[go: up one dir, main page]

Hakim və ya Referi (ing. Referee sözündən) — futbolda oyun zamanı qaydalara riayət olunmasına nəzarət edən məsul şəxs. Hakim həm kişi, həm qadın ola bilər. O, oyunla bağlı bütün məsələlərdə son qərarverici orqandır, və meydanda yeganə şəxsdi ki, oyunu başlamaq, dəyandırmaq, bitirmək və oyun zamanı futbolçulara qarşı intizam tədbirləri tətbiq etmək səlahiyyətləri var. Hakimin əlavə 2 köməkçisi olur, onlar müəyyən vəziyyətlərdə (topun meydandan çıxdığı zaman, hakimin baş vermiş hadisədən uzaqda olanda və s.) hakimə məsləhət verə bilərlər, lakin köməkçi hakimlərin qərarları həlledici deyil, və əsas hakim köməkçilərinin məsləhətlərini dinləmiyib, öz bildiyi kimi qərar verə bilər. Həmçinin yüksək səviyyəli turnirlərdə hakimin 4 köməkçisi ola bilər, dördüncü hakim komandaların texniki sahələrinə nəzarət edir və inzibati vəzifələrdə əsas hakimə köməklik edir.

Qadın hakimlər briqadası (soldan sağaːYana Şauflova, Sara Gerett, Helen Konli)

Hakimlərin böyük əksəriyyəti həvəskarlardı, halbuki onlara adətən öz xidmətlərinə görə müəyyən pul miqdarı ödənilir. Lakin bəzi ölkələrdə məhdud sayda hakimlər, hansılar ki ölkəsinin ən yüksək liqalarında hakimlik edirlər, milli assosiasiyalara işləyirlər və üstəgəl hər mövsümün startında və oyununun toplanışından qonorar alırlar.

Hakimlər FİFA-nın üzvü olan eyni milli təşkilatlar tərəfindən lisenziya və təlim alırlar. Hər bir milli təşkilat "FİFA Beynəlxalq Dərəcəli Referi Siyahısına" daxil edilməsi üçün FİFA-ya ölkəsinin ən yaxşı hakimlərini tövsiyə edir. Milli komandalar arasında beynəlxalq oyunlarda FİFA dərəcəli hakimlər tələb olunur.

Səlahiyyətləri və vəzifələri

redaktə
 
Hakim sarı və qırmızı vərəqələrini oyunçulara müvafiq olaraq xəbərdarlıq etmək üçün və bir başa oyundan qovmaq üçün göstərir. Rəngli vərəqələri keçmiş FİFA hakimlər sədri Ken Aston daxil edib.

Hakimin səlahiyyətləri və vəzifələri 5-ci futbol qaydasına əsasən müəyyənləşdirilir.[1] Qəbildəndir:

Səlahiyyətləri

redaktə
  • oyunu istənilən qanun pozuntularına görə dayandıra və ya onu bitirə bilər;
  • oyuna hər hansı kənar müdaxilə edilərsə, oyunu dayandıra və ya onu bitirə bilər;
  • futbolçu ciddi zədə alsa, meydandan uzaqlaşdırılmasını təmin edilməsinə qədər oyunu dəyandıra bilər. Zədəli futbolçu yalnız oyun yenidən başlayandan sonra, meydana qayida bilər;
  • əgər oyunçu onun fikrincə yüngül zədə alıbsa, oyunu top çıxana qədər davam etdirə bilər;
  • əgər komandaya qarşı qayda pozuntusu edilibsə, amma əgər qayda pozuntusuna uğramış komanda bundan üstünlük alsa (məsələn, top onlarda qalsa), oyunu dəyandırmıya da bilər, laki əgər komanda bu üstünlüyü ala bilməsə, onda oyunu dəyandırmalıdır;
  • özünü apara bilməyən komanda rəsmilərini (baş məşqçini, ehtiyatda olan futbolçuları və s.) vərəqə ilə cəzalandıra, meydandan tribunaya göndərə və ya bir başa oyundan qova bilər.

Vəzifələri

redaktə
  • oyunun qanunlarına əməl edilməsinə nəzarət;
  • köməkçisi hakimlərlə və lazım gələrsə dördüncü hakim ilə birgə məsələhtləşərək oyunu idarə etmək;
  • topun 2-ci qaydanın tələblərinə cavab verməsi üçün nəzarət etməlidir;
  • oyunçuların geyimlərinin 3-cü qaydanın tələblərinə cavab verməsi üçün nəzrət etməlidir;
  • oyunun xronometrajına nəzarət etmək və matçın hadisələrı haqqında yazı aparmaq;
  • oyunçunun qanaxması halda onu meydanı tərk etməsini təmin etmək. Oyunçu yalnız hakimin icazəsi ilə meydana qayıda bilər. Hakim əmin olmalıdır ki, qanaxma dəyanıb;
  • oyunçu eyni zamanda birdən çox qayda pozuntusu edərsə, onu daha sərt cəzalandırmaq;
  • görə bilmədiyi məqamlarla bağlı köməkçi hakimlərlə məsləhətləşmək;
  • meydana kənar şəxslərin olmamasını təmin etmək;
  • oyun dəyandıqdan sonra, onu yenidən başlatmaq;
  • oyun zamanı qəbul edilmiş qərarları və oyun zamanı/sonrası baş vermiş insidentlərlə bağlı müvafiq orqanlarına rapot vermək.

