[go: up one dir, main page]

Futbol topufutbol oynamaq üçün top. Onun parametləri futbol qaydalarının ikinci qaydasına görə müəyyən olunur. Futbol topunun çevrəsi 68 ilə 70 santimetr, çəkisi 410 ilə 450 qram arasında olmalıdır.

1984 Yay Olimpiya Oyunlarında istifadə olunan "Adiddas Tanqo" adlı top
 
Fussball 1936

Futbolun inkişafının ilkin mərhələsində topu heyvanların sidik kisələrindən düzəldilirdi; amma belə toplar, güclü zərbə vuranda, tez sıradan çıxırdı. Topun istehsalı, 1838-ci ildə Çarlz Qudier tərəfindən vulkanizasiya edilmiş kauçuk kəşf edəndən sonra, daha keyfiyyətli oldu. 1885-ci ildə Qudier rezindən hazırlanmış topu təqdim edir. Topun rezindən hazırlanması onun sıçrayış keyfiyyətini və möhkəmliyini artırdı.

7 ildən sonra Riçard Lindon ilk hava ilə doldurulan top üçün rezin kamera hazırlamışdı. Sonra o kamera üçün nasos hazırladı və Londondakı sərgidə medal qazandı. Kauçuk və hava ilə doldurulan kameralar saəsində futbol topunun sənayə istehsalı üçün lazımi texniki şərait yaranıb.

1863-ci ildə, futbol qaydallarını bəlli edən, İngiltərə Futbol Assosiasiyası yarandı, amma həmin vaxt futbol topu haqqında heçnə yox idi. 1872-ci ildə topun rəsmi standart ölçüsü və kütləsi elan olundu. O vaxta qədər topun ölçüsünü və kütləsini iki komanda arasında qarşılıqlı razılaşmasıyla müəyyənləşdirilirdi. Yeni qaydalara əsasən, sferik formasında olmalı və həcmi 68,6-71,7 sm olmalıdı.Kütləsi isə 368-dən 425 qrama qədər dəyişə bilərdi 1937-ci ildə topun kütləsi 410-450 qrama qədər artırıldı və bu qayda indiyədək tətbiq olunur. 1888-ci ildə İngiltərə futbol liqası yaranır və məhz bu liqanın sifarişləri sayəsində topun istehsalı artdı. Bu topları “Mitre” və “Thomlinson” kompaniyası hazırlıyırdı. XX əsrin əvvəllərində topun keyfiyyəti yaxşılaşdı. Bu yeni və daha möhkəm kauçuk sayəsində baş verdi. Top daxili kameradan və cilddən ibarət idi. Cild təbii dəridən və bir birinə tikilmiş 18 paneldən hazırlanırdı. Nippel (topu dolmaya kömək edən və boşalmağa imkan vermiyən topun içində olan qurğu) kəndirlərin altında yerləşirdi. 1960-cı ildə ilk sintetik top hazırlanmışdı. Təbii dəri yenədə istifadə olunsada 1980-ci ildə sintetik materiallar onu tam əvəzlədi.

Təchizatçılar

redaktə

Bütün dünyada bir çox şirkətlər toplar istehsal edir. . Hesablamalara görə, bütün futbol topların 40% Sialkot şəhərində (Pakistanda) olmaqla, qalanı Çində, Hindistanda və digər iri istehsalçılar hazırayır[1]. 1962 FİFA Dünya Kubokunda top problemini həlli kimi Adidas "Adidas Santyaqo" topunu təqdim etmişdi, bununlada o, FİFAUEFA-nın keçirdiyi oyunlarda top tədarükünə dair müqavilə imzalamışdı (müqavilə 1970-ci ildən qüvədədi)[2][3]. Həmçinin Adidas 2008 Yay Olimpiya Oyunlarını toplarla təmin etmişdi.

Aşağıdakı toplar FİFA Dünya Çempionatlarının final mərhələsində istifadə olunub:

