Zvezda 72 (23)
1992—98 İtaliya Milan 52 (1)
1999 Yuqoslaviya Srvena Zvezda 3 (0)
1999—01 Avstriya Rapid 44 (18)
1983—2001 Cəmi 346(135)
Milli yığma[* 2]
1986—1999 YuqoslaviyaSerbiya və Monteneqro 56 (19)

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hal hazırda Monteneqro Futbol Federasiyasının prezdientidir.[1]

Sviçeviç 1990-cı illərdə dünyanın ən yaxşı oyunçularından biri hesab olunurdu və bütün zamanların ən böyük Monteneqro və Yuqoslaviya futbolçularından biri kimi qəbul edilir.[2] "Milan" klubunda oynadığı müddətdə İtaliya idman mətbuatı ona Il Genio (Dahi) ləqəbi vermişdi.

Karyerası

redaktə

Titoqrad dəmir yolu nəqliyyatı dövlət şirkətinin işçisi atası Vladimir Saviçeviç və eyni şirkətin inzibati işçisi olan anası Voyislava "Voyka" Dyuroviçin ailəsində anadan olub.[3]

Deyan 15 yaşında, doğma şəhərinin "OFK Titograd" klubuna qoşulur. O, kluba qoşulduğu zaman demək olar ki, peşəkar futbol standartlarına görə kifayət qədər gec hesab olunurdu. Ancaq onun, Balkan ölkələrində "mali fudbal" kimi tanınan futzalda oyun təcrübəsi var idi. Belə ki, yeniyetmə olan Saviçeviç, yaşadığı məhəllədəki yaşayış binalarının bütün blokunun adını daşıyan "Tehnohemija" adlı kişilərdən ibarət futzal komandasında oynayırdı. Bu onun yüksək texniki bacarıqlara və dözumlu olmasına səbəb olmuşdu. O, "OFK Tigorod" klubuna qoşulduqdan sonraa bir müddət futzal oynamağa davam edir.

Saviçeviç 1983-ciu ildə Titoqradın "Buduçnost" klubuna qoşulur. 1984-cü ildə "Buduçnost"un əsas komandasında debüt edir. 1988-ci ildə Saviçeviç Yuqoslaviya Birinci Liqasının daha köklü klubu "Srvena Zvezda" klubuna keçir[4] və "Srvena Zvezda" klubuyla 1990–91 Avropa Kubokunu qazanır. 1991-ci ildə, hər il Avropada çıxış edən ən yaxşı futbolçuya verilən "Qızıl Top" mükafatı üçun səsvermədə ikinci yeri tutur.

1992-ci ildə İtaliya çempionu "Milan" klubuna keçir.[5] "Milan"ın heyətində birinci mövsümdə, Saviçeviç 10 oyunda meydana çıxır və 4 qol vurur. Növbəti mövsum o, “Milan"ın əsas heyət oyunçusuna çevrilir və "Milan" ilə İtaliya A Seriyası çempionluğunu, UEFA Çempionlar Liqasını qazanır. Saviçeviçin Çempionlar Liqasının finalında "Barselona" klubunun qapısına 30 metrlik məsafədən vurduğu qoldan sonra, "Milan"ın prezidenti Berluskoni onu dahi adlandırır. Növbəti il “Milan” yenidən Çempionlar Liqasının finalına çıxır, lakin Saviçeviç, zədə səbəbindən meydana buraxılmır və “Milan” “Ayaks” klubuna 0:1 hesabı ilə məğlub olur. Deyan top komandalarla oyunda əla oyun göstərsə də, autsayder komandalara qarşı matçlarda adi yüksək səviyyəsindən nəzərəçarpacaq dərəcədə aşağı oynadığı üçün İtaliya mediası tərəfindən tez-tez tənqid olunur. Ümumilikdə, Saviçeviç "Milan" ilə 7 kubok, o cümlədən 3 Skudetto, 1 Çempionlar Liqası və 1 Avropa Super Kuboku qazanır.

1999-cu ildə yarım mövsümluk "Srvena Zvezda" klubuna qayıdır.

Daha sonra "Rapid" klubuna keçir və 2001-ci ildə burada karyerasını bitirir.

Milli komanda səviyyəsində o, 1990 və 1998 FIFA Dünya Kuboklarında Yuqoslaviya millisinin heyətində çıxış edib. 2001-ci ildən 2003-cü ilə qədər Serbiya və Monteneqro milli komandasının məşqçisi olub.