9-cu futbol qaydasına görə əgər top hakimə dəydisə, oyun dayanmır.[2]

Geyim və təchizatlar

redaktə
 
Almaniyalı hakim Marsel Unqer, 2013-cü il

Müasir günümüzdə hakimin və onun köməkçilərin geyimi köynəkdən, döş nişanından, şortdan və getrdən (corab) ibarətdir. Əvvəl adətən hakimlər qara geyimdə meydana çıxırdılar, amma komandaların birində hakimlə rəng eyniliyi olurdusa, onda onlardan fərqlənmək üçün hakim başqa rəngdə (çox vaxt qırmız) geyinirdi. 1994 ilin dünya çempionatında hakimlərə qırmızı, sarı və ağ rəngdə yeni köynəklər təqdim olunmuşdur, və eyni zamanda İngiltərə Premyer Liqasının hakimləri artıq yaşıl rəngdə geyinməyə başlamışdılar: hər iki dəyişiklik televiziya mülahizələri ilə izah edilirdi. O vaxtdan bəri hakimlər ya sarı, ya da qara rəngə üstünlüy verməyə başlamışdılar, amma ayrı-ayrı birliklər tərəfindən qəbul olunmuş rənglər və tərzlər bir birindən fərqlənir. FİFA-nın keçirtdiyi beynəlxalq yarışlarda hakimləri geyimlərlə Adidas təmin edir, çünki hazırkı sponsor bu şirkətdi. FİFA hakimlərə beş rəngdə geyinməyə icazə verirː qara, qırmızı, sarı, yaşıl, göy. Köynək ilə yanaşı, hakimlərdən qara şort, qara corab (bəzi hallarda ağ zolaqlı olan) və qara ayaqqabı geymək tələb olunur. Hakimin lisenziya səviyyəsini və fəaliyyət tarixini göstərən nişan sinə nahiyyəsində olan sol cibin üstünə vurulur.

Hər hakimdə fit, saat, cərimə vərəqələri, qələm, bloknot və püşkatma üçün qəpik olmalıdır. Tövsiyə olunur ki, hər bir ləvazimatdan bir neçə olsun. Tez-tez hakimlər iki saat istifadə edir ki, biri vaxta nəzarət etmək üçün, ikincisi isə itirilmiş vaxtı hesablamağa ki, oyuna əlavə dəqiqələr artıra bilsin. Yüsək səviyyəli turnirlərdə hakimlər öz aralarında ünsiyyət qurmaq üçün özləri ilə xüsusi qulağcıqlar daşıyırlar, və hakimin köməkçiləri düymə vasitəsi ilə əsas hakimə siqnal verən elektron bayraqlar istifadə edirlər.[3] Qol xətti texnologiyası istifadə edilən oyunlarda, hakimdə sistemin siqnallarını almaq üçün qurğu olur.[4]

 
Alan Uiley Mançester Yunaytedli Nemanya Vidiçə qırmızı kart göstərərkən

Hakim fiti oyunu kontrol eləmək üçün istifadə edir. Fit oyunu başlamaq, dayandırmaq və bitirmək üçün çalına bilər, amma hər dayanma üçün tətbiq edilməməlidir. FİFA-nın futbol qaydaları sənədində fitin nə vaxt işlədilib-işlədilmədiyi göstərilib.[5] Fitin tez-tez istifadəsə məsləhətli deyil, çünki qaydalarda yazılıbː "Sıx-sıx işlənən fit daha az təsir göstərər".[5] Şifahi və göz ünsiyyəti kimi fit də vacibdi.

Fitin tətbiqindən əvvəl hakimlər ağ dəsmal yelləyərək oyunu idarə edirdilər. Hakimlər tərəfindən qəbul edilmiş ilk fiti Birminhemdə yaşamış Josef Hadson düzəltmişdir. İddia olunur ki, fitin tətbiq edildiyi ilk oyun 1878-ci ildə Nottingem Forest-Sheffield Norfolk oyunu olub.