Dünya Çempionatı Top Görüntüsü İstehsalçı Əlavə məlumat İstinadlar
1930 Tiento (birinci hissədə), T-model (ikinci hissədə)     Final mərhələdə iki müxtəlif top istifadə olundu [2][4]
1934 Federale 102   ECAS (Ente Centrale Approvvigionamento Sportivi), Roma [5]
1938 Allen   Allen, Paris [6]
1950 Duplo T   Superball [7]
1954 Swiss World Champion   Kost Sport, Basel İlk 18 panelli top [4][8]
1958 Top Star   Sydsvenska Läder och Remfabriken, Ängelholm Dörd FİFA rəsmiləri tərəfindən kor yoxlamasından sonra 102 namizəddən seçilib [9][10]
1962 Crack
Top Star
  Çilidən olan senyor Custodio Zamora H. “The Crack” rəsmi topu idi. Referi Ken Aston açılış oyun üçün nəzərdə tutulmuş Çili istehsalı olan topu bəyənmiyib, ikinci hissədə Avropadan gətirilən topla oyuna davam etməyə icazə verimişdi. Müxtəlif oyunlarda müxtəlif toplar istifadə olunmuşdu, şaə əsasən avropa milliləri yerli istehsal olan toplara etibar eləmirdi. [2][4][9][11]
1966 Challenge 4-star   Slazenger 18-panelli narıncı və ya sarı top Soho Square qərargahda kor yoxlama vasitəsi ilə İngiltərə Futbol Assosiasiyası seçmişdi. [4][12]
1970 Telstar   Adidas Telstar FİFA Dünya Kubokunun finalında istifadə olunan ilk 32-panelli ağ-qara topu idi [4][13]
1974 Adidas Telstar   Adidas [4]
1978 Adidas Tango   Adidas [4]
1982 Adidas Tango España   Adidas [4]
1986 Adidas Azteca   Adidas İlk Dünya Çempionatlarında istifadə olubnmuş tam sintetik top və ilk əldə tikilən top [4]
Futbol üzrə dünya çempionatı 1990 Etrusco Unico Adidas [4]
1994 Questra[14]   Adidas [4]
1998 Adidas Tricolore Adidas DÇ-da istifadə edilmiş İlk rəngbərəng top[4] [4]
2002 Adidas Fevernova Adidas DÇ-da istifadə edilmiş ilk üçbucaq dizaynlı top [4]
2006 Adidas Teamgeist   Adidas “The Teamgeist” 14 panelli topdu. Dünya Çempionatının final mərhələsində keçirilən hər oyunda oyunun, stadionun və komandanın adlarının çap olunduğu fərdi toplar istifadə olunurdu .[3] Final oynunda isə qızıl rəngli topla oynanılmışdı. [4]
Teamgeist Berlin  
2010 Adidas Jabulani Adidas 8 panelli top. Final oyun üçün Jo'bulani (soldaki şəkildə) adlı qızıl rəngli topla oynanıldı,sonra isə topu "Jo'burg" adlandırdılar (Yoxanesburq şəhərinin qısaldılmış adı) [4][15]
Jo'bulani
2014 Adidas Brazuca Adidas Bu ilk top idi ki, onun adını azərkeşlər qoydular. Top altı poliuretan panellərlə tikildi. [16]
Brazuca Final Rio

Konstruksiya

redaktə

Futbol topunun 3 əsas komponentləri var:cild,altlıq və kamera

 
Kəsilmiş ikosaedr

Əvvəl cild təbii dəridən hazırlanırdı,indi isə sintetikaya üstünlük verilir,ona görəki dəri suyu özünə çəkir və top buna görə ağırlaşır.Əsasən top hazırlayanda PVC (viniplast) və PU (poliüretan) materiallarından istifadə olunur.Müasir topların çoxusu 32 su keçirməz panellərdən ibarətdir,onlardan 12 beşbucağ formasında,20 isə altıbucağ formasındadı.Panelləri əl və maşın üsulla tikirlər yada yapışqanan bir birinə yapışdırılar.

Topa sferik forması içəri vurulan havanın təzyiqi nəticəsindədi.İlk dəfə belə top 1950-ci ildə Danimarkada Select firması hazırkamışdı,sonra isə Avropada geniş yayıldı.Dünyada isə 1970 ilin dünya çempionatından sonra daha çox istifadə olunmağa başlandı və Adidas firması tərəfində belə toplar istehsal olunmağa başlandı.Əvvəl toplar 18 uzunsov hissələrdən və iplənmədən ibarət idi və daha çox voleybol topuna bənziyirdi.Belə konstruksiyalı toplar indidə kifayət qədər yayılıb.

2004- il avropa çempionatında Adidas top hazırlamada yenilik elədi və Roteiro adlı topu təqdim elədi.Panellər bu topda yeni metodla bitişdirilmışdı.2006-ci ilin futbol üzrə dünya çempionatının finalında Teamgeist topu isitfadə olundu və 1970-ci ildən bəri Adidas 32 panelli topdan imtina edib, 14 panelli topu təqdim elədi.Topun panelləri termal birləşmə metodu ilə bir birinə bağlanıldı.2010-сu ilin futbol üzrə dünya çempionatının finalı isə 8 panelli cabulani topuyla oynalınmışdı və bu dəfədə termal birləşmə metodu istidadə olunmuşdu.

