[go: up one dir, main page]

Dirijor

ifa zamanı musiqi qrupunu istiqamətləndirən şəxs

Dirijor (fr. diriger — idarə etmək, yönəltmək, başçılıq etmək) — ansambl (orkestr, xor, opera və s.) musiqisininin ifa prosesinə başçılıq edən şəxs. Dirijor ansamblın bütün üzvlərinə nəzarət edərək, onları düzgün istiqamətə yönəldərək musiqi əsərinin gözəl şəkildə ifa olunmasını təmin edir.

Maestro Niyazi — Məşhur Azərbaycan dirijoru

Əvvəllər ansamblın bir üzvü D. rolunda çıxış edir, ifaçılara yol göstərirdi; sonralar xüsusi D. meydana gəldi. D. əsərin ifa xarakterini orkestr üzvlərinə xüsusi hərəkətlə şərh edir.[1]

Dirijorluq sənəti xüsusi əl hərəkətləri sisteminə əsaslanır; dirijorun üzünün ifadəsi, baxışı, mimikası mühüm rol oynayır. Dirijor ansamblın həmahəng səslənməsini, ifanın texniki kamilliyini təmin edir, əsərin ideya məzmununu, üslubunu və bədii məqsədini idarə etdiyi kollektivə çatdırmağa çalışır.[2]

Azərbaycan milli dirijorluq məktəbi

redaktə

Azərbaycan milli dirijorluq məktəbinin formalaşması, inkişafı Niyazinin adı ilə bağlıdır. Niyazi Azərbaycan bəstəkarlarının bir çox simfonik və musiqili səhnə əsərlərinin, kantata və oratoriyalarının ilk ifaçısı olmuş, bu əsərlərin şərh edilməsində özünə məxsus orijinal ifaçılıq üslubu yaratmışdır. Onun traktovkasında milli bəstəkarların bir çox əsəri, o cümlədən Ü. Hacıbəyovun "Koroğlu" operası dünya musiqisinin qızıl fonduna daxildir.[3][4]

İstinadlar

redaktə
  1. Əfrasiyab Bədəlbəyli. İzahlı monoqrafik musiqi lüğəti — Dirijor Arxivləşdirilib 2014-08-25 at the Wayback Machine
  2. Əfrasiyab Bədəlbəyli. İzahlı monoqrafik musiqi lüğəti — Dirijorluq Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine
  3. "Azərbaycanın epistolyar irsi - Niyazi". 2020-01-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-03-13.
  4. Əliyeva N., Əliyeva F. Azərbaycanın baş orkestri. Niyazi epoxası Arxivləşdirilib 2019-12-30 at the Wayback Machine. "Musiqi dünyası" jurnalı.

Həmçinin bax

redaktə