Fit futbol qaydalarına 1936-cı ildə əlavə olunmuşdur. Qaydaya görəː "Hakimin oyunçular üzərində nəzarəti oyuna daxil olan kimi başlanır, amma qanunlarla bağlı yurisdiksiyası start fiti çalındıqdan sonra qüvvəyə minir"

2007-ci ildə Beynəxalq Futbol Assosiyasiyaların Birliyi oyunun qanunlarını xeyli genişləndirdi: fiti rabitə kimi necə və nə vaxt istifadə olunmalıdır haqda məsləhətlərinin tam səhifəsini yaratdı, bununla da idarəetmə mexanizmi hakimlərə daha aydın və əlçatan oldu.

Futbol hakimlərini ilk dəfə 1581-ci ildə Riçard Mulkaster təsvir edib.[6] Hakimlər müasir futbolda öyrəşdiyimiz kimi ilk dəfə ingilis orta məktəblərində oynanılan futbol oyununlarında hakimlik etmişdilər, xüsusən də 1845-ci ildə İton kollecində.[7]

İlk illərdə güman edilirdi ki, hər hansı mübahisəni müzakirələr yolu ilə həll etmək olar, çünki centlmen oyunçular heç vaxt qəsdən qaydanı pozmaq istəməzlər, amma futbolda rəqabət artdıqca hakimlərə tələbat artdı. Əvvəlcə hər komandanın 1 hakimi olurdu, və əgər onların qərarları bir birənə uyğun gəlməzdisə və ya oyunçular qərar ilə narazı olurdularsa, onda üçüncü hakimə (bu hakim əsasən oyunun vaxtına nəzarət edirdi) şikayət verilə bilərdi.[8]

Hakimlər bugünkü dominant mövqeyilərini 1891-ci ildə qaydalarda böyük dəyişikliklərdən sonra aldılar.[8]

Mövqeyi və öhdəliklər

redaktə

Diaqonal nəzarət sistemi bütün dünyada futbol matçlarnda hakimlər tərəfindən istifadə olunan mövqeyi seçimin və məsuliyyət bölgüsünün əsas sistemidir. Bu Futbol Qanunlarının tərəfindən qəbul edilmiş yeganə belə sistemdir.

Diaqonal nəzarət sistemi

redaktə
 
Diaqonal nəzarət sistemində baş hakimin (R) və köməkçisi hakimlərin (AR) mövqeyilərini göstərən sxem

Diaqonal nəzarət sistemində hakimin bütün məsələlərdə yekun qərarları qəbul etmək səlahiyyəti var. Baş hakimə tövsiyə verən iki köməkçi hakimlər yardım edirlər. Baş hakim köməkçi hakimlərin qərarlarını rədd etmək hüququna malikdir. Hakim oyunu başlamaq, dayandırmaq və bitirmək kimi səlahiyyətləri var, həmçinin oyunçulara xəbərdarlıq etmək və onları meydandan qovmaq kimi intizam tədbirlərini keçirdə bilər. Üç hakim arasında olan məsuliyyət bölgüsünü təsvir etməyin ən yaxşı yolu – onların əsas vəzifələrini müəyyən etməkdir.

Futbol stadionun mərkəzi xətti onu iki hissəyə bölür, və beləliklə bir bir ilə üzbəüz olan yann xətlər yaranır. Bu yann xətlər köməkçi hakimlərin mövqeyiləri sayılırlar. Məsələn, şimal-cənub istiqamətdə köməkçi hakimlərin biri (sağ tərəfdə ki şəkildə AR işarələnib) meydanın şərq cinahında durur və qapı xəttinin şimalından orta xəttə qədər fəaliyyət göstərir, eyni zamanda o biri köməkçi hakim meydançanın qərb cınahında dəyanır və qapı xəttinin cənubundan orta xəttə qədər öz işini görür. Hakim köməkçilərinin künc, penalti zərbələrinə və aut atışlarına görə konkret mövqeyiləri var. Köməkçi hakimlər əsas vəzifələrini bayraqlarını istifadə edərək yerinə yetirilər, vəziflər bunlardan ibarətdir:

  • oyunçular oyundan kənar vəziyyətə düşərsə, baş hakimə bildirmək (bayrağları istifadə edərək);
  • top meydançanı tərk edərsə, onu kimdən çıxdığını göstərmək;
  • əgər qayda pozuntusu hakimin görə bilmədiyi zonada yerinə yetirilibsə, bunu referiyə işarə etmək

Baş hakim köməkçilərinin görə bilməyəcəyi ərazilərə nəzarət edir, və əsasən meydanda cənub-şərq sektorundan şimal-qərb sektoruna hərəkət edir, buna görə də bu sistem "Diaqonal nəzarət" adlanır. Bəzi hallarda hakim daha düzgün qərar vermək üçün hətta meydandan çıxa bilər. Əsas ideya ondan ibarətdir ki, DNS istifadə edən hakimlər daha tez zamanda düzgün mövqeyi seçə bilsinlər və oyunun mühüm aspektlərinə (ofsayd, topun meydandan çıxıb çıxmaması, qol vurmaq imkanları, top uğrunda mübarizə) riayət etsinlər.