18 mövsüm davam edən məşhur peşəkar futbolçu karyerasından, eləcə də 2000-ci illərin əvvəllərində qısa və uğursuz baş məşqçilik fəaliyyətindən sonra o, inzibati məsələlərə üz tutur. 2004-cü ilin yayında Monteneqro Futbol Federasiyasının prezidenti seçilir.

Karyera statistikası

redaktə

[6][7]

Klub Mövsüm Liqa Kubok Beynəlxalq Digər Toplam
Oyun Qol Oyun Qol Oyun Qol Oyun Qol Oyun Qol
Buduçnost Titoqrad 1982–83 2 0 2 0
1983–84 7 1 7 1
1984–85 29 6 29 6
1985–86 32 10 32 10
1986–87 31 9 31 9
1987–88 29 10 29 10
Toplam 130 36 130 36
Srena Zvezda 1988–89 0 0 0 0 3 1 3 1
1989–90 25 10 7 4 6 3 38 17
1990–91 25 8 7 3 7 3 39 14
1991–92 22 5 7 2 4 2 2 0 35 9
Toplam 72 23 21 9 20 9 2 0 115 41
Milan 1992–93 10 4 4 3 3 0 17 7
1993–94 20 0 3 1 7 3 2 0 32 4
1994–95 19 9 1 0 6 2 3 0 29 11
1995–96 23 6 3 2 3 1 29 9
1996–97 17 1 2 0 2 0 1 1 22 2
1997–98 8 0 7 1 0 0 15 1
Toplam 97 20 20 7 21 6 6 1 144 34
Srena Zvezda 1998–99 3 0 0 0 0 0 3 0
Rapid 1999–2000 22 11 0 0 4 1 26 12
2000–01 22 7 3 0 3 1 28 8
Toplam 44 18 3 0 7 2 54 20
Karyerasında Toplam 346 97 44 16 48 17 8 1 446 131

Uğurları

redaktə
  • Srvena Zvezda:
  • Yuqoslaviya Çempionu: 1989–90, 1990–91, 1991–92
  • Yuqoslaviya Kuboku: 1989–90
  • Avropa Çempionlar Kuboku: 1990–91
  • Qitələrarası Kubok: 1991
  • Serbiya və Monteneqro Kuboku: 1998–99

Milan

  • A Seriyası Çempionu: 1992–93, 1993–94, 1995–96
  • İtaliya Superkuboku: 1993, 1994
  • UEFA Çempionlar Liqası: 1993–94
  • Avropa Superkuboku: 1994

Milli Komanda

Yuqoslaviya

  • 1990 UEFA U-21 Futbol Çempionatı ikinci yer

Fərdi

  • Qızıl top 2-ci yer: 1991[8]
  • Milan Şöhrət Zalı
  • Yuqoslaviyanın ən yaxşı idmançısı üçün Qızıl Nişan: 1991
  • Crvena Zvezda Ən Yaxşı İdmançı: 1991
  • Yuqoslaviyada İlin Futbolçusu: 1995

İstinadlar

redaktə
  1. UEFA Magazine – Montenegro's new dawn Arxivləşdirilib 2006-11-28 at the Wayback Machine by Aleksandar Bošković
  2. "10 of the best playmakers of the 90s: Zizou, Laudrup, Baggio, Bergkamp..." Planet Football (ingilis). 15 snetyabr 2020. 2022-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 aprel 2023.
  3. "Dragi Dejo…". MozzartSport.com. 15 sentyabr 2016. 2023-04-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 aprel 2023.
  4. Bio sam drzak, ali nikad ohol Arxivləşdirilib 2016-03-03 at the Wayback Machine;Vreme, 8 noyabr 2012
  5. "Poslednji dribling genija i boga, Vreme, 1 iyun 2006". 2020-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-07.
  6. Deyan Saviçeviç at WorldFootball.net
  7. "Dejan Savicevic – Carriera – stagioni, presenze, goal" (italyan). tuttocalciatori.net. 2023-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 aprel 2023.
  8. Pierrend, José Luis. "European Footballer of the Year ("Ballon d'Or") 1991" (ingilis). Rec.Sport.Soccer Statistics Foundation. 18 dekabr 2008. 16 yanvar 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 aprel 2023.

Xarici keçidlər

redaktə