Altılıq

redaktə

Maddə və kamera arasında olan daxili qatda altılıq yerləşir. Topun keyfiyyəti bir başa altılıqdan aslıdı. . O, topun sıçrayış keyfiyyətinə təsir göstərir və onun formasını saxlamağa kömək edir. O, pambıq kiplərindən və poliesterdən hazırlanır. Müasir peşəkar futbol topu dörd və daha çox altılıq qatından ibarətdir.

Sintetik butildən və ya təbii lateksdən hazırlanır, bəzi hallarda poliuretandan. Butildən olan kamera havanı lateksdən olandan daha çox saxlayır. Amma lateksdən olan kameranın üstünlükləri yumuşqalığında,elastikliyində və sıçrayışındadı.

Keyfiyyət və parametrləri

redaktə
  • Sferik formaya malikdir;
  • Dəridən hazırlanır, hazırda yalnız sintetik və ya bu istifadə üçün uyğun gələb başqa materiallardan istifadə olunur;
  • Çevrənin uzunluğu ən çoxu 70 sm, ən azı 68 sm. Topun standart ölçüsü 5-di (ing. Size 5);
  • Matçın başlama anında çəkisi 450 qramdan artıq olmamalıdır və 410 qramdan az olmamalıdır. Çəki quru topun göstəricisidi;

Ölçülər

redaktə
  • 1 nömrəli ölçü

Bu ölçüdə toplar əsasən reklam məqsədilə istifadə olunur və reklam xarakterli yazılarla və ya loqolar ilə istehsal olunur. Onlar adətən sintetik materiallardan hazırlanır, , 32 paneldən (12 beşbucaqlılardan və 20 altıbucaqlılardan) ibarətdir və çevrəsi 43 sm artıq olmur. Öz strukturu üzrə 1 nömrəli ölçüsünə sahib olan top standart toplardan heç nə ilə fərqlənmir, yalnız ölçüsü o birlərinə nisbətən daha kiçikdi.

  • 2 nömrəli ölçü

Bu ölçüdə top əsasən dörd il yaşadək uşaqların təhsili üçün və reklam məqsədilə istifadə olunur. Belə toplar sintetik materiallardan və plastikdən hazırlanır. Çevrəsinin maksimal uzunluğu 56 sm, kütləsi isə 283,5 q keçmir. Bu toplar məşq üçün və texnikanı artırmağ üçün əla vasitədir. Top 32 və ya 26 paneldən ibarət ola bilər. Bəzən üstündə loqotiplər və müxtəlif reklam xarakterli yazılar, işarələr təsvir olunur.

  • 3 nömrəli ölçü

Bu ölçüdə top 8 yaşadək uşaqların məşqləri üçün nəzərdə tutulur. Top çəkisi 340 q çox deyil, çevrəsi 61 sm çox olmamalıdır. . Adətən bu ölçüdə olan top sintetik materiallardan yaxudda viniplastdan hazırlanan 32 tikilmiş və ya bitişdirilmiş panellərdən ibarətdir. Bəzən belə toplar 18 və ya 26 panelli olurlar

  • 4 nömrəli ölçü

Bu ölçüdə toplar mini futbol üçün standartdı, həmçinin 12 yaşadək uşaqların məşqləri üçündə nəzərdə tutulur. FİFA-nın qaydalarına əsasən top:

1. Sferik formasında olmalıdı;

2. Dəridən və ya digər icazə verilmiş materialdan hazırlanmalıdır;

3. Çevrəsinin uzunluğu çoxu 64 sm, azı 62 sm olmalıdır;

4. Matçın əvvəlində çəkisi maksimum 440 qram, minimum 400 qram olmalıdı

5. Təzyiqi dəniz səviyyəsində 0,6 - 0,9 atmosferaya (ölçü) bərabər olmalıdır

6. 2 metr hündürlükdən atılanda ilk sıçrayışı ən azı 50 sm, ən hündürü isə 65 sm olmalıdı[17]

  • 5 nömrəli ölçü

Bu ölçüdə top FİFA-nın bayrağı altında bütün dünyada keçirilən hər bir rəsmi yarışında istifadə olunur. Belə topnan peşəkar futbolda oynanılır. Dünyada ən çox bu nömrəli ölçüdə toplar hazırlanır.

Qadınlar və uşağlar üçün xüsusi toplarda var, hansındakilardaki çevrəsi və çəkisi rəsmi qəbul edilmiş parametlərdən fərqlənə bilər.

Zərər almış topun dəyişdirilməsi

redaktə

Oyun zamanı top yalnız hakimin göstərişi ilə dəyişdirilə bilər.