Diqqət yetirin ki, yuxarıda sadalanan təsvirlər "sola qaçışı" yada "standart diaqonalı" kimi tanınan sol diaqonal idarəçilik sisteminə aiddi. Əgər oyundan əvvəl mərkəzi hakim cənub-qərbdən şimal-şərqə hərəkət etmək qərarına gələrsə, onda köməkçilər müvafiq şəkildə öz mövqeyilərini dəyişməlidilər, bunun nəticəsində "sağ qaçışı" və ya "əks diaqonalı" kimi tanınan sağ diaqonal idarəçilik sistemi yaranır.

Beynəlxalq oyunlarda sol diaqonal idarəçilik sistemi 1960-cı ildən universal sayılırdı. İndi ki zamanda o, bütün dünyada üstünlük təşkil edir. İngiltərə isə 2007-08 mövsümünə başlayaraq diaqonal sistem daimi işlənir və mühüm sayılır, lakin bəzi ingilis aşağı liqalarında hakimlər hələ də sağ idarəçilik sistemini istifadə edirlər.

Bu idarəçilik sistemlərinin banisi keçmiş hakim və FİFA prezidenti Stenli Rouzdu.[9]

İki hakim

redaktə

Belə sistemdə oyunu iki hakim idarə edir və onların köməkçiləri olmur.[10] Sistem ABŞ-də Milli Dövlət Orta Məktəb Federasiyaları Assosiasiyasının qaydalarına uyğun olaraq tətbiq olunur, və daha çox gənclər və həvəskarlar oyunlarda istifadə olunur. Həк iki hakim eyni və bərabər nüfuza malikdir, və istənilən hakimin qərarı həlledicidi. Hər hakim ilk növbədə meydanın müəyyən sahəsinə görə cavab verir, lakin oyun qapı xəttinə doğru yaxınlaşarsa, hakim oyuna daha diqqətlə nəzarət etmək üçün, yan xəttdən çəkilə bilər. Diaqonal sistemdə köməkçi hakimlər kimi hər bir hakim bir yann xəttinə və bir qapı xəttinə görə məsuliyyət daşıyır, və onlar topun meydandan çıxb çıxmamasını müəyyən edirlər.[11]

İkili sistemində hakimlərin mövqeyi seçimi baksetboldakı olana bənzəyir. Hücum istiqamətindən asılı olaraq hər 2 hakimə ya "lider", ya da "iz" deyirlər.

İki hakim sisteminin tətbiqi əsasən həvəskar futbolda olmasına baxmayaraq, FİFA onunla təcrübə aparıb, və UEFA yüksək dərəcəli turnirlərdə onun tətbiq edilməsi üçün FİFA-ya təkliflər vermişdir.[12]

İstinadlar

redaktə
  1. Laws of the Game 2009/2010 (PDF). FIFA. səh. 21. 2014-07-09 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2010-01-29.
  2. "Law 9 The Ball In and Out Play" (PDF). FIFA. 9 July 2014 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 5 September 2013.
  3. "Electronic Flags" (PDF). United States Soccer Federation. 3 March 2016 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 13 May 2014.
  4. Whitwell, Laurie. "Seven cameras watch like a hawk and a watch vibrates: goal-line technology is unveiled... and it's even made Arsene happy!". Daily Mail. 8 August 2013. 6 April 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 May 2014.
  5. 1 2 Laws of the Game 2012/2013 (PDF). FIFA. səh. 80. 2013-06-25 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2013-05-20.
  6. "Arxivlənmiş surət". 2006-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-13.
  7. 105-ci səhfədə Arxivləşdirilib 2022-09-02 at the Wayback Machine
  8. 1 2 "Arxivlənmiş surət". 2014-01-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-06-13.
  9. "Rewriting the Laws of the Game". 2015-06-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-06-18.
  10. "Vogt, Randy (24 Avqust 2012). "The Two-Ref System: Its Flaws and How to Cope".Soccer America". 2017-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-18.
  11. Yannie, Noah. "Soccer Officiating Dual System of Control Arxivləşdirilib 2022-08-10 at the Wayback Machine" (PDF). NISOA. Retrieved 6 March 2014
  12. "Football: The age of two referees for each match takes a step closer | Mail Online Arxivləşdirilib 2017-04-28 at the Wayback Machine". Dailymail.co.uk. 2013-09-17. Retrieved 2014-03-07. (ing)