 
Total 90 Aerow

İlk toplar monoxrom (lat. mono bir, lat. xrom rəng), qəhvəyi və ağ rəngdə idilər. Sonra ağ-qara televizorlada rahat futbol izləmək üçün topu qara beşbucaqlılarla və ağ altıbucaqlarla xallı etdilər. Belə reng uyqunluğu toplar üçün standart oldu. Nike-nın istehsalı olan “Total 90 Aerow ” adlı toplarda xüsusi halqalar varki, onlar, qapıçıya topun hara fırlanacağını daha aydın göstərir. Qarlı meydançada və ya qar vaxtı keçirilən oyunlarda, toplar əsasən narıncı vəya başqa parlaq rəngdə tətbiq olunur.

FİFA-nın qərarına əsasən, rəsmi oyunlarda toplarda istənilən emblemlər və ya reklamlamlar qadağandı, bunlardan başqa:

  • Yarışın və ya Yarışın təşkilatçısının;
  • Topun istehsalçı şirkətin;
  • Topun təsdiqlənmə nişanları;

Topun keyfiyyətinə nəzarət

redaktə

FİFA futbol qurumunun bayrağı altında keçirilən oyunlarda hansısa topu istifadə etmək üçün əvvəlcədən “FIFA INSPECTED” və ya “FIFA ADPPROVED” nişanlarını almalıdır. “FIFA INSPECTED” nişanı almaq üçün toplar bu sınağlardan keçməlidir: çəki nəzarəti, rütübət hopdurması, sıçrayış, yumruluq, dairə və təzyiq itirmə. “FIFA APPROVED” nişanı almaq üçün top forma və ölçü saxlanılması üzrə əlavə sınaqlardan keçməlidir[18].

İstinadlar

redaktə
  1. wright, tom. "A Soccer Sore Point". The Wall Street Journal. 28 Aprel 2010. 2014-08-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 iyun 2014.
  2. 1 2 3 The Blizzard: Issue 6. 2012. ISBN 978-1-908940-06-3. 2012-08-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-03-19.
  3. 1 2 football World – Team Geist Arxivləşdirilib 2015-05-27 at the Wayback Machine (Accessed 9 June 2006)
  4. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 "The Footballs during the FIFA World Cup". Football Facts. FIFA. 28 November 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 17 September 2011.
  5. Matteo. ""Federale 102". 1934 Italia World Cup Ball" (Spanish first=Renato). balones-oficiales.com. 22 May 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 17 September 2011. (#missing_pipe)
  6. Matteo. ""Federale 102". 1934 Italia World Cup Ball" (Spanish first=Renato). balones-oficiales.com. 22 May 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 17 September 2011. (#missing_pipe)
  7. ""Super Duplo T". 1950 Brazil World Cup Official Matchball". balones-oficiales.com language=Spanish and English. 2 April 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 17 September 2011. (#missing_pipe)
  8. "1954 Switzerland World Cup Official Matchball" (Spanish and English). balones-oficiales.com. 19 August 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 17 September 2011.
  9. 1 2 Norlin, Arne. Bollen "Made in Sweden" // 1958: När Folkhemmet Fick Fotbolls-VM (Swedish). Malmo: Ross & Tegner. 2008. 130–6. ISBN 978-91-976144-8-1.
  10. "Top Star 1958" (Spanish and English). balones-oficiales.com. 2 April 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 17 September 2011.
  11. Matteo, Renato. ""Crack". 1962 Chile World Cup Official Matchball". balones-oficiales.com. 11 June 2010. 2 April 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 17 September 2011.
  12. Matteo, Renato. ""Slazenger Challenge 4-star". 1966 England World Cup Official Matchball". balones-oficiales.com. 11 June 2010. 2 December 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 17 September 2011.
  13. Brown balls are visible in Getty Images photos of matches in the Estadio Nou Camp, [[León, Guanajuato|]]:
  14. football World – Adidas Questra Arxivləşdirilib 2015-06-15 at the Wayback Machine (Accessed 9 İyun 2006)
  15. "The adidas JO'BULANI – Official Match Ball for the final of the 2010 FIFA World Cup in South Africa". FIFA. 10 September 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 17 September 2011.
  16. "adidas Brazuca – Name of Official Match Ball decided by Brazilian fans". FIFA. 2018-12-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-09-03.
  17. "[[FİFA]]-nın qaydalarına əsasən top" (PDF). 2014-06-18 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2015-03-16.
  18. Futbol topların sınanılması Arxivləşdirilib 2013-06-22 at the Wayback Machine (ing.)